Məhkəmə qərarları › İş №2-1(118)-729/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-729/2024

06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-729/2024 06.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti” 29 iyun 2004-cü il tarixli 711-İİQ №-li Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidməti vəzifələrinin icrası zamanı aldığı hərbi travma və xəsdəlik nəticəsində onun xidməti davam etdirilməsi istisna edilməsini (həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olduğunu) nəzərə alıb, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” 29 iyun 2004-cü il tarixli 711-İİQ №-li Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Kəşfiyyat şöbəsinin rəisi - artilleriyanın kəşfiyyat rəisi vəzifəsindən, “polkovnik” hərbi rütbəsində Müdafiə nazirinin 28 iyul 2021-ci il tarixli 0959 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) əsasən 20 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən istefaya buraxılmışdır. İddiaçı hərbi xidmətdən istefaya buraxıldıqdan sonra qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi rəisinin 19 iyul 2022-ci il tarixli 19 №-li göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. 17 avqust 2022-ci il tarixli 988 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin “Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı” adlanan 13-cü bənddə «xəstəliklər cədvəli”nin 13a, 71a, 23c maddəsinin İİİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır» göstərilmişdir. Həmin şəhadətnamənin “Hərbi Həkim Komissiyanın Qərarı” adlanan 14-cü bəndində “diabetik nefropatiya ilə fəsadlaşmış şəkərli diabet tip 2, orta ağır dərəcə subkompensasasiya mərhələsində (GEAH-03.2019). Böyrəklərin xroniki xəstəliyi. Xroniki böyrək çatışmazlığı, İİİ (üçüncü) mərhələ. Keçirilmiş qapal kəllə-beyin travması (xx.xx.2018), baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq ocaqlı nevroloji nişanaləri ilə vegetativ damar distoniyası ilə nəticələnmiş qalıq aləmətləri” diaqnozlu xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” göstərilmiş, “Düyünlü ur, eutireoid forma. Sol gözün miopiyası 1.0 D nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya ilə 1.0 olmala, sağ gözün görmə itiliyi 1.0 olmaqla” diaqnozlu xəstəliklərinin isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim Komissiyasının həmin Qərarı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 24 avqust 2022-ci il tarixdə təsdiq edilmişdir. İddiaçı 23 fevral 2019-cu il tarixdən 20 sentyabr 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Kəşfiyyat şöbəsinin rəisi - artilleriyanın kəşfiyyat rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ №-li Azərbaycan Respublikası Qanununa və müvafiq normativ hüquqi aktlara əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmişdir. Qeyd etdiyi Qanunun 14.2-ci və 20.12-ci maddələrinin tələblərinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçı hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət edərkən səhhətində yaranmış problemlərə (xəstəliklərə) görə dəfələrlə ambulator və stasionar müalicədə olmuşdur. Ona 25 yanvar 2022-ci il tarixdən Tibbi-Sosial Ekspertiza Agentliyinin qərarına əsasən 5 il müddətinə ll dərəcə əlillik təyin edilmişdir. Bundan əlavə bildirir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranıdır, Vətən Müharibəsi iştirakçısı və veteranıdır. Xidmət etdiyi müddətdə çoxsaylı dövlət təltiflərinə layiq görülmüşdür. Belə ki, o, 24 iyun 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin, X3 Baş Komandan Heydər Əliyev tərəfindən “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Əlavə olaraq, 26 iyun 2005-ci ildə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, 24 iyun 2008-ci ildə “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, 25 iyun 2014-cü ildə “Qüsursuz xidmətə görə 1-ci dərəcəli”, 24 iyun 2014-cü ildə “Hərbi xidmətdə Fərqləndiyinə görə 3-cü dərəcəli”, 19 aprel 2016-cı ildə “Hərbi xidmətdə Fərqləndiyinə görə 2-ci dərəcəli”, 22 iyun 2019-cu ildə “Hərbi xidmətdə Fərqləndiyinə görə 1-ci dərəcəli”, 29 avqust 2017-ci ildə “AR Silahlı Qüvvələri Veteranı”, 24 dekabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İddiaçı Müdafiə Nazirliyinə hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət edərkən xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət (hərbi travma, xəstəlik) nəticəsində hərbi xidmətə həm dinc dövrdə, həm də müharibə dövründə yararsız hesab edildiyini təsdiq edən 9888 №-li Şəhadətnaməni və digər zəruri sənədləri göndərərək qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya müvafiq olaraq üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyindən 28 aprel 2023-cü il tarixli 15/1160 №-li məktubla imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, 17 avqust 2022-ci il tarixli 9888 nömrəli xəstəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı 07 iyun 2018-ci il tarixdə N nömrəli hərbi hissədə komanda müşahidə məntəqəsini yoxlayarkən “Qapalı kəllə-beyin travması, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsindən sonrakı vəziyyət” xəsarətini almışdır. Lakin, 22 iyul 2022-ci il tarixli 15/1808 nömrəli arayışa əsasən İddiaçı 23 fevral 2019-cu il tarixdən 22 sentyabr 2021-ci il tarixədək tutduğu vəzifə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edildiyi qeyd edilmişdir. İddiaçının 02 sentyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissəyə ünvanladığı kompensasiya təyin edilməsi ilə bağlı ərizəsinə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralnma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmış 17 avqust 2022-ci iljarixli 9888 nömrəli “Xəstəlik haqqqında şəhadətnaməyə əsasən iddiaçının hərbi xidmətini istisna edən xəstəlik (xəsarət) kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı vəzifəsinə təyinatından əvvəl qazandığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci maddəsinə əsasən tələb edilən kompensasiyanın ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Mərkəzi Hərbi Həkim Komissiyasının 17 avqust 2022-ci il tarixli 9888 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi göstərilmişdir, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasızdır. - 20 sentyabr 2021-ci il tarixli 263 nömrəli əmrdən çıxarışdan görünür ki, Polkovnik İddiaçı, Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin Artilleriya kəşfiyyatı şöbəsinin rəisi, Azərbaycan Respublikası müdafiə nazirinin 28 iyul 2021-ci il tarixli 0959 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin «b» bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq istefaya buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 20 sentyabr 2021-ci il tarixdən Müdafiə Nazirliyi Aparatının şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. Polkovnik İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli Qərarının 27.2-ci bəndinə əsasən 2021-ci ilin yanvar-avqust ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnik İddiaçı istefaya buraxılması ilə əlaqədar beşayiıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdirş. 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyətə görə bir aylıq vəzifə maaşı miqdarında əlavə pul təminatı ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından aydın olur ki, iddiaçı Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Kəşfiyyat şöbəsinin rəisi - artilleriyanın kəşfiyyat rəisi vəzifəsindən, “polkovnik” hərbi rütbəsində Müdafiə nazirinin 28 iyul 2021-ci il tarixli 0959 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) əsasən 20 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən istefaya buraxılmışdır. İddiaçı hərbi xidmətdən istefaya buraxıldıqdan sonra qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi rəisinin 19 iyul 2022-ci il tarixli 19 №-li göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. 17 avqust 2022-ci il tarixli 9888 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin “Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı” adlanan 13-cü bənddə «”xəstəliklər cədvəli”nin 13a, 71a, 23c maddəsinin İİİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır» göstərilmişdir. Həmin şəhadətnamənin məzmunundan görünür ki, xəstə İddiaçı 2010-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şikayətləri ilə əlaqədar müayinə edilmiş, endokrinoloq tərəfindən konsultasiya edilmiş, “İnsulindən asılı olmayan şəkərli dibat 2 tip, kompensə mərhələsində” diaqnozu qoyularaq ambulator müalicə təyin edilmişdir. Sonrakı dövrdə periodik ambulator qaydada müayinə olunmuşdur, xx.xx.2012xx.xx.2012-ci il tarixlərdə hospitalda “Öd daşı, xroniki kalkulyoz xolesterinini kəskinləşməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur”, xx.xx.2012-ci il tarixdı xəstə urologiya bölməsinə köçürülmüş, “xroniki birincili piolnefrit, remissiya mərhələsində, sağ böyrəyin solitar kistası, xroniki böyrək çatışmazlığı, birinci mərhələ, düyünlü ur, eutiroid forma, servikokranaialgiya” diaqnozu ilə stasionar müalicədə olmuşdur”, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nefrologiya nəticəsində “Təcrid olunmuş sidik sindromu ilə müşayiət olunan xroniki qloçerulonefrit, natamam remissiya mərhələsində, tranzitor böyrək çatışmazlığı, düyünlü ur, eutiroeid forma, sol böyrəyil solitar kistası”, diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2019-cu il tarixdə X2 Araşdırma xəstəxanasında böyrək biopsiyası müayinəsi olmuş, “diabetik nefropatiya” diaqnozu qoyulmuşdur.... Hazırda iddiaçı kəşfiyyatçı üçün nəzərdə tutulan kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 22 iyul 2022-ci il tarixli 15/1808 nömrəli arayışa əsasən İddiaçı 23 fevral 2019-cu il tarixdən 22 sentyabr 2021-ci il tarixədək tutduğu vəzifə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edildiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə birbaşa xəstəliyin xidməti vəzifələrin icrası zamanı yaranması dispozisiya şərti kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömərli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinni davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Məhkəmə hesab edir ki, iş materilları ilə iddiaçının artıq 2012-ci ildən başlayaraq xroniki böyrək çatışmazlığı və s.böyrək xəstəliklərindən əziyyət çəkdiyi təsdiq edilir. Bu hal isə onun xəstəliyinin 2019-cu ildə kəşfiyyat subyekti hesab edildiyi vaxt yaranmasına istinad etməyi və bu əsasla qanunvericilikdə nəzərdə tutulnuş kompensasiyanın ödənilməsini istisna edir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İdida təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar