Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-729/2022 26.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 01 yanvar 1950-ci ildə Laçın rayonu Minkənd kəndində doğulması barədə doğum haqqında şəhadətnamənin cavabdeh tərəfindən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci ildə Laçın rayonu Minkənd kəndində anadan olmuşdur. Lakin bunu təsdiq edən doğum akt qeydi və s.sənədləri əldə edə bilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinə müracət etmişdir. Cavabdeh isə veridyi sorğulara müsbət cavab almadığından onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı ona yenidən doğum haqqında şəhadətnamənin verilməsini tələb edir. Lakin Sumqayıt Cavabdeh qeydiyyat şöbəsində verilmiş arayışlardan görünür ki, Laçın rayon qeydiyyat şöbəsinin arxivində, Laçın rayon Minkənd kənd inzibati əraziu dairəsi üzrə nümayəndəliyi və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə aparılan yoxlamanın nəticələrinə görə saxlanılan akt qeydləri üzrə arxiv məlumatlarında İddiaçı barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimləndiyindən və mülki xarakterli olduğundan inzibati məhkəmə icraatında baxılan mübahiəslərə aid edilə bilməz. Belə ki, faktiki olaraq hazırki mübahisə doğum haqqında akt qeydinin bərpa edilməsi barədədir və ümumi məhkəmənin səlahiyyətləri çərçivəsində baxılan mübahisələrə aiddir. İddiaçının hüquqi nəticəni əldə etməsi üçün əvvəlcə doğum haqqında akt qeydi bərpa edilməlidir. Həmin akt qeydi bərpa edilmədən ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1ci maddəsində inzibati məhkəmə icraatında baxılan iddiaların növləri qeyd edilmişdir. Lakin «doğum akt qeydinin bərpa edilməsi» tələbi həmin iddia növlərinə daxil edilməmişdir. Bu tələb inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmə tərəfindən xüsusi icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Göstərilən Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «İnzibati məhkəmə itcraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya xüsusi icraat qaydasında ərizə ilə yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-729/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-729/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver