Məhkəmə qərarları › İş №2-1(118)-724/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-724/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-724/2020 04.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “onunla mərhum atası X3 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, 3M-856 nömrəli “torpağın icarə hüququnun bağışlama müqaviləsi” əsasında X1 Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli, 15 nömrəli qərarı ilə icarəsinə verilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X6 həvalə edilməsi tələbinə" dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “onunla mərhum atası X3 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, 3M-856 nömrəli “torpağın icarə hüququnun bağışlama müqaviləsi” əsasında X1 Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli, 15 nömrəli qərarı ilə icarəsinə verilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X6 həvalə edilməsi tələbinə" dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi etiraz etmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar