Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-730/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, yaşayan), Cavabdehin nümayəndəsi Nümayəndə (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı onun xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx-2004-cü il tarixlərdə "xxxx" firmasında, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialının hərəkət (hərəkətsizliyini) əsassız hesab edib, onun əmək pensiyasının yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirərək onun xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx- 2004-cü il tarixlərdə "xxxx" firmasında, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil ediliməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulması barədə qərar çıxarılmasım məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, bu zaman onun sosial sığorta stajı 25 il 01 ay hesablanmışdır. Əmək kitabçasında qeydiyyatın aparılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr əmək stajı kimi müəyyən edilməmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1994-cü il tarixdən 2004-cü il tarixədək "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-də işlədiyini iddia edir və həmin dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması üçün ərizə ilə müraciət etmişdir. Lakin həmin dövrlərə dair arxiv sənədləri (əmək haqqı cədvəlləri, əmrlər) olmadığından göstərilən müddətlərin onun sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011 -ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları'nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 4/1426 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən "xxxx" MMC-nin sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Belə olan halda, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı dəyişiklik olmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı xx.xx.2013-cü il tarixdə pensiya təyin edilərkən 2006-cı il tarixədək 25 il 01 ay sosial sığorta stajı və xx.xx.2013-cü il tarixədək 902.72 pensiya kapitalı nəzərə alınmışdır. İş materiallarında olan: -iddiaçıya məxsus xx.xx.1971-ci ildə açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1971-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2006-cı ilədək müxtəlif peşələrdə və vəzifələrdə,o cümlədən 0.08.1994-xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx-2004-cü il tarixlərdə "xxxx" firmasında, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində işləmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, sorğu olunan müəssisələrinin arxiv sənədləri filiala dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı Fyodorviçin iş stajını və əmək haqqı barədə məlumatları cavablandırmaq mümkün olmamışdır. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki,”G.Qızıl Qaya” firmasının sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdrması zamanı müəyyən edildi ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda o, 1994-2004-cü illərdə "xxxx" kiçik müəssisəsində, "xxxx" firması və "xxxx" kiçik müəssisəsind işləiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasınını yenidən hesablanmasını xahiş edir. Cavabdeh həmin müəssisələrin sənədlərinin arxivdə aşkar edilməməsi səbəbindən iddia olunan müddətin mübahisəli olduğunu bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə həmin dövrdəki iş stajının mötbərliyini yoxlamaq üçün müvafiq sorğular vermişdir. Sorğulara verilən cavablardan müəyyən edilmişdir ki, həmin müəssisələrin arxiv sənədləri dövlət arxiv orqanlarına təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən müəssisələrdə işləməsi barədə iddiaçının əmək kitabşasında əks olunan qeydlər başqa mötəbər sübutla təsdiq olunmadığı üçün mötəbər sayıla bilməz. qeyd olunmalıdır ki, iddiaçının qazanılmış əmək pensiyasl hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini, eyni zamanda onun öz tələbinin əsas kimi adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslandığını nəzərə aldıqda, əmək kitabçasındakı qeydlərin və məlumatların mötəbərliyi özü-özülyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlr olmadan) şübhə doğurmamalı, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti əks etdirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəıli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən və özündə mötəbər məlumatları əks etdirən mötəbər əmək kitabçası və ya digər hər hansı bir mötəbər sübut (əmrlərin əsli və ya arxiv arayışı) məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının arzuladığı aktın qəbulundan caabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Belə ki, iddiaçının xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1997xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx-2004-cü il tarixlərdə "xxxx" firmasında, xx.xx.1997xx.xx.1997-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövr heç bir mötəbər sübutla təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-730/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-730/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver