Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7237/2025 24.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ X13-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 dekabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işə düzəlməsi ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavadeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işə daxil olması ilə əlaqədar orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq inventar əvəzinə pul kompensasiyasının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti onun sosial müdafiə hüquqlarının tanınması və qanunla nəzərdə tutulan birdəfəlik müavinətin verilməsi ilə bağlıdır. Müraciətin əsasında duran əsas hüquqi arqument onun 18 yaşına çatmadan hər iki valideynini, yəni qanuni valideynlərini itirməsi və bu səbəbdən müvafiq kateqoriyaya daxil olması ilə bağlıdır. İddiaçı valideynlərinin vəfat etməsinə görə, birdəfəlik müavinət alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə istinad etməklə hesab edir ki, imtina əsassızdır. Qanunvericiliyin müddəalarının şərhi nəticəsində hesab olunur ki, cavabdeh tərəfindən verilmiş imtina cavabı mövcud qanunvericiliyin müddəalarının düzgün izah olunmasına əsaslanmış, iddiaçının hüquqi statusu isə tam və obyektiv şəkildə qiymətləndirilməmişdir. Cavabdeh iddiaçının xx.xx.2001-ci il tarixində anadan olduğunu və onun 18 yaşı tamam olmamışdan öncə müvafiq olaraq, xx.xx.2006-cı il və xx.xx.2014-cü ii tarixlərində övladlığa götürən hər iki valideyninin vəfat etdiyini nəzərə almamışdır. Bunun əvəzinə, cavabdeh öz mövqeyini iddiaçının bioloji ata və anasının sağ olmasına əsaslandırmağa cəhd göstərmiş, lakin bu yanaşma həm hüquqi münasibətlərin təbiətinə, həm də maddənin məzmununa tamamilə ziddir. Xüsusilə qeyd edilməlidir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində yer alan anlayışlar arasında aydın hüquqi fərq mövcuddur. Belə ki, “valideynlərini itirmiş uşaq” anlayışı-hər iki valideyni vəfat etmiş 18 yaşınadək şəxsi əhatə edir. Bu halda, qanun həm bioloji, həm də övladlığa götürüləndən sonraki valideynlik münasibətini nəzərə alır. “Valideyn himayəsindən məhrum olmuş uşaq” anlayışı isə valideynləri tərəfindən himayədən məhrum edilən, onların tərbiyə, qayğı və hüquqi müdafiəsindən məhrum qalan uşaqları əhatə edir. İddiaçının vəziyyətində 2004-cü ildə məhkəmə qərarı ilə İddiaçı Məmmədşah qızı və X4 tərəfindən övladlığa götürülməsi rəsmi şəkildə təsdiqlənmişdir. Bu qətnamə qüvvəyə mindikdən sonra Ailə Məcəlləsinin tələbinə əsasən, övladlığa götürülən və övladlığa götürən arasında valideyn-övlad münasibətləri yaranmışdır. Bununla da, iddiaçının bioloji valideynləri ilə hüquqi əlaqəsi bitmiş, hüquqi mənsubiyyət baxımından isə yalnız övladlığa götürən şəxslərlə əlaqəsi mövcud olmuşdur. Bunula yanaşı qeyd olunur ki, Ailə Məcəlləsinin 67.7-ci maddəsində göstərilmişdir ki, uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz. Başqa sözlə, əgər övladlığa götürmə haqqına qərar qüvvədədirsə və ləğv olunmamışdırsa, uşağın əvvəlki, yəni bioloji valideylərinin nə valideynlik hüquqları bərpa olunur, nə də onlar bu uşağa qarşı hər hansı hüquq və vəzifələrə malik ola bilərlər. Nəzərə alınmalıdır ki, həmin valideynlər, yəni iddiaçının övladlığa verildiyi şəxslər, onun yetkinlik yaşına çatmamışdan əvvəl vəfat etmişdirlər. Bu fakt qanunvericiliyin hər iki anlayışı, həm “valideynlərini itirmiş”, həm də “valideyn himayəsindən məhrum olmuş” baxımından iddiaçının tam uyğun gəldiyini göstərir. Yəni iddiaçı ilk öncə valideyn himayəsindən məhrum olmuş şəxs statusunda olmuş, daha sonra isə övladlığa verildiyi şəxslərin vəfatı ilə əlaqədar valideynlərini itirmiş uşaq statusunda olmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçının bioloji valideynlərinin hal-hazırda yaşayıb-yaşamaması hüquqi münasibətlərə təsir etmir. Qanunvericilik burada valideynlik anlayışını əsas götürür və övladlığa götürmə ilə formalaşan münasibətlərə hüquqi qüvvə verir. Nəticə etibarilə, iddiaçı yetkinlik yaşına çatmadan öncə valideynlərini itirdiyi və bu səbəbdən, qanunla müəyyən olunmuş müdafiəyə ehtiyacı olan şəxslər kateqoriyasına daxil olduğu üçün ona münasibətdə birdəfəlik müavinətin ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilməlidir. Cavabdehin bunu nəzərə almadan verdiyi imtina məktubu isə hüquqi əsasdan məhrumdur və iddiaçının sosial müdafiə hüququnun pozulması ilə nəticələnmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona ilk dəfə işə düzəlməsi ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17- 1/2-X-55711/2025 nömrəli məktubuna əsasən, iddiaçıya müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, İddiaçı iddia ərizəsində işə düzəlməsi ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.2001-ci il tarixində doğulmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci və 8-ci maddəsi təşkil etmişdir. Qanunun 1-ci maddəsinə əsasən, valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar isə hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan 18 yaşınadək şəxslərdir: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elən edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü-onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir. Göründüyü kimi, Qanunun istinad olunan müddəaları baxımından iddiaçıya birdəfəlik müavinətin təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1.İddiaçı ilk dəfə işə düzəlməlidir; 2.İddiaçı ya (1) valideynini itirmiş uşaq, ya (2) valideyn himayəsindən məhrum olmuş uşaq, ya da (3) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs olmalıdır. İş materiallarından görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin 2004-cü il tarixli qətnaməsinə əsasən, bioloji atasının nənəsinə və babasına, yəni İddiaçı Məmmədşah qızına və X2 övladlığa verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, övladlığa götürən İddiaçı xx.xx.2006-cı il tarixində, Xələfov Həmdullanın isə xx.xx.2014-cü il tarixində vəfat etməsinə baxmayaraq, iddiaçının bioloji anasının (X10) və atasının (X5) sağ olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının bioloji valideynləri sağ olduğundan ona valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliklə mümkün hesab edilmir.
5. Daha sonra, cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, Belə ki, iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 2-356 saylı 2004-cü il tarixli qətnaməsinə əsasən: 1.iddiaçının valideynləri - bioloji atası X3 vo bioloji anası X10 2000-ci ildə nikaha daxil olmuşdurlar; 2.Həmin nikahdan xx.xx.2001-ci il tarixində İddiaçı doğulmuşdur; 3.Quba Rayon Məhkəməsinin 2-241 saylı 2004-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı valideynləri arasında olan rəsmi nikah qeydi ləğv olunmuşdur; 4.İddiaçı atasının babası xx.xx.1922-ci il təvəllüdlü X4 və atasının nənəsi İddiaçı Məmmədşah qızı məhkəməyə müraciət edərək iddiaçının onlara övladlığa verilməsini xahiş etmişdirlər. 5.Məhkəmə tərəfindən həmin ərizə təmin edilmiş, İddiaçı övladlığa verilmişdir. Sözügedən qətnamənin təhlili onu deməyə əsas verir ki, hazırki iş üzrə övladlığa verilmə formal xarakter daşımışdır. Belə ki: 1.Həmin qətnamə əsasında İddiaçı 2 yaşında ikən 82 yaşlı H.Xələfova övladlığa verilmişdir. Qətnaməyə əsasən, iddiaçı övladlığa götürənləri öz valideynləri kimi tanıyır, lakin bu heç də inandırıcı və məntiqli görünmür; 2.Qətnamədə övladlığa götürənlərin sağlam olduğu qeyd edilsə də, övladlığa götürənlərdən H.Xələfov 28.01,2014-cü il tarixində üremik komadan, İddiaçı isə övladlığa götürdükdən cəmi 2 il sonra - xx.xx.2006-cı il tarixində baş-beyin ödemi və beyindaxili qansızmadan vəfat etmişdir. 3.İddiaçı təxminən 10 ilə yaxın müddət ərzində, yəni xx.xx.2015- ci il tarixindən xx.xx.2024cü il tarixinədək övladlığa götürənlərin vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası ödənilmişdir; 4.Övladlığa götürülən İddiaçı övladlığa götürənlərin doğma nəticəsidir; 5.Məhkəmə doğma valideynlərin arasındakı nikah qeydinin ləğvini onların iddiaçının tərbiyəsində və ya saxlanmasında iştirakdan boyun qaçırmaları kimi şərh etmiş, nəticədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 123.2-ci maddəsinə əsaslanaraq övladlığa götürmənin onların razılığı olmadan da icra edilə biləcəyini bildirərək ərizəni təmin etmişdir. Təcrübə onu deməyə əsas verir ki, doğma valideynlər əksər hallarda maddi rifahlarını yaxşılaşdırmaq naminə doğma övladlarının ahıl şəxslərə, xüsusilə də öz valideynlərinə və ya nənə-babalarına övladlığa verilməsinə razı olurlar. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırırıq ki, təsadüfi deyil ki, övladlığa götürənlərin vəfatından sonra İddiaçı doğma atasının bibisi X1 rayon icra hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 41 nömrəli sərəncamı ilə iddiaçının üzərində qəyyum təyin edilmişdir. Belə addımlar atmaqla şəxslər həm də qanunla yol verilən sosial təminatlardan yararlana bilirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 15.2-ci maddəsinə əsasən, ögey oğulun, ögey qızın doğma övladlarla bir səviyyədə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 14-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin siyahısı məhduddur. Vəfat etmiş şəxsin 18 yaşına çatmamış övladları da bu hüquqa malikdirlər. Beləliklə, ahıl şəxsin vəfatı nəticəsində övladlığa götürülən uşağa uzun müddət pensiya ödənişi həyata keçirilir. Eləcə də, iddiaçı ilə eyni kateqoriyadan olan şəxslər övladlığa götürülən və ya barəsində qəyyum və ya himayəçi təyin edilən şəxs olduqlarına istinad edərək, valideyn himayəsindən məhrum olduqlarını və bu səbəbdən onlara “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatların verilməli olduğunu iddia edirlər, lakin övladlığa götürülən şəxsin pensiya təminatının olması onun həm də avtomatik olaraq digər sosial təminatlara hüququnun olması mənasına gəlmir. Məhkəmənin diqqətinə çatdırırıq ki, “valideyn himayəsindən məhrum olma” və “övladlığa götürülmə” tamamilə fərqli anlayışlardır. Övladlığa götürülən uşaqların heç də hər biri valideyn himayəsindən məhrum olmuş uşaq deyil. Başqa sözlə, övladlığa götürülmə hələ həmin uşağın valideyn himayəsindən rnəhrum olması mənasına gəlmir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideyn himayəsindən məhrum olmuş uşaqlar– hər iki valideyniaşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarınıuşaqlar üçün sosial xidmət müəssisələrindəngötürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər–valideynlərini itirmiş, habelə valideynhimayəsindən məhrum olmuş ali, orta ixtisas və peşətəhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; Maddə 3.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Maddə 8.Əmək hüququ üzrə təminatlar Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür (20 dekabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyada).
14. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarı “Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:
2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiəvəsosial təminat” bölməsində Azərbaycan RespublikasınınƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinəayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqlavə ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.
IV. Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
16. Hazırki iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq ləvazimat əvəzinə pul kompensasiyasının ödənilməsidir.
17. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində valideyn himayəsindən məhrum olmuş uşaqların anlayışı verilmişdir. Həmin maddədə hər iki valideyniuşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər valideyn himayəsindən məhrum olmuş uşaqlara aid edilmişdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərisə valideynlərini itirmiş, habelə valideynhimayəsindən məhrum olmuş ali, orta ixtisas və peşətəhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.
18. Qanunun 8-ci maddəsinin 4-cü abzasının 20 dekabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.
19. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzası ilə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiəvəsosial təminat” bölməsində Azərbaycan RespublikasınınƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinəayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqlavə ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunmaları qərara alınmışdır.
20. İddiaçı cavabdehə müraciət edərək, qeyd olunan birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq inventarın verilməsini xahiş etmiş, cavabdeh iddiaçının Qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona birdəfəlik müavinət və kompensasiyanın verilməsindən imtina etmişdir.
21. Məhkəmə qeyd edir ki, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunununda nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına aiddir. Belə ki, iddiaçı 2004-cü ildə qeyd olunan məhkəmə aktı ilə İddiaçı Məmmədşah qızı və X4 tərəfindən övladlığa götürülmüşdür. Beləliklə, qeyd edilən şəxslər iddiaçının qanuni valideynləri sayılır və eyni zamanda, bioloji valideynləri sağ olsa belə, hüquqi müstəvidə bir şəxsin bir ata və bir anası olması qeyd edilir.
22. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq inventar əvəzinə pul kompensasiyasının verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
24. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı işə daxil olması ilə əlaqədar orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq inventar əvəzinə pul kompensasiyasının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X13-Abbaszadə