Məhkəmə qərarları › İş №2-1(118)-721/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-721/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-721/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ona Rusiya Federasiyasında Uzaq Şimalda ağır iqlim şəraitində keçdiyi xidmətə və tutduğu vəzifəyə, Azərbaycan Respublikasında Ədliyyə orqanı işçisinin ağır iqlim şəraitində keçdiyi xidmət və tutduğu vəzifəyə bərabər vəzifə və təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasnın tələblərinə əsasən vəzifə maaşının 30% həcmində pul ödənişinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının tələblərinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əlavə haqqı nəzərə almaqla 01 dekabr 2012-ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ilin oktyabr ayının 1-dən Sovet Sosialist Respublikaları İttifaqı Daxili işlər Nazirliyinin Barnaul xüsusi orta məktəbində təhsil almış və 1987-ci ilin avqustun 28-də həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra ona leytenant rütbəsi verilmiş və X5 İşlər İdarəsinə xidmətə göndərilmiş, 1987-ci ilin oktyabr ayının 1-dən 1999-ci ilin iyulun 17-nə kimi Uzaq Şimalda və ona bərabər tutulan yerlərdə sərt və ağır iqlim şəraiti olan bir ərazidə xidmət keçmişdir. 1987-ci ilin oktyabr ayının 1-dən 17 iyul 1999-ci il tarixnə kimi xidmət etdiyi dövrdə təminat xərcliyinin aşağıdakı növləri ilə təmin edilmişdir: - vəzifə və rütbə maaşları iki qat miqdarda; - Uzaq Şimalda, ona bərabər tutulan yerlərdə, həmçinin ekoloji və iqlim şəraiti ağır və zərərli olan başqa yerlərdə, yüksək dağlıq rayonları, səhralar və susuz yerlərdə xidmətə görə təminat xərcliyinə 80 faiz əlavə haqq və həmin yerlərdə xidmətə görə təminat xərcliyinə 40 faiz rayon koəffısienti əlavəsi; - vəzifə maaşına hər ay 20 faiz xüsusi şəraitdə xidmətə görə əlavə; - Daxili İşlər orqanlarında xidmətə görə vəzifə və rütbə maaşlarına 25 faiz əlavə; - çətinlik, gərginlik və xüsusi rejim xidmətinə görə vəzifə maaşına 50 faiz əlavə; ərzaq payı əvəzinə verilən pul kompensasiyası; - xidməti vəzifələrini nümunəvi yerinə yetirməyə görə vəzifə və rütbə maaşlarının üç qat mislində birdəfəlik müavinət; -gecə vaxtı (saat 22.00-dan 06.00-a qədər) xidməti vəzifələrini yerinə yetiməyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə; - müalicə olunma ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət, hər il məzuniyyətə çıxarkən bir aylıq əməkhaqqı həcmində müavinətlə. 1998-ci ilin sentyabr ayında Russiya Federasiyası Daxili işlər Nazirliyində aparılan islahatlarla əlaqədar olaraq nazirliyin tərkibində olan bütün penitensiar müəssisələri Russiya Federasiyası Ədliyyə Nazirliyinin tərkibinə verildiyi üçün, Ədliyyə Nazirliyinin tərkibində xidmət etməkdən imtina etmiş və 17 iyul 1999-ci il tarixdə xidmət illərinə görə pensiyaya çıxmışdır. Pensiyaya çıxmazdan əvvəl tutduğu vəzifə "Xüsusi təssərrüfat fəaliyyəti ilə məşğul olan Məntəqə tipli islah əmək müəsissəsində növbətçi əməliyyatçı-cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi, rütbəsi isə daxili xidmət mayoru olub. Növbətçi xidmətinə rəis heyyətinin tərkibindən cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçiləri təyin olunan dörd əməkdaşdan ibarət olur. Cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçiləri təcrübəli, hazırlıqlı, cəzaçəkmə müəssisəsinin spesifik xüsusiyyətlərini yaxşı bilən, fövqəladə hallarda sərbəst qərar çıxarmağı bacaran və çalışqan əməkdaşlardan təyin olunur. 2012-ci ilin noyabr ayında yaşayış yerini dəyişərək Azərbaycan Respublikasına qayıtmış və onun pensiya işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilmişdir. X2 iştirakçısı olan dövlətlərin daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət sığorta qaydaları haqqında 24 dekabr 1993-cü il tarixli Sazişin 1-ci maddəsinə əsasən, tərəflərin daxili işlər orqanları əməkdaşlarının, eləcə də, onların ailə üzvlərinin pensiya təminatı, ərazisində onların, daimi yaşadıqları Tərəfin qanunvericiliyinin müəyyən etdiyi və yaxud müəyyən edəcəyi şərtlər, normalar və qaydalara əsasən, bu Tərəflər göstərilən məsələlər üzrə qanunverici aktları qəbul edənə qədər isə keçmiş SSR İttifaqının qanunvericiliyinin müəyyən etdiyi şərtlər, normalar və qaydalara əsasən həyata keçirilir. Həmin Sazişin 2-ci maddəsinin 2-ci bəndinə əsasən, daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə pensiyaların təyin edilməsi üçün pul təminatının məbləği pensiya təyin edən Tərəfin qanunvericiliyinə müvafiq qaydada müəyyən edilir. Təqaüdçü yaşayış yerini dəyişdikdə pensiyanın hesablanması, onun seçmiş olduğu yeni yaşayış yeri olan Tərəfin qanunvericiliyi ilə müəyyən edilən qaydada həyata keçirilir. 24 dekabr 1993-cü il tarixdə Aşqabad şəhərində imzalanmış “X2 iştirakçısı olan dövlətlərin daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət sığorta qaydaları haqqında” Saziş Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli, 596-İİQ saylı Qanunu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ona pensiya təyin edilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 3-cü bəndinə əsasən, məlumat vərəqəsini DSMF-yə göndərmişdir. 2012-ci ilin dekabr ayından ona Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən pensiya təyin olunmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən xüsusi rütbəli şəxslərin xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar, məlumat vərəqəsində düzgün göstərilmədiyindən, ona pensiya düzgün təyin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən ona pensiya təyin edilməsi üçün, Rusiya Federasiyasında Uzaq Şimalda ağır iqlim şəraitində keçdiyi xidmət və tutduğu vəzifəyə, Azərbaycan Respublikasında Ədliyyə orqanı işçisinin ağır iqlim şəraitində keçdiyi xidmət və tutduğu vəzifəyə bərabər vəzifədən və təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla məlumat vərəqi tərtib edilib DSMF-yə göndərilməli idi. Bununla əlaqədar olaraq, o, 12 avqust 2020-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin elektron poçt ünvanına göndərdiyi ərizə və 21 avqust 2020-ci il tarixdə Azəripoçt MMC-nin Sumqayıt filialından göndərdiyim ərizə ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə müraciət edərək, ona 01 dekabr 2012-ci il tarixdən pensiyanın yenidən hesablanması və ödənilməsi üçün, Rusiya Federasiyasında Uzaq Şimalda ağır iqlim şəraitində keçdiyi xidmətə və tutduğu vəzifəyə, Azərbaycan Respublikasında Ədliyyə orqanı işçisinin ağır iqlim şəraitində keçdiyi xidmət və tutduğu vəzifəyə bərabər vəzifədən və təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinəti, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinəti və hər il növbəti il üçün təsdiq olunan dövlət midcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 mmırəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamənin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 saylı qərarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının tələblərinə əsasən təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir. Mənim 12 avqust 2020-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin elektron poçt ünvanına göndərdiyi ərizəyə, maliyyə-iqtisadiyyat idarəsinin rəisi Sərxan Xəlilov tərəfindən imzalanmış, 20 avqust 2020-ci il tarixli, 17İİ-9894-F-26 saylı məktubla bildirildi ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan imtiyazlar ədliyyə orqanlarının, əməkdaşları üçün nəzərdə tutulmuşdur. Müraciətinizdə sadalanan təminatlar əvvəllər pensiyaya çıxmış vətəndaşlara şamil edilmir. Lakin, aşağıdakılara əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin maliyyə-iqtisadiyyat idarəsinin rəisi Sərxan Xəlilov tərəfindən imzalanmış, 20 avqust 2020-ci il tarixli, 17İİ-9894- F- 26 saylı məktubda göstərilən dəlillərlə razılaşa bilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), əsgəri və ya xüsusi rütbəyə görə müvafiq maaşlarş xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Həmin Qanunun 40-cı maddəsinə əsasən, fəhlə və qulluqçuların əmək haqqına əmsalların müəyyən edildiyi yerlərdə, o cümlədən, Azərbaycan Respublikasının yüksək dağlıq yerlərində yaşayan hərbi qulluqçular sırasından olan pensiyaçılara və onların ailələrinə həmin yerlərdə yaşadıqları dövrdə bu Qanuna uyğun olaraq təyin edilən pensiyalar həmin yerlərdə qeyri-istehsal sahələrinin fəhlə və qulluqçuları üçün müəyyən edilmiş, lakin 1,5 əmsalından çox olmayan əmsal tətbiq edilməklə hesablanır. Bu maddə hərbi qulluqçuların pensiyaları təyin edilərkən əsas götürülmüş təminat xərcliyinə həmin əmsallar daxil edilmədikdə tətbiq olunur. Göstərilən, maddi hüquq normalarının tələblərinə əsasən, məharət dərəcələri əməkdaşlara peşə hazırlığının səviyyəsindən və qulluq stajından asılı olaraq verilir. Yuxanda göstərdiyi kimi, o, pensiyaya çıxmazdan əvvəl tutduğu vəzifə “Xüsusi təssərrüfat fəaliyyəti ilə məşğul olan Məntəqə tipli islah əmək müəsissəsində növbətçi əməliyyatçı-cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi, rütbəsi isə daxili xidmət mayoru olub və o böyük rəis heyətindən olan əməkdaşlara aiddir. Beləliklə, onun 21 ildən çox qulluq stajı olduğu üçün və böyük rəis heyətindən olan əməkdaşlara aid olduğu üçün ona İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişi müəyyən olunmalı idi. Lakin, qanunvericiliyin tələblərinin ziddinə olaraq ona, gizirlər, miçmanlar, müddətdən artıq xidmət edən hərbi qulluqçular və sıravi heyət üçün müəyyən edilmiş 2-ci məharət dərəcəsi olan - 10 faiz miqdarında müəyyən edilmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 1 -ci bəndinə əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağı səviyyəsində - 1,04, orta səviyyəsində - 1,08, yuxarı səviyyəsində - 1,12, əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində - 1,16, orta səviyyəsində - 1,20, yuxarı səviyyəsində - 1,24 müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının 1ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq r.üəyyən edilmişdir. Lakin, göstərilən maddi hüquq normalarının tələblərinin ziddinə olaraq, ona Rusiya Federasiyasında Uzaq Şimalda ağır iqlim şəraitində keçdiyi xidmətə və tutduğu vəzifəyə, Ədliyyə orqanı işçisinin ağır iqlim şəraitində keçdiyi xidmət və tutduğu vəzifəyə bərabər vəzifə və təminat xərcliyinin bütün növləri nəzərə alınmamış, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinət və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi vardım. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasf’mn tələblərinə əsasən vəzifə maaşımın 30% həcmində pul ödənişi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən, çoxnövbəli iş rejiminin axşam növbəsində isin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının tələblərinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əlavə haqq müəyyən edilməmişdir. Beləliklə, hesab edir ki, Ədliyyə orqanları işçilərinə verilən pul təminatı, pul müavinəti və maddi yardım və başqa əlavələr bütün ədliyyə orqanları işçilərinə aid edilməklə, bir qayda olaraq hər il ödənilir və daimi xarakter daşıyır. Əvvəllər qulluq keçmiş əmək pensiyaçılarına həmin ödənişlərin şamil edilməməsi, pensiyaçıların Azərbaycan Respublikası Konstitusiyanda təsbit edilmiş sosial təminat və bərabərlik hüquqlarını pozur. Bu ödənişlər nəzərə alınmadan pensiyanın hesablanması və ödənilməsi pensiyaçının əlavə məhrumiyyətlərə düçar olunması və pensiya hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinə bir neçə dəfə dəqiqləşdirmə vermişdir. Sonuncu dəqiqləşdirmə ərizəsini verərək bildirmişdir ki, ona Azərbaycan Respublikası Penitensiar Xidmətinin islah əmək müəsissəsində cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi və xüsusi rütbəsi ədliyyə mayoru olan əməkdaşın xidməti vəziyyətinə bərabərləşdirilərək, həmin əməkdaşa ödənilən pul təminatına uyğun olaraq təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, xüsusi iş rejiminə görə vəzifə maaşının 20 faizi ölçüdə əlavənin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın nəzərə almaqla 01 dekabr 2012ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsini vəzifəsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Kadrlar idarəsində işçi və sabiq əməkdaş kimi siyahıdan keçmir. İddiaçı iddia ərizəsindən göründüyü kimi, o 01.10.1987-ci il tarixdən 17.07.1999-cu il tarixidək Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Cəzaların İcrası İdarəsinin 17 saylı cəza islah müəssisəsində xidmət etmişdir. O, həmin ərizədə xidməti Rusiya Federasiyasının Arxanqelsk vilayətində Uzaq Şimalda, ona bərabər tutulmuş yerlərdə sərt və ağır iqlim şəraiti olan bir ərazidə keçməsini qeyd etmişdir. İddiaçı Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Arxanqelsk vilayəti Cəzaların İcrası İdarəsinin 17 saylı cəza islah müəssisəsində Növbətçi hissədə əməliyyatçı-növbətçi vəzifəsində daxili xidmət mayoru rütbəsində xidmət edərkən 17 iyul 1999-cu il tarixdə xidmət illərinə görə pensiyaya çıxmışdır. E.N.Fərzəliyevin 19.07.1999-cu il tarixə qulluq müddəti: təqvimi hesablama ilə 15 il 11 ay 12 gün, güzəştli şərtlərlə 05 il 11 ay 00 gün, ümumilikdə 21 il 10 ay 12 gün təşkil etmişdir. E.N.Fərzəliyev 2012-ci ilin noyabr ayında yaşayış yerini dəyişərək Azərbaycan Respublikasına qayıtmış və pensiya işi Azərbaycana göndərilmişdir. “Hərbi qulluqçular və onların ailələri üçün pensiya təminatı və hərbi qulluqçuların dövlət sığortası Qaydası haqqında MDB-nin İştirakçı dövlətlərin 15.05.1992ci il tarixli Sazişi”nin 1-ci maddəsinə əsasən hərbi qulluqçular və onların ailələri üçün pensiya təminatı onların yaşadıqları dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş və ya müəyyən ediləcək şərtlərə, normalara və qaydalara uyğun olaraq həyata keçirilir. Həmin Sazişin 2-ci maddəsinin birinci cümləsinə əsasən hərbi qulluqçulara pensiya təyin edilərkən onların xidmət müddəti xidmət etdiyi iştirakçı dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hesablanır. Həmin Sazişin 2-ci maddəsinin ikinci cümləsinə əsasən hərbi qulluqçulara pensiya təyin edilməsi üçün pul müavinətinin (qazancının) məbləği onların yaşadıqları iştirakçı dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hesablanır (müəyyən edilir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin pensiyaya çıxmış əməkdaşlarının pensiya işləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində (indiki – DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsində) saxlanılır və zəruri məlumatlar Departamentin sorğusu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təqdim olunur. Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin müraciəti əsasında Rusiya Federasiyasından daimi yaşamaq üçün Azərbaycana gəlmiş və əmək pensiyasinin təyin olunması üçün X1 2545 nömrəli məlumat vərəqi 57/44 nömrəli pensiya işi ilə birlikdə Penitensiar xidmət tərəfindən 27.05.2013-cü il tarixli 17/13-5634 nömrəli məktubla təqdim edilmişdir. E.N.Fərzəliyevin sonuncu vəzifə maaşının artımı nəzərə alınmaqla yeni məlumat vərəqəsini göndərilməsi barədə DSMF-nin Xüsusi Rütbəli Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 01.10.2020-ci il tarixli **********1 nömrəli məktubuna baxılmış və Penitensiar xidmətin 23.10.2020-ci il tarixli 17/7-13215 nömrəli məktubla E.N.Fərzəliyev ilə bağlı yeni məlumat vərəqi DSMF-nin Xüsusi Rütbəli Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Göründüyü kimi, Penitensiar xidmət üzərinə düşən vəzifələri icra etmiş, X4 ilə bağlı məlumatlar məlumat vərəqində öz əksini tapmışdır. Ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, o cümlədən Penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən 26 may 2006-cı il tarixdə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu 31.07.2006-ci il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.10-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Eyni zamanda bildiririk ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1-ci bəndində əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyqun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmağla) və artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarə ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci (müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət), 23.3-cü (hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinət) və 25.6-cı (mükafatlandırılması məqsədilə 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulması) maddələrində nəzərdə tutulmuş pul vəsaitləri hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyindən (pul təminatından) ibarət olan məbləğə daxil edilmirlər. Həmçinin iddiaçı E.N.Fərzəliyev iddia ərizəsinə əlavə və dəyişikliklər edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək digər tələblərlə yanaşı İ məharət dərəcə üçün əlavənin məlumat vərəqəsinə daxil edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə ilə bağlı aşağıdakılar bildirilir. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli Qərarının 2-ci bəndinə əsasən Ədliyyə hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq edilməlidir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və hərbi qulluqçularının məharət dərəcələrinin təyin edilməsi qaydalarını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə” müəyyən edir. Həmin Əsasnamənin 1.7-ci bəndinə əsasən Məharət dərəcələrinin verilməsi üzrə komissiyaya öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnamə-zəmanətinə əsasən təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Sosial məzuniyyətdə olma dövrü məharət dərəcəsində olma müddətinə daxil edilir və bu Əsasnamənin 1.4-cü bəndinə uyğun hesablanır. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən Məharət dərəcələri aşağıdakı qaydada verilir: - ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin əmri ilə - Penitensiar xidmətin əməkdaşlarına. Həmin Əsasnamənin 2.1 -ci bəndinə əsasən Məharət dərəcələrinin verilməsi üçün əməkdaşlar ixtisas tələbləri nəzərə alınmaqla xidməti-peşə, texniki, atəş, silahsız özünümüdafiə, sıra və fiziki hazırlığı, ilkin tibbi yardım hazırlıq növləri üzrə qiymətləndirilmədən keçirlər. Qiymətləndirmənin nəticəsi «məqbul» və «qeyri-məqbul» ilə qiymətləndirilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən Məharət dərəcəsi almış əməkdaşlara müəyyən olunmuş nümunədə döş nişanı və vəsiqə verilir. Əməkdaşların şəxsi işlərinə məharət dərəcələrinin verilməsi barədə əmrdən çıxarış əlavə edilir və xidməti vərəqələrində qeydlər aparılır. Əsasnamənin 1.2-ci bəndindən göründüyü kimi, Məharət dərəcələri əməkdaşlara peşə hazırlığının səviyyəsindən və qulluq stajından asılı olaraq verilir. Qiymətləndirmənin nəticəsi yalnız «məqbul» olduqda əməkdaşa məharət dərəcəsi verilir. 1999-cu ildə E.N.Fərzəliyev xidmət illərinə görə pensiyaya çıxarkən Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Arxanqelsk vilayəti Cəzaların İcrası İdarəsi tərəfindən E.N,Fərzəliyevin adına verilmiş 16 nömrəli pul attestatında ona məharət dərəcəsinin təyin edilməsi ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Göründüyü kimi, Penitensiar xidmət üzərinə düşən vəzifələri icra etmiş, İddiaçı ilə bağlı məlumatlar məlumat vərəqində öz əksini tapmışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 20.08.2020-ci il tarixli 17/7-9894-F-26 saylı imtina məktubu, etiraz ərizəsi, İddiaçıun pensiya işinə dair sənədlərin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Rusiya Federasiyasının X5 İşlər İdarəsində 1987-ci ilin oktyabr ayının 1-dən 1999-ci ilin iyulun 17-nə kimi Uzaq Şimalda və ona bərabər tutulan yerlərdə sərt və ağır iqlim şəraiti olan bir ərazidə xidmət keçmişdir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyində aparılmış islahatlar nəticəsində cəzaçəkmə müəssisələri Rusiya DİN-ən alınmış və Rusiya Ədliyyə Nazirliyinə verilmişdir. Bu səbəbdən də iddiaçı öz ərizəsi ilə pensiyaya çıxmaq şərtilə işdən azad olunmuşdur. Sonradan iddiaçı daimi yaşamaq üçün Azərbaycan Respublikasında məskunlaşmışdır. MDB ölkələri arasında olan sazişə əsasən iddiaçının pensiya işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən ona pensiya təyin edilməsi üçün, Rusiya Federasiyasında Uzaq Şimalda ağır iqlim şəraitində keçdiyi xidmət və tutduğu vəzifəyə, Azərbaycan Respublikasında Ədliyyə orqanı işçisinin ağır iqlim şəraitində keçdiyi xidmət və tutduğu vəzifəyə bərabər vəzifədən və təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla məlumat vərəqi tərtib edilib DSMF-yə göndərilməsini cavabdehdən tələb etmiş və cavabdeh inzibati orqan iddiaçının mövcud tələbini təmin etmədiyindən İddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi üç arqumentdən ibarətdir: 1) ona Azərbaycan Respublikası Penitensiar Xidmətinin islah əmək müəsissəsində cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi və xüsusi rütbəsi ədliyyə mayoru olan əməkdaşın xidməti vəziyyətinə bərabərləşdirilərək, həmin əməkdaşa ödənilən pul təminatına uyğun olaraq təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın; 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, xüsusi iş rejiminə görə vəzifə maaşının 20 faizi ölçüdə əlavənin; 3) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın ödənilməsini; nəzərə almaqla ona 01 dekabr 2012-ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edilib Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi İddiaçının iddia tələbinin birinci arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.10-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaların” 1-ci bəndində əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyqun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) 1)aylıq vəzifə maaşından, 2) rütbə maaşından, 3) xidmət illərinə görə əlavədən, 4) ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, 4) vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmağla) və 5) artımlardan ibarət olan məbləğdir. Göründüy kimi qeyd olunan Qaydalarda hərbi qullluqçulara hərbi xidmətdən buraxıldığı günə aldıqlar təminat xərcliyində işçilərin müalicə olunması üçün ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və aylı əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımn ödənilməsi nəzərdə tutulmayıb. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilə bilməz. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və hərbi qulluqçularının məharət dərəcələrinin təyin edilməsi qaydalarını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə” müəyyən edir. Həmin Əsasnamənin 1.7-ci bəndinə əsasən Məharət dərəcələrinin verilməsi üzrə komissiyaya öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnamə-zəmanətinə əsasən təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Sosial məzuniyyətdə olma dövrü məharət dərəcəsində olma müddətinə daxil edilir və bu Əsasnamənin 1.4-cü bəndinə uyğun hesablanır. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən Məharət dərəcələri aşağıdakı qaydada verilir: - ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin əmri ilə - Penitensiar xidmətin əməkdaşlarına. Həmin Əsasnamənin 2.1 -ci bəndinə əsasən Məharət dərəcələrinin verilməsi üçün əməkdaşlar ixtisas tələbləri nəzərə alınmaqla xidməti-peşə, texniki, atəş, silahsız özünümüdafiə, sıra və fiziki hazırlığı, ilkin tibbi yardım hazırlıq növləri üzrə qiymətləndirilmədən keçirlər. Qiymətləndirmənin nəticəsi «məqbul» və «qeyri-məqbul» ilə qiymətləndirilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən Məharət dərəcəsi almış əməkdaşlara müəyyən olunmuş nümunədə döş nişanı və vəsiqə verilir. Əməkdaşların şəxsi işlərinə məharət dərəcələrinin verilməsi barədə əmrdən çıxarış əlavə edilir və xidməti vərəqələrində qeydlər aparılır. Göründüyü kimi, qeyd olunan Əsasnamənin tələblərinə görə Məharət dərəcələrinin ədliyyə orqanlarında işləyən şəxslərə verilməsi nəzərdə tutulub. Yəni istefaya və ya ehtiyyata buraxılmış, təqaüdə çıxmış ədliyyə qulluqçularına Məharət dərəcəsinin verilməsi qeyd olunan Əsanamədə öz əksini tapmayıb. Bundan başqa o da nəzərə alınmalıdır ki, Məharət dərəcəsi əməkdaşın qulluq illərinə görə deyil, onun ixtisasdərəcəsinə uyğun həvəsləndirici və komissiyanın verəcəyi rəydən asılı olan bir tədbirdir. Əsasnamənin 1.2-ci bəndindən göründüyü kimi, Məharət dərəcələri əməkdaşlara peşə hazırlığının səviyyəsindən və qulluq stajından asılı olaraq verilir. 1999-cu ildə E.N.Fərzəliyev xidmət illərinə görə pensiyaya çıxarkən Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Arxanqelsk vilayəti Cəzaların İcrası İdarəsi tərəfindən E.N.Fərzəliyevin adına verilmiş 16 nömrəli pul attestatında ona məharət dərəcəsinin təyin edilməsi ilə bağlı heç bir məlumat qeyd edilməmiş və təqaüddə olan iddiaçıya Məharət dərəcəsinin verilməsi yuxarıda qeyd olunanlara əsasən mümkün deyil. Ona görədə məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin ikinci hissəsinidə əsassız hesab edir. İddia tələbinin üçüncü hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə axşam və gecə növbəsində işləməsi məhkəmədə öz təsdiqini tapmadığına görə bu hissədə də iddia tələbinin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ona Azərbaycan Respublikası Penitensiar Xidmətinin islah əmək müəsissəsində cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi və xüsusi rütbəsi ədliyyə mayoru olan əməkdaşın xidməti vəziyyətinə bərabərləşdirilərək, həmin əməkdaşa ödənilən pul təminatına uyğun olaraq təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, xüsusi iş rejiminə görə vəzifə maaşının 20 faizi ölçüdə əlavənin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın nəzərə almaqla 01 dekabr 2012ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsini vəzifəsininin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar