Məhkəmə qərarları › İş №2-1(118)-73/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-73/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-73/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, 3-cü şəxsin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “cavabdeh tərəfindən “xxxx” MMC-nin adına verilmiş xx xxxxxx 2008-ci il tarixli, 165 saylı Sərəncamın ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “cavabdeh tərəfindən “xxxx” MMC-nin adına verilmiş xx xxxxxx 2008-ci il tarixli, 165 saylı Sərəncamın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi barədə “xxxx” MMC-yə Cavabdeh tərəfindən xx xxxxxx 2008-ci il tarixli, 165 saylı Sərəncam verilmişdir. Həmin sərəncam əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evləri tikilmiş, notariat Konturunda üçtərəfli alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq, dövlət reyestri xidmətindən çıxarış birbaşa banka təhvil verilmişdir. Çıxarış alınandan sonra "xxxx" ASC-də həmin torpaq sahəsi və tikilməkdə olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilərək, alınan krediti “xxxx” MMC-nin nümayəndəsi götürmüşdür. Hal-hazırda çıxarışların surəti əldə edilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və həmin torpaq sahəsində fərdi yaşayış evlərinin tikilməsi qanuna ziddir. Yəni, qeyd olunan sərəncam iddiaçıların aldadılmasına səbəb olmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən qanunsuz tikililər və torpaq sahələri iddiaçılara satılmışdır. Ona görə də cavabdehə müraciət edərək, Cavabdeh xx xxxxxx 2008-ci il tarixli, 165 saylı Sərəncamının ləğv edilməsini xahiş etmişlər. Cavabdeh isə xx.xx.2019-cu il tarixdə imtina məktubu verərək, sərəncamın ləğv edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmiş “xxxx A” MMC iddia tələbinə dair yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx xxxxxx 2008-ci il tarixli 165-saylı sərəncamının ləğv edilməsini istəmişlər. Sonradan iddiaçılar tərəfindən vəsatət verilərək “xxxx A” MMC-nin və Azərişıq ASC-nin üçüncü şəxs qismində cəlb olunması istənilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(118)-458/2020 saylı qərardadı ilə “xxxx A” MMC üçüncü şəxs qismində işə cəlb olunmuşdur. “xxxx A” MMC-nin mülkiyyətində Abşeron rayonu, Masazır kəndi ərazisində, duzlu gölün yamacında 17 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində kottec tipli şəhərcik salınması planlaşdırılmış və salınacaq şəhərciyin eskiz layihəsi hazırlanmış, 2008-ci ildə Abşeron RİH ilə razılaşdırılaraq təsdiq olunmuşdur. Bundan sonra bir sıra fiziki şəxslər, “xxxx A” MMC-yə müraciət edərək salınacaq kottec tipli şəhərcikdə tikiləcək kotteclərin, villaların və digər tikililərin tikintisini və satışını həyata keçirmək istəklərini bildirmişlər. Eləcə də “xxxx” ASCnin nümayəndələri salınacaq şəhərciyə gələrək fiziki şəxslər tərəfindən tikiləcək evlərin, kotteclərin, onların yerləşdiyi torpaq sahələrinin banka ipotekaya qoyulması yolu ilə həmin tikintiyə kredit verə biləcəklərini bildirdilər. “xxxx A” MMC və şəhərcikdə tikinti işləri aparmaq istəyən fiziki şəxslər kottec tipli şəhərcik barədə elanlar verdilər, çox keçmədi ki, “xxxx A” MMC-nin ofisinə və eləcə də tikinti işləri aparmaq istəyən, elanlar vermiş fiziki şəxslərə ev almaqla bağlı müraciətlər edildi və şəhərciyin layihəsi ilə tanış olmaq istədilər, şəhərciyin layihəsi ilə müraciət edən bütün şəxslər tanış edilirdi, eləcə də kredit yolu ilə kottec tipli evlər və villalar almaq istəyən şəxslərə bildirilirdi ki, həmin layihənin sahibi “xxxx A” MMC olsa da tikinti işlərini bu sahədə təcrübəsi olan fiziki şəxslər aparacaq, ev almaq, kredit məsələləri ilə bağlı işlərlə onlara müraciət etsinlər. Layihədə tikilməsi nəzərdə tutulmuş kotteclər bir-birinə bitişik olan ikimərtəbəli 6 ədəd fərdi evlərdən ibarət idi, bu evlərin hər birinin uzunluğu 12 metr, eni isə 7.6 metr, yerdən damın üstünə isə hündürlüyü 9.6 metr olmaqla şəhərcikdə tikiləcək kottec tipli bütün evlərin eyni ölçüdə, hündürlükdə və bir layihə əsasında tikilməsi nəzərdə tutulurdu. Bu tipli kotteclərin tikiləcəyi ərazi qabaq və arxa hissələrindəki yaşıllıq zonası, giriş-çıxış yolları, küçələri ilə birlikdə 0.20-0.21 ha torpaq sahəsində nəzərdə tutulurdu. Şəhərcikdə tikilən villalar isə sifarişçinin seçdiyi layihələr üzrə tikilirdi, villaların tikintisini isə əksər hallarda sifarişçilər özləri və ya fiziki şəxslər sifarişçilər' satılmış torpaq sahələrində tikirdilər. Kottecləri tikmək istəyən fiziki şəxslərlə “xxxx A” MMC arasında 0.20-0.21 ha ərazi barəsində alqı-satqı müqavilələri bağlanılır və göstərilən ölçüdə torpaq sahələri həmin fiziki səxslərə satılırdı. Artıq 2009-cu ildən bir-neçə fiziki şəxslə bu cür müqavilələr bağlanmış onlara torpaq sahələri satılmış, torpaq almış fiziki şəxslər həmin torpaq sahələri barəsində öz adlarına çıxarış aldıqdan sonra həmin ərazidə layihədə nəzərdə tutulmuş kotteclərin tikintisinə başlayırdılar. Kotteclərdən kreditlə ev almaq istəyən şəxslərlə kottecləri tikən fiziki şəxslər arasında razılıq əldə edildikdə, kotteci tikən fiziki şəxs kottec tikintisi üçün aldığı torpaq sahəsini 6 hissəyə bölərək hər hissəsinin üzərində tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsini ev almaq istəyən şəxsə satır, eyni zamanda alıcı, satıcı və ipoteka saxlayan saxlayan “xxxx” ASC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanılır, alıcının aldığı torpaq sahəsi üzərində tikilən evlə birlikdə “xxxx” ASC-yə ipoteka qoyulur, həmin alıcı ilə ipoteka saxlayan bank arasında kredit müqaviləsi bağlanılır və bank evin tikintisinin həyata keçirilməsi üçün alıcıya kredit ayırır. Kredit almış şəxslər aldıqları krediti evin tikilməsi üçün fiziki şəxslərə verir, fiziki şəxslər isə həmin kredit hesabına evləri tikərək alıcılara təhvil verir. “xxxx A” MMC bu günə kimi kotteclərin, villaların tikintisini həyata keçirən fiziki şəxslərdən başqa həmin şəhərcikdə ev alan hər hansı bir şəxslə, hər hansı torpaq alqı-satqısı, ev alqı-satqı barədə hər hansı müqavilə bağlanmamış, öz üzərinə hər hansı tikinti, torpaq sahələri ilə bağlı alıcılar qarşısında öhdəlik götürməmişdir. “xxxx A” MMC-nin yalnız sahibi olduğu layihədə nəzərdə tutulmuş ölçülərdə və qaydada, ərazilərdə tikinti işlərinin aparılmasına, kottec tipli fərdi yaşayış evlərinin tikintisini həyata keçirən fiziki şəxslərin üzərinə götürdükləri öhdəlikləri vaxtında lazımı qaydada yerinə yetirmələrinə, layihədə nəzərdə tutulmuş evlərə giriş-çıxış yollarının, küçələrin saxlanılmasına nəzarət etmişdir. “xxxx A” MMC-nin sahibi olduğu layihə əsasında inşa edilmiş şəhərcikdə (park solero) 200-ə yaxın kottec tipli fərdi yaşayış evləri tikilmişdir, bu evlərin hamısı eyni layihə əsasında eyni ölçüdə tikilmişdir. Sakinlərin əksəriyyəti evlərini təmir edərək 5 ildən çoxdur ki, öz evlərində yaşayırlar, evlərindən, ərazidəki yaşıllıqlardan, ümumi istifadədə olan parkdan, küçələrdən, yollardan və eləcə də xidmətlərdən şikayətləri yoxdur, Park Solero yaşayış kompleksindən torpaq sahələri alaraq ev tikdirmiş ( tikmiş ) şəxslərin bəziləri artıq öz evlərinə çıxarış almışlar , yalnız bir-neçə şəxs, o cümlədən iddiaçılar İddiaçı2 və İddiaçı1 Park Solero yaşayış kompleksi ilə bağlı məhkəməyə, müxtəlif Dövlət orqanlarına, Prokürorluğa, Vergilər Nazirliyinə əsassız şikayətlər edirlər ki, bu şəxslərin də “xxxx” ASC-yə külli miqdarda borcları var, belə ki, həmin şəxslər yaşadıqları evlərinin yerləşdiyi torpaq sahələrinin alınması, evlərin tikilməsi üçün Bank Respublikdan götürdükləri kreditləri qaytarmırlar, xxxx isə həmin şəxsləri məhkəməyə verərək kredit borclarının həmin şəxslərdən tutulmasını və tutulacaq pulun kreditin təminatı kimi həmin şəxslərin şəhərcikdə (park solero) olan və ipotekaya qoyulmuş torpaq sahələrinə və bu torpaq sahələrində bankın verdiyi kredit hesabına tikilmiş evlərə yönəldilməsini istəyir. Bu şəxslər isə götürdükləri kreditləri qaytarmaq əvəzinə “xxxx A” MMC-yə xxxxya və digərlərinə qarşı əsassız iddialar qaldırırlar və hesab edirlər ki, bu yolla öz kredit problemlərini həll edəcəklər. İddiaçı2 Bank Respublikdan götürdüyü küllü miqdarda krediti ödəyə bilmədiyindən ona məxsus, ipoteka qoyulmuş ev tələbkar “xxxx” ASC-nin tələbi ilə hərracda satılmış, İddiaçı2 Park Solero yaşayış kompleksində olan evdən çıxarılmışdır, digər İddiaçı1da evi yaxın zamanlarda hərraca çıxarılaraq satılacaq və əldə ediləcək vəsait hesabına “xxxx” AC-dən götürdüyü küllü miqdarda kredit ödəniləcəkdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən “xxxx A” MMC barəsində həqiqətə uyğun olmayan şərböhtan xarakterli şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlar yayıldığından bu barədə “xxxx A” MMC tərəfindən məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq xxxx MMC barəsində həqiqətə uyğun olmayan şər-böhtan xarakterli, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və dəymiş zərərin əvəzi olaraq İddiaçı1 10000 manat, İddiaçı2 isə 7000 manat tutularaq xxxx MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş və dəymiş zərərin əvəzi olaraq İddiaçı1 3000 manat, İddiaçı2 isə 2000-manat tutularaq “xxxx” MMCyə ödənilməsi qət edilmişdir. İddiaçı2 mülkiyyətində olmuş torpaq sahəsi və bank krediti hesabına həmin torpaq sahəsi üzərində tikdirdiyi ev hərraca çıxarılmaqla satılmış və hazırda həmin torpaq sahəsi və ev başqa bir şəxsin mülkiyyətindədir, İddiaçı2 Park Solero yaşayış kompleksi ilə heç bir bağlılığı qalmadığından o, iddia tələb hüququ olmayan şəxsdir. “xxxx A” MMC-nin mülkiyyətində olmuş Abşeron rayonu, Masazır kəndi ərazisində, duzlu gölün yamacında yerləşən 17 hektar torpaq sahəsində kottec tipli şəhərcik salınması planlaşdırılmış və salınacaq şəhərciyin eskiz layihəsi hazırlanmış, 2008-ci ildə Abşeron RİH-i ilə razılaşdırılaraq təsdiq olunmuşdur. Təsdiq olunmuş Layihədə nəzərdə tutulmuş ərazidə Park Solero yaşayış kompleksi salınmış və ərazidə torpaq sahəsi almış sakinlər tərəfindən 200-ə yaxın kotec tipli evlər və villalar tikilmiş, əraziyə su, işıq, kanalizasiya xətləri çəkilmiş, park salınmış, 3000-ə yaxın ağac və gül kolları əkilmişdir. Ərazidə layihədə nəzərdə tutulandan kənar hər hansı tikinti işləri aparılmamışdır. Bundan əvvəl də iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmədə “xxxx A” MMC-yə qarşı pul və sair tələblərlə bağlı iddialar qaldırsalarda onların iddia tələbləri rədd edilmiş və həmin məhkəmə qətnamələri hüquqi qüvvəsini almışdır. Azərbaycan Respublkası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Abşeron rayonu, Masazır kəndi ərazisində, duzlu gölün yamacında yerləşən Park Solero yaşayış kompleksi ilə bağlı bu günə kimi “xxxx A” MMC-yə müvafiq icra hakimiyyəti orqanlarından hər hansı bir irad və etiraz bildirilməyib. İddiaçı indidə ona heç bir aidiyyatı olmayan məsələlərlə bağlı uydurma iddia qaldırmaqla “xxxx’’ MMC-yə və küllü miqdarda kredit borcunun olduğu “xxxx” ASC-yə təsir göstərmək, əsassız olaraq nəyisə əldə etmək məqsədi güdür. Qeyd olunanlara əsasən üçüncü şəxs iddiaçının iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi İddiaçı1 (eyni zamanda digər iddiaçı) iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar və cavabdeh təşkilat məhkəmə iclasında təmsil edilməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 165 saylı, xx xxxxxx 2008-ci il tarixli Sərəncamına əsasən, ”xxxx” MMC-nə məxsus Masazır Bələdiyyəsi ərazisində 16,98 ha torpaq sahəsində fərdi evlərdən ibarət “Park Solero” yaşayış kompleksinin lahiyələndirilməsinə və tikintisinə icazə verilmişdir. “xxxx” MMC-nə məxsus torpaq sahələri hissə hissə olaraq başqa şəxslərə satılmış və həmin şəxslərdə öz növbəsində həmin torpaq sahələrinin üzərində koteclər tikərək alıcılara təhvil vermişdirlər. Torpaq sahəsinin və üzərində yerləşən yarım tikililərin alıcılarından biridə hazır ki, iddia tələbi üzrə iddiaçılar olan İddiaçı2 və İddiaçı1 olmuşlar. Qeyd olunan ərazidə hazır ki, iddia tələbi üzrə iddiaçılar həmin torpaq sahəsinə olan hüquqlarını dövlət reyesterində qeydiyyata aldırmışdırlar. Sonradan iddiaçılardan İddiaçı1 özünə məxsus 0,0267 ha torpaq sahəsini ipoteka ilə yüklü etdirmiş və xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlərini yerinə yetirmədiyinə görə kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vəsaitin ondan tutulması və tutmanın ipoteka predmeti olan torpaq sahəsi və üzərində olan tikiliyə yönəldilməsi barədə Abşeron rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 2(012)-489/2018 saylı qətnamə qəbul edilmiş və qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa digər İddiaçı2 Abşeron rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdeh “xxxx” MMC və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 iddia tələbi təmin edilməmişdir. Bundan narazı qalan iddiaçı yuxarı instansiya məhkəmələrinə şikayət verməsinə baxmayaraq, Abşeron rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, İddiaçı1 torpaq sahəsinə tələb yönəldiyi vaxtdan onun həmin torpaq sahəsinə hüquqları itirilmişdir. Ona görədə onun digər iddiaçı ilə birlikdə Abşeron İcra Hakimiyyəti Başçısının 165 saylı x xxxxxx 2008-ci il tarixli sərəncamını mübahisələndirməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi üçün 1 illik iddia müddəti nəzərdə tutulub. Hazır ki, iddia tələbi üzrə iddiaçıların qeyd olunan sərəncamın mövcudluğu barədə məlumatları xx xxxxxx 2018-ci il tarixindən öncəki tarixə təsadüf edir. Belə ki,İddiaçı1 vəkili tərəfindən Abşeron rayon İcra Hakimyyətinə 89 saylı xx xxxxxx 2018-ci il tarixli məktubla müraciət olunaraq, “Park Solero” yaşayış kompleksinin “xxxx” MMC tərəfindən tikintisinə Cavabdeh tərəfindən nəzarət edilibedilməməsi barədə məlumat tələb edilmişdir. Qeyd olunan məktub ona dəlalət edir ki, İddiaçı1 Abşeron İcra Hakimiyyəti Başçısının 165 saylı x xxxxxx 2008-ci il tarixli sərəncamından 2018-ci ilin əvvələrindən məlumatlı olmuş, lakin hazır ki, iddia tələbi üzrə xx.xx.2019-cu ildə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazır ki, iddia tələbi ilə bağlı iddiaçıların məhkəmədə iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “cavabdeh tərəfindən “xxxx” MMCnin adına verilmiş xx xxxxxx 2008-ci il tarixli, 165 saylı Sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar