Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-722/2020 07.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 7, mənzil 12də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X3rşı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan fərdi qarajın yüklülüyünə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan fərdi qarajın yüklülüyünə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıqərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında öz hesabına 37,5 kv m ölçüdə fərdi qaraj tikmiş, həmin qaraja dair 2000-ci ildə texniki pasport tərtib edilmişdir. Bundan sonra onun həmin qaraj üzərində Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyatı aparılmış və qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı qarajın yüklülüyü barədə arayışın alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqanın xx.xx.2020-ci il tarixli **********64 saylı bildiriş məktubu ilə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın olmaması bildirilərək ərizənin icrasından imtina edilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. CavabdehDƏDRX-nin4 saylıAbşeron Əraziİdarəsiməhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciətə əlavə etdiyi 08 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən qeyri-yaşayış binasına (qaraja) dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : - Abşeron rayonlararası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 01 saylı reyestr kitabında 08 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2000-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən qaraj üzərində X1 mülkiyyət hüququ qeydə alınmışdır. - 2000-ci ilin noyabr ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki invertarlaşdırma və qiymətləndirməsinə dair” pasportdan görünür ki, 2000-ci ildə inşa edilmiş 48.1 kv m ölçüdə Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən qaraj X1 adına invertarlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı oğıununərizəsinəcavabolaraqcavabdehinzibatiorqanbildirmişdirki, iddiaçının adına olan 08 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən qeyri-yaşayış binasına (qaraja) dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, keçmiş Abşeron rayonu Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyət hüququnun Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququna dair 08 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, lakin reyestr kitabında qeydiyyatı aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə görə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat»ın 8.3-cü bəndində arayışın verilməsindən imtina halları nəzərdə tutulmuşdur : arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə (8.3.1) və məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə (8.3.2). Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya verilmiş qeydiyyat vəsiqəsinin etibarlılığına şübhə ilə yanaşması və bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mlakın yüklülüyünə dair arayışın verilməsindən imtina cavabı verilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçıya Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan fərdi qarajın yüklülüyünə dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Abşeron rayonlararası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 01 saylı reyestr kitabında 08 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2000-ci il tarixli qeydiyyat vəsiqəsində göstərilən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən qarajın yüklülüyünə dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X4 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-722/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-722/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver