Məhkəmə qərarları › İş №2-1(118)-727/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-727/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-727/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (təqaüdçü, Sumqayıt şəhəri, 18-ci mikr-n, ev 23 mənzil 12-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, M.Hüseyn küçəsi ev 78-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1988-2006-ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1988-2006-ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il təvəllüdlüdür. 1981-ci ildən 2006-cı ilin fevral ayının sonunadək daxili işlər orqanlarında xidmət etmişdir. 2006-cı ilin fevral ayında yaşa görə pensiyaya çıxmışdır. İşdən aza edilərkən istifadə etmədiyi 19 il üçün ona məzuniyyətə görə kompensasiya hesablanıb ödənilməmişdir. Dəfələrlə məzuniyyətdən istifadə etmədiyi illərə görə kompensasiya verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. DİN Maliyyə-Plan İdarəsi özünün xx.xx.2019-cu il tarixli məktubu ilə 1988-2004-cü illərin (16 il) məzuniyyətdən istifadə etmədiyinə görə xidətdən xaric olduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları əsasnda ona 720 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı həmin cavabla razılaşmır. Belə ki, 1988-2006-cı illərdə məzuniyyətdə olmamışdır. Beləliklə, ona 19 ilə görə kompensasiya ödənilməlidir. Dihər tərəfdən o, kompensasiyanın məbləği ilə razılaşmır, ona ödənilmiş kompensasiya 2006-ci ilin deyil, 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən ödənilməlidir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun olaraq iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı Sumqayıt şəhər Poils İdarəsi PPXT-nin manqa komadiri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə yaşa görə xx.xx.2006-cl il tarixdən dazili işlər orqanlarından xaric edilmişdir. DİO-dan təxris olunduğu tarixə pensiya təyinatı üçün xidmət müddəti təqvimi hesablama ilə 26 il 9 ay 8 gün, imtiyazlı xidmət müddəti 32 il 18 gün təşkl etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli Qanununa əsasən 32 il xidmət illəri nəzərə alınaraq nüvafiq təminat xərcliyinin 91 faiz hesabı ilə pensiya təyin edilmiş və xx.xx.2006-cı il tarixədək DİN tərəfindən ödənilmişdir. İstifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ilə bağlı Baş Əməliyyat və X1 sorğu göndərilmiş və müəyyən edilmişdir ki, İddiaçı 16 il, yəni 1988- 2004-cü illərdə istifadə etmədiyi məzuniyyətə görə 720 manat pul kompensaisyası ödənilmişdir. Həmin məbləğ onun xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları əsasında hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : -Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə əsasən 1988-2004-cü illər üçün məzuniyyətlərdən istifadə etmədiyinə görə DİO-dan xidmətdə xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşlarına əsasən 720 manat pul kompensasiyası hesablanmışdır. -Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsi xx.xx.2019-cu il tarixli məktubunda göstərmişdir ki, İddiaçı Sumqayıt şəhər Poils İdarəsi PPXT-nin manqa komadiri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə yaşa görə xx.xx.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan təxris olunduğu tarixə pensiya təyinatı üçün xidmət müddəti təqvimi hesablama ilə 26 il 9 ay 8 gün, imtiyazlı xidmət müddəti 32 il 18 gün təşkl etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası x xxxxxx 2006cı il tarixli Qanununa əsasən 32 il xidmət illəri nəzərə alınaraq müvafiq təminat xərcliyinin 91 (daxili işlər orqanlarından yaşa görə xaric olunduğuna görə 20 il xidmət üçün müvafiq təmian xərcliyinin 3 faiz hesabı ilə : 12 il x 3 faiz = 36 faiz, 36 faiz = 55 faiz = 91 faiz) faiz hesabı ilə pensiya təyin edilmiş və xx.xx.2006-cı il tarixədək DİN tərəfindən ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının “Məzuniyyətlər haqqında” xx xxxx 1994-cü il tarixli Qanununun (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli Qanunu ilə xx xxxx 1999- cu il tarixdən qüvvədən düşmüş hesab edilmişdir) 31-ci maddəsi ilə müvafıq iş ilinin (iş illərinin) məzuniyyətdən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən, işçinin arzusu ilə həmin iş ili (illəri) üçün məzuniyyət verilir və işdən çıxarılma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi həmin maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona sözügedən qanunun 32-ci maddəsilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi edilir. Həmin Qanunun 32-ci maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsinin xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəz edilir Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 88-ci maddəsinə görə əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ona ödənilmiş 720 manat məbləğində kompensasiyanın məbləği ilə razı deyildir. Belə ki, iddiaçı hesab edir ki, həmin kompensasiya 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayına uyğun olan orta əmək haqqına əsasən ödəməlidir. Lakin yuxarıda göstərilən normanın mənasından görünür ki, istifadə edilməyən məzuniyyətə görə kompensasiya işçinin həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. İddia tələbinin pensiyanın 97 % hesabı ilə hesablanmasına dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu tələbini 19 il ərzində məzuniyyətə çıxmaması, həmin müddətin 2 il 4 ay təşkil etdiyi və 32 ilin üzərinə əlavə ediliyi halda peniyasının 97 faiz hesabı ilə təyin edilməli olduğu ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, istifadə etmədiyi məzuniyyətə görə kompensasiya aldığından iddiaçı həmin müddətin xidmət illərinə əlavə edilməsi və buna uyğun olaraq pensiyasının artırılmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar