Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-728/2020 24.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “onun xx xxxxxxx 1973-ci il tarixə kimi əmək kitabçasında qeyd edilmiş hərbi xidmətdə olma və işlədiyi müddətin, eləcə də xx.xx.2007-ci ildən xx.xx.2019-cu il tarixə kimi birinci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx xxxx 1955-ci ildə Quba rayonu. Timiryazev qəsəbəsində anadan olmuş, 1973-1975-ci illər ərzində keçmiş SSRİ ordusunun tərkibində hərbi xidmətdə olmuş, 1976cı ·ildən 2002-ci ilə qədər isə müxtəlif işlərdə çalışmış və çalışdığı bütün müddətlər əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda xx xxxxxxx 2007-ci il tarixdən bu günə kimi İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq edir. Onun 1–ci qrup əlilə qulluq etməyi Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktla təsdiq edilir. Haİ–hazırda onun 65 yaşı var və yaşa görə əmək pensiyası hüququ 2019-cu ilin 22 mart tarixindən yaranmışdır. O, pensiya təyin etməklə bağlı bütün sənədlərini Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Quba rayon Şöbəsinə təqdim etmişdir. Lakin qeyd edilən qurumdan onun 25 il əmək stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən xx xxxxxx 2020-ci il tarixli, 14 saylı qərarla imtina olunduğu bildirilmiş və çox böyük çətinliklə ona bununla bağlı xx xxxxxx 2020-ci il tarixli məktub verilmişdir. Qəbul edilmiş qərarı isə DSMF-nin Quba rayon şöbəsindən əldə edə bilməmişdir. Göründüyü kimi onun işləməyi, eləcə də 1–ci qrup əlil həyat yoldaşına qulluq etməyi əmək kitabçası və Quba Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası tərəfindən tərtib edilmiş aktla təsdiq olunsa da, cavabdeh təşkilat ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. Halbuki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017–ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən qanun normasının tələbinə əsasən xx xxxx 2018-ci ildən xx xxxx 2019–cu ilə kimi kişilər üçün əmək pensiyasına çıxmanın yaş həddi 64 yaş təşkil etmişdir və onun 64 yaşı xx xxxx 2019-cu ildə olmuşdur və pensiya hüququ da həmin tarixdən yaranmışdır. Buna görə də imtinanı əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiacı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və X1 Nazirlıyı yanında X4 Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu qanunun 21-ci maddəsinə əsasən qanunvenciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə rnülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.3.1 bəndinə əsasən 1-ci qrup əlilə qulluq edilməsi müddəti , qanunvericiliklə müəyyən edilmiş qaydada onu saxlamağa borclu olan valideynləri, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sosial sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktına əsasən tərtib edilir. Beləliklə, İddiaçı 1-ci qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızı üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada qəyyum (himayəçi) təyin edilmədiyindən, Şixəliyeva Hökümə Musa qızına iddaçı tərəfindən qulluq edilməsi faktı barədə müayinə aktı tərtib etmək və bu səbəbdən onun sosial sığorta stajına daxil etmək mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci ildə keçiriləcək iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakı təmin edilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına məxsus doğum haqqında şəhadətnamənin surəti,Quba rayon İcra Hakimiyyətinin 2737/2 saylı xx xxxxxx 2019-cu il tarixli aktı,Quba rayonu Timiryazev bələdiyyəsinin təstiq etdiyi akt, nikah haqqında şəhadətnamənin surəti, DSMF-nun Quba rayon şöbəsinin imtina məktubu, etiraz ərizəsi, iddiaçıya məxsus, əmək kitabçasının surəti, arayışlar, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sosial sığorta daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta daxil edilir. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.9-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə oğlduğu müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 1973-1975-ci illərdə Sovet Ordu sıralarında hərbi qulluq keçmişdir. Nəzəri cəhətdən iddia tələbinin qeyd olunan hissəsinə həmin dövrdə qüvvədə olan qanunvericilik aktının tətbiq edilməli olmasına baxmayaraq, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sosial sığorta daxil edildiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin bu hala tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə onu da zəruri hesab edir ki, iddiaçının İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu ilədək qulluq etdiyi dövrünün sosial sığorta stajına daxil edilməsini nəzərə alaraq ona yaşaya görə əmək pensiyası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.9-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İddiaçının İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyi müddəti müvafiq komissiyanın aktı və digər aktlarla təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 25 ildən artıqdır.Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. Həmçinin İddiaçı İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən İ qrup əlilə qulluğa görə həmin müddətlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyası hüququnu da yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi, hərbi xidmətdə olduğu dövrü sosial sığorta stajına daxil edilərək və İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyini nəzərə alaraq ona hüququn yarandığı xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi və həqiqi hərbi xidmətdə olduğu dövrü sosial sığorta stajına daxil edilərək və İ qrup əlil həyat yoldaşı Şixəliyeva Hökümə Musa qızına qulluq etdiyini nəzərə alaraq ona hüququn yarandığı xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-728/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-728/2020
24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver