Məhkəmə qərarları › İş №2-1(118)-720/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-720/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-720/2022 16.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu əsas tutaraq iddiaçının pensiyasının “Güzəştli şərtlərlə” xx.xx.2019-cıı il tarixindən, 57 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və «X6 və Avtomatika» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində məkhəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1962-ci ildə Şabran rayonu ( keçmiş Dəvəçi ) Kuybışev kəndində anadan olmuşdur. 1969-cu ildə Dəvəçi rayonunda orta məktəbin 1-ci sinifinə getmiş və 1978-ci ildə 9-cu sinifi bitirmişdir. 1978-ci ilin sentyabr ayında Bakı Rabitə Elektrotexnikumuna qəbul olunmuş və 1982-ci ildə “televiziya texnikası və radiorele rabitəsi “ ixtisası üzrə əyani şöbəni bitirmişdir.( DT - İ № 786739, xx.xx.1982-ci il tarixli diplom əlavə olunur) xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə kimi sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1986-ci ildə “ Azneft ” İstehsalat Xidmətinin Mərkəzi Bazasında 5-ci dərəcəli elektrik mantyoru vəzifəsində işləyir. xx.xx.2002-ci ildə sonradan “ Azərineftavtomatika” müəssisəsi “ X6 və avtomatika” ASC-dən əmək müqaviləsi pozulmuş hesab edildiyi üçün işdən azad olunmuşdur. xx.xx.2002-ci ildən "xxxx" Neft Şirkəti” MMCnin yanacaq doldurma stansiyasında elektromexanik vəzifəsinə təyin olunmuşdur. Halhazıra kimi həmin müəssisədə növbə rəisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. 57 yaşı tamam olanda “Güzəştli şərtlərlə” pensiya təyin olunması üçün sonradan yeni yaradılmış Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına da rəsmi müraciət etmişdir və müvafiq sənədləri tam topluda təqdim etmişdir. "xxxx" MMC-nin 01/21 saylı, xx.xx.2021-ci il tarixli arayışından da görünür ki, 16. 01. 1986-cı il tarixdən xx.xx.2002-ci il tarixə kimi güzəştli iş stajı 16 il 4 ay 15 gün təşkil edir. xx.xx.2006-cı ilə kimi ümumi iş stajı isə 28 il 01 ay 26 gün təşkil edir. Lakin xx.xx.2021-ci il tarixli **********6 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, işlədiyi “ Azneft ” İstehsalat Xidmətinin Mərkəzi Bazası göstərilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə və texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bunun üçün iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolimanların kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək stajına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildirir ki,” X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində ( yaş həddininin artırılması ilə əlaqədar ) dəyişiklik 01 avqust 1997-ci ildə edilib. Ona əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika Qanununun 9-cu maddəsinin 9.8 bəndinə əsasən,tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Bu da iddiaçının 57 yaşından əmək pensiyası hüququnun olduğunu sübut edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1cimaddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası ləyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının ləyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şənlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1 -ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddəi üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 8.6.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsini təmin etmək Fondun əsas vəzifələrindəndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzihali orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 781 nömrəli Fərmanı İlətəsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 8.6.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının birdəfəlik ödənilməsi barədə aşağıdakıları qeyd edirəm:“Əmək pensiyaları haqqında” Qanunun 6-cı maddəsinə görə Əmək pensiyasının baza hissəsi və bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunan baza hissəsinə əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri, dövlət büdcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələşdirilir. (6.1); Əmək pensiyasının sığorta və yığımhissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir.(6.2); Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. (6.3).Göründüyü kimi, əmək pensiyasının baza, sığorta və yığım hissələri bir qayda olaraq məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir, hansı ki, həmin vəsaitlər büdcəyə tədrici ödənişlər hesabına toplanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı В.M.Həsənov Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçı В.M.Həsənova verilmiş xx.xx.2021- ci il tarixli **********6 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrinə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 01/21 nömrəli xx.xx.2021 -ci il tarixli arayışında onun xx.xx.1991-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında nəzarət-ölçü cihazlarının və avtomatikanın çilingəri peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi İstehsalat Xidmətinin Mərkəzi Bazası yuxarıda göstərilən nəzarət- ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə isə texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, В.M.Həsənov güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslərin nümayəndələri məhkəmə icraatında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu əsas tutaraq iddiaçının pensiyasının “Güzəştli şərtlərlə” xx.xx.2019-cu il tarixindən, 57 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrinə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 01/21 nömrəli xx.xx.2021 -ci il tarixli arayışında onun xx.xx.1991-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında nəzarət-ölçü cihazlarının və avtomatikanın çilingəri peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi İstehsalat Xidmətinin Mərkəzi Bazası yuxarıda göstərilən nəzarət- ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə isə texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, qərarın təsviri hissəsində qeyd edildiyi kimi iddiaçı 1969-cu ildə Dəvəçi rayonunda orta məktəbin 1-ci sinifinə getmiş və 1978-ci ildə 9-cu sinifi bitirmişdir. 1978-ci ilin sentyabr ayında Bakı Rabitə Elektrotexnikumuna qəbul olunmuş və 1982-ci ildə “ televiziya texnikası və radiorele rabitəsi “ ixtisası üzrə əyani şöbəni bitirmişdir.( DT - İ № 786739, xx.xx.1982-ci il tarixli diplom əlavə olunur) xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə kimi sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Bunlar işin mübahisə olunmayan tərəfidir. İş materiallarına əlavə edilmiş NOCA 1969-un AE-72 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1986-ci il tarixindən (xx.xx.1986-ci il Əmr № 15/K) xx.xx.1991-ci il tarixinədək dispetçer avadanlıqlarının elektrik montyoru, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək ( xx.xx.2002- ci il Əmr 15/K ) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş staji 16 il 4 ay 15 gün Yuxarıda göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı 2 №xx.xx.1993-cu il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları ( KOD: 2130302а—19861) Yuxarıda göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993cu il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci bölməsinin 3-ci bəndinin a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. ( KOD: 2130301а—18494) xx.xx.1993-cü il tarixdən İstehsalat Xidmətinin Mərkəzi Bazasının (İXMB) adı dəyişdirilərək «Azərineftavtomatika» müəssisəsi olmuşdur. (əmr77№-li xx.xx.1993-cü il) xx.xx.2002-ci il tarixdən «Azərineftavtomatika» müəssisəsi «X6 və Avtomatika» ASC-yə çevrilmişdir (Əmr 11 №-li -13.03.02). xx.xx.2011-ci il tarixdən «X6 və Avtomatika» ASC «X6 və Avtomatika» MMC-yə çevrilmişdir ( Əmr 31 №-li - 02.05. 2011-ci il). “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır- 25 ildən artıq sosial sığorta stajı olmaqla 12 il 6 aydan artıq müddətini xüsusi iş stajını təşkil edir. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunacaqdır. “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından, həmçinin arayışlardan da göründüyü kimi iddiaçı xüsusi zərərli iş şəraitində işləmişdir. Cavabdeh orqanın dəlili ondan ibarətdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 01/21 nömrəli xx.xx.2021 -ci il tarixli arayışında onun xx.xx.1991xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında nəzarət-ölçü cihazlarının və avtomatikanın çilingəri peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi İstehsalat Xidmətinin Mərkəzi Bazası yuxarıda göstərilən nəzarət- ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə isə texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı, «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1986-ci il tarixindən (xx.xx.1986-ci il Əmr № 15/K) xx.xx.1991-ci il tarixinədək dispetçer avadanlıqlarının elektrik montyoru, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək ( xx.xx.2002- ci il Əmr 15/K ) NÖC və A çilingəri vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı eyni müəssisədə iki vəzifəni yerinə yetirmişdir: dispetçer avadanlıqlarının elektrik montyoru və NÖC və A çilingəri. Qeyd edilmiş vəzifələr 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları-2130302а—19861 şifrinə və a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər- 2130301а—18494 şifrinə uyğundur. Belə ki, qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 12 il 6 aydan çox xüsusi iş stajı yaranmış olur. Qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı yaxırıda qeyd edilən üç illik müddəti ötürmədiyi üçün məhkəmə hesab edir ki, qeyd edilən norma iddiaçıya münasibətdə tətbiq edilmir. Onun pensiyası 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı, 57 yaşının tamam olduğu (xx.xx.2019-cu il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və Qanunun 37.7-ci maddəsi nəzərə alınaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu (xx.xx.2019-cu il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və Qanunun 37.7-ci maddəsi nəzərə alınaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar