Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-729/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X4 (Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində işləyən, ünvan 2 ünvanında yaşayan), Üçüncü şəxs X6 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı cavabdehin hərəkəti qanunsuz hesad edilməklə akt qeydləri kitabında oğlu X3 ilə bağlı aparılan qeydin dəyişdirilərək uşağın soyadının “Alıyev” soyadından “Mehdi” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı cavabdehin hərəkəti qanunsuz hesad edilməklə akt qeydləri kitabında iddiaçının oğlu X3 ilə bağlı aparılan qeydin dəyişdirilərək uşağın soyadının “Alıyev” soyadından “Mehdi” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 aprel 2021-ci il tarixli qərardadı ilə uşağın anası X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 2019-cu ildə Alıyeva (Manafova) Arzu Hacalı qızı ilə faktiki nikahla ailə qurmuş və nikahlarını 04.05.2020-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahdan 10.07.2020-ci il təvəllüdlü X10 adında bir övladı anadan olmuşdur. Uşağa doğum haqqında şəhadətnamə alarkən onlar cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsindən xahiş etdilər ki, uşağın soyadını «Mehdi» soyadı kimi qeyd etsinlər, lakin cavabdeh bundan imtina etmiş və bildirmişdir ki, uşağın soyadı atanın soyadı ilə götürülür, bu səbəbdən də doğum haqqında şəhadətnamədə uşağın soyadı «Alıyev» soyadı ilə qeyd edilmişdir. Cavabdeh təşkilata 10.07.2020-ci il tarixdə verdikləri ərizəyə 26.11.2020-ci il tarixli imtina məktubu hazırlanmış və həmin cavab məktubu iddiaçıya 18.01.2021-ci il tarixdə təqdim edilmişdir. Həmin məktubla onların ərizəsinin təmin olunmasından imtina olunmuş və bildirilmişdir ki, yalnız uşağın 18 yaşı tamam olandan sonra bu məsələyə onun öz müraciəti əsasında baxıla bilər. Cavabdehin hərəkəti qanunsuz və əsassız hesab edilməlidir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının 10.07.2020-ci il təvəllüdlü oğlu X2 “Alıyev”dən “Mehdi”yə dəyişdirilməsi barədə ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçının övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq ərizənin təmin edilməsi mümkün olmamışdır. Üçüncü şəxs X9 iddia tələbini müdafiə etdi və iddiaçının ərziəsin uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - “Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 396284 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X9 arasında 04.05.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. - Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 483697 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 10.07.2020-ci il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında isə X9 göstərilmişdir. -cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının 10.07.2020-ci il təvəllüdlü oğlu X1 “Alıyev”dən “Mehdi”yə dəyişdirilməsi barədə ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-ci maddəsinə görə uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”n 4.1-ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, uşağın soyadı yalnız valideynlərin soyadı ilə müəyyən edilir, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə icazə verilməsi isə yalnız soyad digər valideynin soyadına dəyişdirilərsə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı iddia tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuşdur. İş materiallarından göründüyü kimi soyadının dəyişdirilməsi tələb olunan uşağın hər iki valideyninin soyadı müvafiq olaraq «Alıyeva » və «Alıyev» kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlunun soyadının dəyişdirilməsi üçün əsas olan yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-729/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-729/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver