Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-720/2020 28.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, XN Ramiz qızının katibliyi, İddiaçı(işləməyən, Quba rayonu, Muçu kəndində qeydiyyatda olan, faktiki Sumqayıt şəhəri, 5-ci mikr-n, ev 39/6b, mənzil 6N-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, NN ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.N974-cü ildə Quba rayonu Muçu kəndində anadan olmuşdur. xx xxxx N994-cü ildən xx.xx.N994-cü ilə kimi Ağdam rayonunun Quzanlı, Tapqaraqoyunlu kəndləri istiqamətində gedən döyüşlərdə döyüş bölgəsinə ezam olunmuş N saylı hərbi hissənin tərkibində atıcı əsgər kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir, bu iddiaçının hərbi biletində öz əksini tapmışdır. Eləcə də həmin ərəfələrdə Ağdam rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, lakin bununla bağlı hərbi biletdə qeydlər aparılmamışdır. N və N saylı hərbi hissələr N994-cü ilin əvvələrində döyüş bölgəsinə ezam olunarkən iddiaçı həmin hərbi hissənin əsgəri olmuşdur, lakin bununla bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsində heç bir rəsmi məlumat yoxdur. N994-cü ilin sentyabr ayında döyüş bölgəsində yaralanmışdır. xx.xx.N997-ci ildə o, N saylı hərbi hissədən təxris edilmişdir. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, lakin müraciətə müsbət cavab verilməmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Təhmiraz Həsənovun məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının hərbi biletinin 4-cü səhifəsində onun xx.xx.N994-cü ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi, xx.xx.N994-cü ildə siyahıdan çıxarılması barədə qeyd vardır. Hərbi biletin N9-cu səhifəsində iddiaçının xx.xx.N994-cü ildə N nömrəli hərbi hissədə hərbi andı qəbul etməsi barədə qeyd aparılmışdır. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçı iddia etdiyi dövrdə hərbi andı qəbul etmədiyindən döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilməzdi. İş materiallarında olan : - AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.N974-cü ildə anadan olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N63 nömrəli xx.xx.NNN9-cu il tarixli qərarından görünür ki, İddiaçı N994-cü ilin sentyabr ayında hərbi xidnət dövründə hərbi vızifələrini yerinə yetirərkən yaralanması nəticəsində “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi xəsarət akmışdır, diaqnozu – “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, sol almacıq sümüyü proyeksiyasında bir ədəd, sağ almacıq sümüyü proyeksiyasında bir ədəd, burun belində bir ədəd, üst dodaq nahiyyəsində bir ədəd köhnə çapıq toxumalar”dır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən xx.xx.NNN9-cu il tarixli N/H-4NN4 №-li arayışından görünür ki, iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N994-cü il) təsadüf etdiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - NZ ******* №-li hərbi biletdən görunür ki, İddiaçı xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək N nömrəli hərbi hissədə, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək N saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N997-ci ildən xx.xx.N997-ci ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi biletin N4-cü vərəqində aparılan qeyddən görünür ki, İddiaçı hərbi xidmətini xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N saylı hərbi hissədə Tər-tər və Ağdam rayonlarında döyüş əməliyyatları bölgəisndə keçmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.NNN8-ci il tarixli 9/N-64NN saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N4N nömrəli əmri ilə (əsas § -3, səh- 48, sıra -N) 3-cü MAT–ın sıravisi İddiaçı stasionar müalicə almaq üçün xx.xx.N994-cü il tarixdən N43 nömrəli hərbi hissə hospitalına göndərilərək qazan təminatından çıxarılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN9-cu il tarixli N/H-4NN4 saylıl məktubdan görünür ki, İddiaçı N saylı hərbi hissədə hərbi xidməti atəşkəs dövrünə təsadüf etdiyindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə hesab edir ki, iddiaçının döyüş bölgəsində xidmətinin təsdiqlənməməsi səbəbindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi əsassızdır. Belə ki, iddiaçının hərbi biletində apardığı qeydlər ilə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanunauyğun şəkildə təxris edilməsi təsdiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmətə xx.xx.N994-cü ildə getmiş, N994-cü ilin sentyabr ayında hərbi xidmədə olarkən yaralanmış və N997-ci ildə qanuni surətdə təxris edilmişdir. İş materiallarına əlavə edilmiş X3 Komissiyasının qərarında da onun N994-cü ilin sentyabr ayında hərbi xidmətdə olarkən yaralanması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvəlr veteranı və əmək veteranı adlarının verilməsi qatdası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasəmn müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NNdək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnamədən görünür ki, N994-cü il NN may tarixindən sonra döyüş zonasnda hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaradılan komissiyanın rəyinə əsasən verilir. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx NNN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun xx xxxx NNN7-ci il tarixli Qərarında göstərilir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuna yetirilməsi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NNN6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bölməsinin NN-ci abzasına əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidimət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzsiya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır : N)N99N-ci il oktyabrın 9-dan N994-cü ilin may ayın NN-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; N) N994-cü il NN may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçular. Göründüyü kimi qanunverici xx xxx N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçulara müharibə veteranının adının verilməsini mümkün hesab etmişdir. Hazırki işdə də iddiaçının N saylı hərbi hissədə xidmətdə olarkən atəşkəs dövrü olsa belə, yaralanması iş materialları ilə təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının müraciətinə xx.xx.NNN9-cu il tarixli cavab məktubunda imtinanın dəlili kimi onun N saylı hərbi hissədə hərbi xidmətinin atəşkəs dövrünə təsadüf etdiyini qeyd etsə də, iddia ərizəsinə etirazında isə iddiaçının xx.xx.N994-cü ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi və xx.xx.N994-cü il tarixdə siyahıdan çıxarılması barədə qeydin, eyni zamanda onun xx.xx.N994-cü ildə N nömrəli hərbi hissədə hərbi andı qəbul etməsi barədə qeydin aparıldığına, həmin hərbi hissənin döyüş əməliyyatlarında içtirak etməməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının N997-ci ilə kimi hərbi xidmətdən qanunauyğun şəkildə təxris edilməsi, N994-cü ilin sentyabr ayında hərbi xidmətdə olarkən yaralanması faktı iddianın təmin olunması üçün əsas olan hallardır, hərbi andı nə vaxt qəbul etməsi hazırki iddianın mahiyyəti üzrə həll edilməsi üçün mühüm əhəmiyyət kəsb etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.N-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 59.N.5-ci maddəsinə görə yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh inzibati orqan iddiaçıya verdiyi imtina cavabını əsaslandırmamış, imtinanın dəlillərini kifayət qədər aydın əks etdirməmiş, bundan başqa həmin cavabda hüquqi müdafiə vasitələri ümumiyyətlə, qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilən Məcəllənin N5.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N9.N-ci maddəsinə əsasən incibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, NNN ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-720/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-720/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver