Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-723/2022 18.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı X2 (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X5 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı cavabdeh Dövlət Sosial Müdafiə X7 üzrə Mərkəzi Filialının üzərinə ona 12.07.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 12.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyanın təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özünün ********** №-li 28.10.2021-ci il tarixli məktub ilə ona güzəştli şərtlərlə əmək pensiya təyin olunması ilə bağlı cavabdehə təqdim etdiyi sənədləri geri qaytarmışdır. Cavabdeh orqan imtinaya əsas kimi 27.08.1990-12.05.1997-ci illər işlədiyi X10 İdarəsində xlorator qurğusunun operatoru peşəsinin həm hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həm də vaxtı ilə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nda nəzərdə tutulmamasını və fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 37800 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiyanın cəmi 20189,62 manat təşkil etdiyini qeyd etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, orta məktəbi bitirdikdən sonra 01.09.1975-cı il tarixdə 6 №-li Texniki Peşə Məktəbinə daxil olmaqla qazelektroqaynaçısı peşəsinə yiyələnməklə istehsalat sahəsində 09.08.1977-ci il tarixdən 4-cü dərəcəli qazelektroqaynaçısı kimi işə başlamışdır. Sonradan ordu sıralarına (16.11.1078 - 14.10.1980) getmiş və hərbi xidmətini başa vurduqdan sonra malik olduğu peşm üzrə işləməkdə davam etmişdir. Beləliklə, qazelektroqaynaqçı peşəsində 09.08.1977-ci il tarixdən işə başlamış, 20.08.1990-cı ildə həmin peşədə əmək fəaliyyətini bitrirmişdir. Həmin dövrdən hərbi xidmət müddəti çıxılsa, onun həmin peşə üzrə güzəştli 11 il əmək stajı yaranmış olur. Sonradan 27.08.1990-cı il tarixdən əmək fəaliyyətini X10 X3, oranın zərəli istahsalat sahəsi olan Reaqent təsərrüfatında xlorator qurğusunun operatoru peşəsində işləmişdir. Beləcə, 27.08.1990-cı il tarixdən 12.05.1997-ci ilədək orada, qısa fasilə (01.12.1993- 01.12.1995-ci illər arası dövr) verməklə xlorator qurğusunun operatoru peşəsində güzəştli 3il 9 ay 15 gün əmək stajım vardır. Beləliklə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüquq verən peşələr üzrə tələb olunan 12 il 6 ay əvəzinə, malik olduğu peşələrdən qazelektroqaynaqçı peşəsi üzrə 11 il, digər peşə olan xlorator qurğusunun operatoru peşəsi üzrə isə 3 il 9 ay 15 gün, ümumilikdə isə 14 il 9 ay 15 gün güzəştli əmək stajına malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdaifə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə 27.08.1990-12.05.1997-ci il tarixləri arasındakı dövr ərzində X10 idarəsində işlədiyi xlorator qurğusunun operatoru vəzifəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həm də vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının ümumi peşələr bölməsinin 23200000-XXXİİİ yarımbölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az , yəni 9 il 2 ay 12 gün (05.12.1977-26.10.1978-ci il, 08.12.1980-11.07.1984-cü il, 02.12.1985- 20.08.1990-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hal-hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydəalınan pensiya kapitalı cəmi 20189,62 manat təşkil edir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı oğlu xx.xx.1960-cı il təvəllüdlüdür. -3525 № seriyalı attestatın surətindən görünür ki, İddiaçı 1975-1977-ci illərdə Bakı şəhər 6 nömrəli texniki peşə məktəbində “elektroqaz qaynaqçı” ixtisası üzrə tam krusu bitirmişdir. -iddiaçıya AO № 40687174 seriyalı hərbi biletdən görünür ki, o, 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. -iddiaçının adına açılmış ИТ № ******* seriyalı 03.10.1977-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 09.08.1977-ci ildə əmək fəaliyyətinə başlamış, 24.12.2003-cü il tarixədək müxtəlif işlərdə və peşələrdə işləmişdir. - “X11 İdarəsi” tərəfindən İddiaçı verilmiş 19.06.2020-ci il tarixli 37 nömrəli arayışdan görünür ki, o, 27.08.1990-cı il tarixli 0/106 №-li əmrə əsasən 27.08.1990-ci il tarixdən X10 X4 Reagent təsərrüfatına 3-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə təyin edilmiş, 19.11.1993-cü il tarixli 106/k №-li əmrə əsasən, 01,12.1993-cü il tarixdən Mexaniki təmir sexinə 3-cü dərəcəli çilingər peşəsinə keçirilmiş və 10.01.1994-cü il tarixli 01/K №-li əmrə əsasən öz xahişi ilə 10.01 1994-cü il tarixindən işdən azad edilmişdir. 28.10.1994-cü il tarixli 80/k №-li əmrə əsasən, 01.11.1994-cü ii tarixdən X10 istismarı İstehsalat idarəsinin Mexaniki təmir sexinə 4-cü dərəcə ilə çilingər peşəsinə təyin edilmiş və 28.10.1995-ci il tarixli 72/K №-lı əmrə əsasən, öz xahişi ilə 01.11.1995-ci il tarixindən işdən azad edilmişdir.29 11.1995-cİ il tarixli 77/k №-li əmrə əsasən. 01.12.1995ci il tarixdən X10 İstismarı İstehsalat İdarəsinin Reagent təsərrüfatı sexinə 4-cü dərəcə ilə xlor qurğularına xidmət edən operator peşəsinə təyin edilmiş və 12.05.1997-ci il tarixli 24/K №-li əmrə əsasən 12.05.1997-ci il tarixindən işdən azad edilmişdir. 01 noyabr 1988-ci ildən X10 Xidməti İdarəsi 01 noyabr 1988-ci il tarixli 0/80a saylı əmrlə X10 X8 adlandırılmışdır. 01 yanvar 1991-ci ildən X10 X8 29 dekabr 1990 tarixli 47/k saylı əmrlə X10 İstismarı İstehsalat idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011 -ci il tarixli 68 nömrəli qərarına əsasən X10 İstehsalat İstismar İdarəsi “Azərsu" Açıq Səhmdar Cəmiyyəti "X10” İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.08.2015-ci il tarixli 292 nömrəli qərarı və Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 09 2015-ci il tarixli 298 nömrəli əmrinə əsasən "Azərsu”’ ASC X10 İdarəsi “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin X11 İdarəsi adlandırılmışdır. -“X11 İdarəsi” tərəfindən İddiaçı verilmiş 19.06.2020-ci il tarixli 36 nömrəli arayışdan görünür ki, o, 27.08.1990-cı ildən 01.12.1993-cü ilə qədər tam iş günü X10 X4 Reaqent təsərrüfatında xlorator qurğusunun operatoru işləyib. 01.12.1995-ci ildən 12.05.1997-ci ilə qədər tam iş günü X10 İstismarı İstehsalat idarəsinin Reaqent təsərrüfatı sexində xlor qurğularına xidmət edən operator işləmişdir. - -“X12“ ASC tərəfindən verilmiş 24.06.2020-ci il tarixli 01 saylı arayışdan görünür ki, İddiaçı 29.08.1984-cü il tarixdən 20.08.1990-cı il tarixədək armatur sexində əli ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısı”nın XXXİİİ bölməsinin 23200000 şifri ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdeh tərəf iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan peşələrə daxil olmadığına və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının yığılmadığına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı 01.01.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun əmək pensiyasının təyin edilməsini tələb edir. Pensiya kapitalının kifayət qədər olmasına dair tələb isə həmin dövrdə qüvvədə olan qanunvericilikdə tələb edilmirdi. Bununla yanaşı məhkəmə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya uyğun olub-olmamasınım yoxlanılmasını zəruri hesab edir. İddiaçı iddia tələbində 1977-1978, 1980-1990-cı illərdə qazelektroqaynaqçı peşəsində (11 il), 27.08.1990-01.12.1993, 01.12.1995-12.05.1997-ci illərdə isə xlorator qurğusunun operatoru peşəsində (3 il 9 ay 15 gün) işlədiyinə istinad edir. İddiaçının işlədiyi iş yerlərindən təqdim etdiyi arayışlarda onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının XXXlll bölməsinin 23200000 bəndinə uyğun peşələrdə işləməsi qeyd edilsə də, məhkəmə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının XXXlll bölməsinin 23200000 (19906) şifrəsi altında qeyd edildiyini vurğulayır. İddiaçının Ceyranbatan Su X1 Zonasının Reagent təsərrüfatında işlədiri xlorator qurğusunun operatoru peşəsi isə həmin Siyahılarda yer almamışdır. Belə olan halda iddiaçının tələb olunan azı 12 il 6 ay xüsusi staja malik olmasına dair şərt yerinə yetirilməmiş olur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-723/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-723/2022
18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver