Məhkəmə qərarları › İş №2-1(118)-726/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-726/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-726/2021 01.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı və nümayəndəsi X3 və üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı Quba rayonu Vladimirovka bələdiyyəsinin 14 oktyabr 2016-cı il tarixli 03 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu Vladimirovka bələdiyyəsinin 14 oktyabr 2016-cı il tarixli 03 saylı qərarının ləğv edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsini 2016-cı ildə X7 almışdır. Bundan başqa həmin torpaq sahəsinə bitişik 0.02 ha torpaq uzun illər ərizndə torpağı ona satan X8 istifadəsində olmuşdur. O, M.Bayramovla torpağı almağa razılaşarkən həmin 0.02 ha torpaq sahəsi ilə birlikdə almaşa razlaşmışdır. Həmin əlavə torpaq sahgəsi onun hasarının daxilində olmuşdur. Buna baxmayaraq cavabdeh bələdiyyə həmin torpağı qanunsuz olaraq üçüncü şəxs X2. Belə ki, bələdiyyə həmin torpağın faktiki olaraq kimin istifadəsində olub olmasını aydınlaşdırmadan hərracdan kənar qaydada alqı-satqı etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X4 iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X12 iddianı qəbul etməyərək izah etdi ki, mübahisələndirilən torpaq sahəsi ona satılarkən boş sahə olmuş və heç kimin istifadəsində və yaxud hasarın daxilində olmamışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, 2017-ci ildə alqısatqı qaydasında bələdiyyə tərəfindən ona satılmışdır. Bundan sonra iddiaçı həmin ərazini hasarlamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş üzrə şahid qismində dindirilən X14 göstərdi ki, 1983-cü ildən onun mülkiyyətində 0.24 (0,20 + 0.04) ha torpaq sahəsi vardır. Bundan başqa 0.02 ha torpaq sahəi onun faktiki istifadəsində olmuşdur. 2016-cı ildə o, 0.24 ha torpaq sahəsini İddiaçı satarkən həmin 0.02 ha da onun istifadəsinə vermişdir. İş üzrə şahid qimində dindirilən X5 bildirdi ki, 2020-ci ilədək Vladimirovka bələdiyyəsinin sədri olmuşdur. Mübahisəli 0.02 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmuşdur və bələdiyyənin mülkiyyəti kimi qeydə alındıqdan sonra X1. Y.Teynurov mübahisəli ərazinin ona satılması üçün bələdiyyəyə müraciət etməmişdir. torpaq satılarkən boş olmuş, sonradan müəyyən hissəsi İddiaçı tərəfindən hasarlanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Quba rayon Vladimirovka bələdiyyəsinin 14.10.2016-cı il tarixli 03 saylı qərarı 0.02 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə alınması proseduruna başlanması barədədir. bundan sonra 29.03.2017-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi cavabdeh bələdiyyə orqanı tərəfindən üçüncü şəxs X1 və sonuncu torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. İddiaçı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, iddia tələbində göstərilən 14.10.2016cı il tarixli qərar mübahisə predmeti ola bilməz. Həmin qərarla yalnız bələdiyyə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydə alınması üçün prosedurlara başlanılması barədə qərar qəbul etmiş və daha sonra alqı-satqı müqaviləsi əsasında torpağı R.Əliyevə satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi iddiaçının evinin yaxınlığında yerləşsə də, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. Bundan başqa onun mübahisəli torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyəyə müraciət etməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların bələdiyyə tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı iddialar qaldıraraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın,alq-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin məhkəmə araşdırmaları zamanı iddiaçının hazırda mübahisələndirdiyi qərardan məlumatı olmasına baxmayaraq müvafiq iddianı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı Quba rayonu Vladimirovka bələdiyyəsinin 14 oktyabr 2016-cı il tarixli 03 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı Quba rayonu Vladimirovka bələdiyyəsinin 14 oktyabr 2016-cı il tarixli 03 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar