Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-720/2021 24.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Onun üçün 100 faizlik əmək stajına malik olmağıyla əlaqədar müvafiq sənədlərin aidiyyatı üzrə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Onun üçün 100 faizlik əmək stajına malik olmağıyla əlaqədar müvafiq sənədlərin aidiyyatı üzrə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6864/2020 saylı, 30.10.2020-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət, yəni 100 faizlik əmək stajına malik olmaqla cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmişdir, 12 oktyabr 2011-ci il tarixdə xidmətdən təxris olunmuşdur, lakin sonuncunun diqqətsiz və səhv hesablamalarına əsasən, təqvim: 25 il, 07 ay, 28 gün, Güzəştli: 08 il, 11 ay, 01 gün, cəmi: 34 il, 06 ay, 29 gün olmaqla - 97 faizlik əmək stajı hesablanaraq pensiya təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Məlum olmuşdur ki, 10.02.1988-ci il tarixdən 21.10.1992-ci il tarixədək SSRİ DTKnm 127 nömrəli Sərhəd dəstəsində gizir olaraq həqiqi hərbi xidmətdə olduğu müddəti həm təhriflə az, həm də səhvən hər ilini l(bir) il xidmət kimi hesablamışlar. Əslində isə, həmin müddət pensiya müddtinə daha çox müddət kimi (10.02.1988-ci il tarixdən 21.10.1992-ci il tarixədək) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli qərarına əsasən hər il üçün 1,5 (bir il yarım) il olaraq hesablanmalıdır. İddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi həmin qərar düzgün, əsaslı və qanuni deyildir və bununla mövcud qanunvericiliyin tələbləri iddiaçı üçün əmək- xidmət stajı hesablanarkən pozulmuşdur. Ona görə də cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edib həmin səhv hesablamanın düzəldilməsini xahiş etmiş, lakin cavabdehdən göndərilmiş 18.06.2020-ci il tarixli, 10/79 saylı məktubla bundan, ümumi ifadələr işlətməklə, əsasız və qanunsuz olaraq imtina edilmişdir. Bunun da nəticəsində pensiya düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “100 faizlik əmək stajına malik olması ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildirirlər ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu mayor İddiaçı 01 oktyabr 2011-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən xidmət etdiyi hərbi hissənin nizami hissəsi üzrə əmrindən çıxarışlarda təqvim illəri 25 il 07 ay 28 gün, güzəştli xidmət illəri 08 il 11 ay 01 gün, cəmi xidmət illəri 34 il 06 ay 29 gün hesablanmışdır. İddiaçı şəxsi işində aprel 1991-ci il tarixli 50 nömrəli qərar əsasında 01.01.1991-ci ildən 05.10.1992- ci ilədək keçmiş Zaqafqaziya dairəsinin 127 nömrəli sərhəd dəstəsində xidmət illərinin güzəştli şərtlərlə hesablanması barədə qeydiyyatlar aparılsa da, 10.02.1988-ci ildən 01.11.1992-ci ilədək 1-ci sərhəd komendantlığının baytar feldşeri vəzifəsində olan xidmət dövrü ərzində xidmət illərinin güzəştli şərtlərlə hesablanması barədə qeydiyyatlar mövcud olmamışdır. Sərhəd Qoşunlarının Azərbaycan Respublikasının yurisdikasiyasına verildiyi 1992-ci ilin oktyabr-noyabr aylarınadək olan dövrlərdə keçmiş Zaqafqaziya Dairəsinin hərbi hissə və bölmələrində xidmət illərinin güzəştli şərtlərlə hesablanıb-hesablanmaması barədə arxiv məlumatları mövcud olmamışdır. İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən güzəştli xidmət illərinin hesablanması üçün şəxsi işində olan xidməti dəftərçəsində 01.01.1991-ci il tarixdən 21.09.1992-ci il tarixədək olan dövr göstərildiyindən həmin dövr (bir ay ay yarım hesablansın) güzəştli xidmət illəri kimi hesablanmışdır. İddiaçı xidmət illərinin yenidən hesablanması ilə əlaqdar Dövlət Sərhəd Xidmətinə müraciəti əsasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təqvimi və güzəştli illəri barədə arayış tərtib olunaraq cavablandırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsasızdır və təmin edilməməlidir. İddia mahiyyəti etibarı ilə öhdəliyin icrasıdır, iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddia mahiyəti baxımından isə aşagıda qeyd edilənlər nəzərə alındıqda əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı onun üçün 100 faizlik əmək stajına malik olmağıyla əlaqədar müvafiq sənədlərin aidiyyatı üzrə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini istəyir. İddiaçı qeyd edir ki, uzun müddət, yəni 100 faizlik əmək stajına malik olmaqla cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmişdir, 12 oktyabr 2011-ci il tarixdə xidmətdən təxris olunmuşdur, lakin sonuncunun diqqətsiz və səhv hesablamalarına əsasən, təqvim: 25 il, 07 ay, 28 gün, Güzəştli: 08 il, 11 ay, 01 gün, cəmi: 34 il, 06 ay, 29 gün olmaqla - 97 faizlik əmək stajı hesablanaraq pensiya təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Məlum olmuşdur ki, 10.02.1988-ci il tarixdən 21.10.1992-ci il tarixədək SSRİ DTKnm 127 nömrəli Sərhəd dəstəsində gizir olaraq həqiqi hərbi xidmətdə olduğu müddəti həm təhriflə az, həm də səhvən hər ilini 1(bir) il xidmət kimi hesablamışlar. Əslində isə, həmin müddət pensiya müddtinə daha çox müddət kimi (10.02.1988-ci il tarixdən 21.10.1992-ci il tarixədək) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli qərarına əsasən hər il üçün 1,5 (bir il yarım) il olaraq hesablanmalıdır. Cavabdeh isə qeyd edir ki, sabiq hərbi qulluqçu mayor İddiaçı 01 oktyabr 2011-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən xidmət etdiyi hərbi hissənin nizami hissəsi üzrə əmrindən çıxarışlarda təqvim illəri 25 il 07 ay 28 gün, güzəştli xidmət illəri 08 il 11 ay 01 gün, cəmi xidmət illəri 34 il 06 ay 29 gün hesablanmışdır. İddiaçı şəxsi işində aprel 1991-ci il tarixli 50 nömrəli qərar əsasında 01.01.1991-ci ildən 05.10.1992- ci ilədək keçmiş Zaqafqaziya dairəsinin 127 nömrəli sərhəd dəstəsində xidmət illərinin güzəştli şərtlərlə hesablanması barədə qeydiyyatlar aparılsa da, 10.02.1988-ci ildən 01.11.1992-ci ilədək 1-ci sərhəd komendantlığının baytar feldşeri vəzifəsində olan xidmət dövrü ərzində xidmət illərinin güzəştli şərtlərlə hesablanması barədə qeydiyyatlar mövcud olmamışdır. Sərhəd Qoşunlarının Azərbaycan Respublikasının yurisdikasiyasına verildiyi 1992-ci ilin oktyabr-noyabr aylarınadək olan dövrlərdə keçmiş Zaqafqaziya Dairəsinin hərbi hissə və bölmələrində xidmət illərinin güzəştli şərtlərlə hesablanıb-hesablanmaması barədə arxiv məlumatları mövcud olmamışdır. İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən güzəştli xidmət illərinin hesablanması üçün şəxsi işində olan xidməti dəftərçəsində 01.01.1991-ci il tarixdən 21.09.1992-ci il tarixədək olan dövr göstərildiyindən həmin dövr (bir ay ay yarım hesablansın) güzəştli xidmət illəri kimi hesablanmışdır. İddiaçı xidmət illərinin yenidən hesablanması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə müraciəti əsasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təqvimi və güzəştli illəri barədə arayış tərtib olunaraq cavablandırılmışdır. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı şəxsi iş materiallarına əsasən 10.02.1988-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmişdir. Şəxs işin 9-cu bölməsində güzəştli xidmətlər barədə qeydiyyatlar 10.02.1988 ci ildən deyil, 01.01.1991-ci ildən aparılmış və hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təqvimi və güzəştli xidmət illəri şəxsi işdə olan mövcud məlumatlar əsasında hesablanmışdır. İddiaçı arxiv şəxsi işində güzəştli xidmət illərinin 10.02.1988-ci ildən hesablanmasına dair məlumatlar və qeyd olunan dövrü əhatə edən sənədli materiallar Dövlət Sərhəd Xidməti Aparatı Katibliyinin mərkəzi arxivində mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının istədiyi kimi hesablamanın aparıla bilməsi üçün onun şəxsi işində müvafiq məlumatlar olmalı və ya bu çür hesablamanın aparılması üçün qanunvericilikdən irəli gələn əsas olmalıdır. Lakin məhkəmə araşdırması zamanı bu çür əsasın olması müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hərhansı qanunsuzluq müəyyən edilmir. Cavabdeh inzibati orqan mövcud hesablamanı iddiaçının şəxsi işindəki məlumatlar əsasında həyata keçirmiş, qanunvericiliyin tələblərini pozmamışdır. Ona görədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı məhkəmə iclasında həmin dövrlərdə müvafiq əmrlərin olduğunu, ona şifahi olaraq belə məlumat verildiyini bildirmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi isə onlarda iddiaçının qeyd etdiyi əmrlər barədə məlumatın olmadığını, əgər həmin əmrlər onlara təqdim edilərsə, yenidən hesablama aparıla biləciyini bildirmişdir. İddiaçıya izah edilsin ki, onun pensiyasının istədiyi qaydada hesablanmasına əsas ola biləcək müvafiq sənəd vəya normativ xarakterli akt əldə edərsə, yenidən inzibati orqana müraciət etməsi imkanı istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-720/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-720/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver