Məhkəmə qərarları › İş №2-1(118)-7231/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7231/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7231/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün bərpa edilməsi) GİRİŞ HİSSƏ X10-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişlərinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlığa götürdüyü və sağlamlıq imkanları məhdud oğlu X5 görə ödənilən əlilliyə görə sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişlərinin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı xx.xx.2025-ci il tarixindən bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqanın üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı dəyişdirilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Hüseynzadə Yusifin qəyyumu kimi xx.xx.2015-ci il tarixindən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət, xx.xx.2019-cu il tarixindən ona qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 6 may 2025-ci il tarixli məktubu ilə oğlu Yusif Hüseynzadənin sosial müavinət işinə daxil olan sənədlərdə onu övladlığa götürməyi barədə məhkəmə qərarı aşkar olunmadığını bildirərək, əlilliyə görə sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişi xx.xx.2025-ci il tarixindən dayandırmışdır. Həmçinin bildirmişdir ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Y.Hüseynzadənin əlilliyə görə sosial müavinəti və xx.xx.2019-cu il tarixindən 31 03 2025-ci il tarixinədək ona qulluğa görə Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən olunmuşdur. Buna cavab olaraq, iddiaçı cavabdehə Masallı Rayon Məhkəməsinin Hüseynzadə Yusifi övladlığa götürməyi barədə xx.xx.2013-cü il tarixli 2(50)-420/2013 saylı qətnaməni və Hüseynzadə Yusifi övladlığa götürməyi haqqında 27 mart 2013-cü il tarixli şəhadətmənin surətini göndərmişdir. Cavabdeh inzibati orqan 5 iyun 2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, “təqdim etdiyiniz Masallı Rayon Məhkəməsinin övladlığa götürmə barədə xx.xx.2013-cü il tarixli 2(50)-420/2013 saylı qətnaməsinin qüvvədə (etibarlı) olubolmamasının dəqiqləşdirilməsi məqsədilə sözügedən orqana sorğu göndərilmişdir. Sözügedən sorğu nəticələndikdən sonra müraciətlərinizə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır.”. Sonuncu dəfə cavabdeh inzibati orqanla telefonla əlaqə saxladıqda Masallı Rayon Məhkəməsinə göndərdikləri sorğuya cavab almadıqlarını və buna görə əlilliyə görə sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişini bərpa etmədiklərini bildirmişlər. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili araşdırma apararaq iddiaçının oğlu üzərində qəyyumluğunun olmamasına dair əsassız qərar qəbul etmiş və “İnzibati icraat haqqında” Qanuna riayət etmədən qanunsuz olaraq sosial ödənişlərin dayandırmış və artıq ödənişlərin olması haqqında qərar qəbul etmişdir. İddiaçının ona təqdim etdiyi sübutları təkzib etmək üçün heç bir əsası olmadığı halda sosial ödənişləri bərpa etməmişdir. Hesab edir ki, sağlamlıq imkanları məhdud oğluna görə ödənilən əlilliyə görə sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişinin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. Digər tərəfdən, cavabdeh orqan övladlığa götürülən uşağa görə təyin edilmiş sosial müavinətin ödənişinin dayandırılması və artıq ödəniş edilməsi barədə qərar qəbul edərkən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə belə riayət olunmamış, kobud pozuntulara yol verilmişdir. Belə ki, sosial müavinətin ödənişinin dayandırılması ilə bağlı həmin Qanununda nəzərdə tutulan hallardan heç biri olmamışdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının oğlu Hüseynzadə Yusifə xx.xx.2015-ci il tarixdən 18 yaşınndək sağlamlıq imkanları məhdud uşaqlara görə əlilliyə görə sosial müavinət, xx.xx.2019-cu il tarixidən İddiaçı qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh inzibati orqan daxili araşdırma apararaq iddiaçının oğlu üzərində qəyyumluğunun olmamasına dair əsassız qərar qəbul edilmiş, “İnzibati icraat haqqında” Qanuna riayət etmədən sosial müavinət və Prezident təqaüdü ödənişini dayandırmış və artıq ödənişlərin edilməsinə dair qərar qəbul etmişdir. İddiaçı R.X9 müraciət edərək, qəyyumu olduğu oğlu Y.Hüseynova təyin edilmiş əlilliyə görə sosial müavinətin və Y.Hüseynzadəyə qulluğa görə ona təyin edilmiş Prezident təqaüdünün ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı xx.xx.2025-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filialın cavab məktubunda bildirilmişdir ki, Y.Hüseynzadənin sosial müavinət işinə daxil olan sənədlərdə onu övladlığa götürməyi barədə məhkəmə qərarı aşkar olunmadığından əlilliyə görə sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən, əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq, əlillik müddətinə təyin olunur. Qanunun 11.1.3-cü maddəsinə əsasən, əlilliyə görə müavinət şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən 50 manat məbləğində “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 100 manata çatdırılmışdır. Bildirilir ki, Y.Hüseynzadəyə (qəyyumu kimi İddiaçı) xx.xx.2015-ci il tarixindən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət, iddiaçıya isə xx.xx.2019-cu il tarixindən ona qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Belə ki, Y.Hüseynzadənin sosial müavinət işinə daxil olan sənədlərdə İddiaçı onu övladlığa götürməyi barədə məhkəmə qərarı aşkar olunmadığından əlilliyə görə sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Nəticədə, xx.xx.2015-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Y.Hüseynzadənin əlilliyə görə sosial müavinəti və xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək iddiaçıya ona qulluğa görə Prezident təqaüdü üzrə artıqödəmə müəyyən olunmuşdur. Həmçinin, Masallı Rayon Məhkəməsinin 3 noyabr 2025-ci il tarixli № 232/2025 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Masallı Rayon Məhkəməsinin arxiv və elektron baza məlumatlarında Masallı rayonu, Həsənli kənd sakini İddiaçı övladlığa götürməsi ilə bağlı mülki iş aşkar olunmamışdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

8. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

11. AZ-İ 009892 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, X1 Yalçın Rövşən oğlu və İddiaçı tərəfindən övladlığa götürülmüşdür.

12. Masallı Rayon Məhkəməsinin 2(50)-420/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, 27 dekabr 2012-ci il tarixdə anadan olmuş X2 X7 ilə İddiaçı övladlığa verilməsi qət edilmişdir.

13. Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 232/2025 nömrəli məktubdan görünür ki, Masallı Rayon Məhkəməsinin arxiv və elektron baza məlumatlarında Masallı rayonu, Həsənli kənd sakini İddiaçı övladlığa götürməsi ilə bağlı mülki iş aşkar olunmamışdır. IV. Tətbiq edilən hüquq

14. Sosial müavinətlərlə əlaqədar olan münasibətlərin hüquqi tənzimi həm qanun əsasında (“Sosial müavinətlər haqqında” 7 dekabr 2006-cı il tarixli qanun), həm də qanunqüvvəli aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində hər kəsin sosial təminat hüququ ilə yanaşı sosial müavinətlərin ən mühüm növlərinin təqdim edilmə əsasları da (məs., xəstəlik, əmək qabiliyyətini müvəqqəti itirmə, işsizlik) təsbit edilmişdir. Həmin maddənin İİİ hissəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

15. Pensiya kimi sosial müavinətlər də sosial təminatın bir növü kimi qanunla nəzərdə tutulmuş qaydada vətəndaşlara təyin olunan pul ödənişləridir. Lakin müavinətə anlayış verərkən ilk növbədə onu məhz pensiyalardan fərqləndirən aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır: - Müavinət almaq hüququ vətəndaşın əmək fəaliyyəti ilə bağlı ola da bilər (məsələn, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuşa görə müavinətlər) və ya belə fəaliyyətdən asılı olmaya da bilər (işsizlik müavinəti, əlilliyə görə müavinət, yaşa görə müavinət və s.). Pensiya isə hər bir halda şəxsin əmək fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilir. - Təyin olunma məqsədinə görə müavinətlər bəzi hallarda itirilmiş əmək haqqını bərpa etmək məqsədi daşıyır və onun məbləği əmək haqqı əsasında müəyyən edilir, digər hallarda isə müavinət əlavə maddi yardım rolu oynayır və qəti məbləğlə müəyyən olunur (məsələn, uşağın doğulması ilə əlaqədar ödənilən müavinətlər). Pensiyanın məqsədi isə pensiya almaq hüququ olan vətəndaşların yaşayışına təminat verən yeganə mənbə rolunu oynamaqdır. - Subyektlərinə görə pensiya bir qayda olaraq işləməyən vətəndaşlar üçün nəzərdə tutulur, müavinətlər isə hamıya, həm işləyənlərə, həm işləməyənlərə ödənilir.

16. “Sosial müavinətlər haqqında” qanunda ilk dəfə olaraq sosial müavinətə leqal anlayış verilmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 7.0.3-cü maddəsinə əsasən, əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur.

17. Həmin Qanunun: 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0-ci maddəsinə əsasən, bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. Bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən, bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. 11.1.3-cü maddəsinə əsasən, müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda müavinətlərin ödənişi dayandırılır.

IV. Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının oğlu X5 xx.xx.2015-ci il tarixdən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara görə əlilliyə görə sosial müavinət, xx.xx.2019-cu il tarixdən İddiaçı qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixdə Y.Hüseynzadənin sosial müavinət işinə daxil olan sənədlərdə onu övladlığa götürməyi barədə məhkəmə qərarı aşkar olunmadığından əlilliyə görə sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün ödənişi dayandırılmışdır.

20. Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 232/2025 nömrəli məktuba əsasən, Masallı Rayon Məhkəməsinin arxiv və elektron baza məlumatlarında Masallı rayonu, Həsənli kənd sakini İddiaçı övladlığa götürməsi ilə bağlı mülki iş aşkar olunmamışdır.

21. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

23. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X10-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar