Məhkəmə qərarları › İş №2-1(118)-721/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-721/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-721/2022 17.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndələri X1 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövltə Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilərək öz xahişinə əsasən azad edilməsi barədə əmrin qəbul edilməsi və ödənilməyən ezamiyyət pullarının ödənilməsi, həmçinin maliyyə attestatı, əşya geyim attestatı, işdən çıxarılma barədə əmrinin və əmək kitabçasının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövltə Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməyən ezamiyyət pullarının hesablanaraq ona ödənilməsi, həmçinin maliyyə attestatı, əşya geyim attestatı, işdən çıxarılma barədə əmrinin və əmək kitabçasının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmrin dəyişdirilərək öz xahişinə əsasən azad edilməsi barədə əmrin qəbul edilməsi və ödənilməyən ezamiyyət pullarının ödənilməsi, həmçinin maliyyə attestatı, əşya geyim attestatı, işdən çıxarılma barədə əmrinin və əmək kitabçasının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsasıandırılmışdır ki, iddiaçı baş leytenant İddiaçı N saylı hərbi hissədə zirehli texnikalar və avtonəqliyyat bölməsinin zabiti vəzifəsində işləmişdir. O, ailə vəziyyəti ilə əlaqədar işdən çıxması barədə ərizə ilə rəhbərliyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə işdən çıxarılması şifahi qaydada bildirilsə də, rəsmi heç bir sənəd təqdim edilməmişdir. Sonradan sənədləri istədikdə ona şifahi şəkildə xidməti uyğunsuzluqla bağlı işdən çıxarılması bildirilmiş, lakin yenə də heç bir sənəd təqdim edilməmişdir. İddiaçı və nümayəndəsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bldirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izah etmişdir ki, iddiaçının sonuncu xidmət yeri Qubadlı rayonunda olmuşdur. Himayəsində 2 azyaşlı uşağı və xəstə valideynləri vardır. O, ailəsinin yanına qayıtmaq üçün öz ərizəsi əsasında xidmətdən ehtiyata buraxılmasını və ya xidmət yerinin dəyişdirilməsini xahiş etmişdir. Cavabında ona xidmət müddətinin 10 ildən az olduğu üçün yalnız ehtiyata buraxılacağını bildirilmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq buna da razılaşmışdır. Lakin əmrin surəti ona təqdim edilmədiyindən o, hansı əsasla ehtiyata buraxılmasını bilməmişdir. Bununla bağlı iddiaçı iddianı vaxtında verə bilməmişdir. Cavabdehin nümayəndələri X1 və X7 iddianı qəbul etmədilər və izah etdilər ki, İddiaçı xidmət müdəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Əvvəl gizir kimi qəbul edilmiş, sonra zabit heyətinə keçmişdir. xx.xx.2021-ci il tarxidə onun xidmət yeri Qubadlı bölgəsinə dəyişdirilmiş, bundan sonra o, atasının vəfat etdiyinin, anasının isə xəstə olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ehtiyata buraxılmasını xahiş etmişdir. İddiaçıya xidmət yerini dəyişmək təklif olunsa da, o, razılaşmamışdır. 10 ildən tez öz xahişinə əsasən buraxılma mümkün olmadığı üçün xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılmasına razı olmuşdur. Əmr həmin gün şifahi şəkildə elan edilmişdir və o, həmin gündən xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxıldığını bilmişdir. Lakin hazıradək əmri mübahisələndirməmişdir. İddiaçının erzamiyyət pulu tam ödənilmiş, attestat isə pensiyaya çıxdıqda və ya xidmət yerini dəyişdikdə ödənilir. İddiaçıının əmək kitabçası kadlrar şöbəsində olduqda, istədiyi vaxt müraciət edib götürə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətində 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilərək Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinə təminat bölüyünün rabitə tağımının komandii vəzifəsinə təyin edilmiş, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini – X2 xx.xx.2019-cu il tarixli 8 ş/h nömrəli əmri ilə DSX-də kadr zabit heyətinə daxil edilmiş, Dövlət Sərhəd Xidməti rəiyinin xx.xx.2019-cu il tarixli 789 ş/h əmri ilə xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmiş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 287 ş/h əmri ilə xidmət yeri “Qubadlı” X4 (2027 nömrəli hərbi hissəyə) dəyişdirilmiş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 552 ş/h əmri ilə xidmət yeri “Qubadlı” X3 N nömrəli hərbi hissəsinə dəyişdirilmiş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il ntarixli 1373 ş/h nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2021-ci ilin iyun ayında tərtib edilmiş raportdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.6.0-ci maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətdən Silahlı Qvvələrin ehtiyatına buraxılacağı təqdirdə təyinat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 13732 ş/h saylı xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş dinləmənin nəticələrinə dair protokoldan görünür ki, İddiaçı raportla müraciət edərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxlmaq istəməsini xahiş etmişdir. Həmin protokolun sonunda “Protokol mənimlə aparılmış hərtərəfli söhbətdən sonra tərtib edilmişdir, hər hansı əlavəım yoxdur” qeydi aparılmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və İddiaçı özü tərəfindən də imzalanmış arayışdan görünür ki, xidməti uyğunsuzluğa görə təxris olunduğu barədə xahişini İddiaçı himayəsində iki azyaşlı uşağının və xəstə anasının olması və ailəsinin yanında olmaq istəməsi ilə əsaslandırmışdır. Onun nəzərinə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılacağı və ələcəkdə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul edilməsinin mümkünsüzlüyü çatdırılmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində sonradan xidməti uyğunsuzluqla bağlı təxris olunduğunu öyrəndiyini bildirmiş, lakin faktiki olaraq xx.xx.2021-ci il tarixdə təxris ounduğunu və təyinat vərəqəsini aldıını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtlnda təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı xx.xx.2021-ci il tarixdən ehtiuyata buraxıldığından xəbərdar olmuşdur və həmin əmrin surətinin alınmaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri almadığına görə iddiaçının məhkəməyə 4 aydan çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilən dinləmələrdə və iddiaçının özü tərəfindən də imzalanmış müvafiq protokol və arayışlardan görünür ki, o, xidməti uyğunsuzluğa grə ehtiyata buraxıldığını artıq həmin vaxt bilmişdir. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi və ya dəyişdirillmsəi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinə Azərbaycan Respublikası 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərərək iddia müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Lakin iddiaçının nümayəndəsi mübahisələndirilən əmrin hazıradək iddiaçıya təqdim olunmaması və onun xeyli müddətdən sonra xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığını öyrənməsini əsas götürərək iddia müddətyinin ötürülmədiyini bildirmiş və müvafiq vəsatətlə məhkəməyə müraciət etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövltə Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilərək öz xahişinə əsasən azad edilməsi barədə əmrin qəbul edilməsi və ödənilməyən ezamiyyət pullarının ödənilməsi, həmçinin maliyyə attestatı, əşya geyim attestatı, işdən çıxarılma barədə əmrinin və əmək kitabçasının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövltə Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilərək öz xahişinə əsasən azad edilməsi barədə əmrin qəbul edilməsi və ödənilməyən ezamiyyət pullarının ödənilməsi, həmçinin maliyyə attestatı, əşya geyim attestatı, işdən çıxarılma barədə əmrinin və əmək kitabçasının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar