Məhkəmə qərarları › İş №2-1(118)-727/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-727/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-727/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X12 (STP-də İT üzrə mütəxəssis işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 38A, mənzil 42-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən 35 saylı fərdi yaşayış evinin 51,8 kv m ölçüdə olan 1 otağı üzərində daşınmaz əmlakın dövlət reyestrində 02 noyabr 2020-ci ildə qeydə alınmış paylı mülkiyyət hüququna dair çıxarışda və texniki pasportda düzəliş edilərək iddiaçıya ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən 35 saylı fərdi yaşayış evinin 51,8 kv m ölçüdə olan 1 otağı üzərində daşınmaz əmlakın dövlət reyestrində 02 noyabr 2020-ci ildə qeydə alınmış paylı mülkiyyət hüququna dair çıxarışda və texniki pasportda düzəliş edilərək iddiaçıya ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 evdə yerləşən fərdi yaşayış evinin sahəsi 51,8 kv m olan 1 otaqlı mənzilini əldə etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrində həmin ev üzərində onunla bərabər 9 nəfərin mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı mülkiyyətçisi olduğu bir otaqlı mənzilə dair ayrıca çıxarış almaq üçün cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh özünün 21 yanvar 2021-ci il tarixli məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmiş və imtinaya səbəb kimi “fərdi yaşayış evinin otaqlar üzrə bölünməsinin mümkün olmadığı” göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Babayev Edqar Arif oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, vətəndaş İddiaçı müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş dövlət reyestrindən verilmiş çıxarış fərdi yaşayış evinə aiddir. Ərizədə qeyd olunan sahəsi 51.8 kv m olan 1 otaq fərdi yaşayış evinin tərkib hissəsidir. Bundan əlavə fərdi yaşayış evini otaqlar üzrə bölünməsi mümkün olmadığı üçün ərizənin icrasını Ərazi İdarəsi tərəfindən təmin etmək mümkün olmamışdır. İddia ərizəsində göstərilən, bölünməsi və naturada ayrılması nəzərdə tutulan fərdi yaşayış evinin 51.8 kv m hissəsi (1 otaq) bir dam örtüyü altında yerləşən vahid yaşayış tikilinin tərkib hissəsidir və müstəqil şəkildə naturada ayrılaraq həmin hissəyə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması mümkün deyildir. İş materiallarında olan : -**********14-10301 reyestr nömrəli reyestrdən çıxarışdan görünür ki, Qusar şəhəri Səməd Vurğun küçəsi, 35 nömrəli ev 9 nəfərin, o cümlədən İddiaçı 51.8 kv m 1 otaq olmaqla xüsusi mülkiyyətinə verilmişdir. - **********14-10301 reyestr nömrəli reyestrdən çıxarışda payı olan X3, X2, X6, X4, X5, X8, X7 və X1 ərizələrindən görünür ki, onlar ünvan 2 ünvanda yerləşən fərdi evin satılmasından xəbərdardırlar və satın almaqda üstünlük hüququndan imtina edirlər. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Qusar şəhəri Səməd Vurğun küçəsi ev 35-ə aid texniki pasportdan görünür ki, oğlunun yaşayış evinin həyətyanı sahəsinin faktiki ölçüləri 2348,0 kv metrdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq təqdim edilmiş çıxarışıb fərdi yaşayış evinə aid olduğu, qeyd olunan 58.7 kv m ölçülü bir otağın fərdi yaşayış evinin tərkib hissəsi olduğu və evin otaqlar üzrə bölünməsi mümkün olmadığından müraciətin təmin olunmasının mümkün olmadığı bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Mənzil Məcəlləsinin 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər: 233.1.1. mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə; 233.1.2. daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi. İş materiallarndan müəyyən edildi ki, İddiaçı ünvan 3 ünvanda yerləşən evin 51,8 kv m sahəyə malik 1 otağın mülkiyyətçisidir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarışdan görünür ki, iddiaçıdan başqa daha 8 nəfər həmin yaşayış evində müxtəlif ölçülərdə yaşayış sahələrinə malikdirlər. Hazırda iddiaçı mülkiyyətçisi olduğu 51,8 kv m olan otağa dair ayrıca çıxarışın verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının sahibi olduğu otaq fərdi yaşayış evinin tərkib hissəsi olduğundan və ayrıca yaşayış sahəsi təşkil etmədiyindən iddia tələbinin təmin edilməsi üçün qanuni əsas mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Göstərilən Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən 35 saylı fərdi yaşayış evinin 51,8 kv.m ölçüdə olan 1 otağı üzərində daşınmaz əmlakın dövlət reyestrində 02 noyabr 2020-ci ildə qeydə alınmış paylı mülkiyyət hüququna dair çıxarışda və texniki pasportda düzəliş edilərək iddiaçıya ayrıca çıxarışın verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar