Məhkəmə qərarları › İş №2-1(118)-730/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-730/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-730/2025 16.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçları tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi tərəfindən İddiaçı göndərilmiş 16 dekabr 2023-cü il tarixli, 2/2-18360 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 28 noyabr 2023-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 14 noyabr 2023-cü il tarixli 2081 nömrəli arayışına əsasən döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni silahla özbaşına tərk etdiyinə, hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsindən imtina olunur

2. Azərbaycan Respublikasının Prokurorluğu Tərtər Hərbi Prokurorluğun 11 iyul 2023cü il tarixli, 3-3-22/2-3080/2023 nömrəli məktubundan görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır.

3. İddiaçı məxsus 15717 nömrəli hərbi bilet əvəzi arayış.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi həkim Komissiyasının 22 yanvar 2020-ci il tarixli, 15 nömrəli qərarından görünür ki, Şamaxı RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun 27 mart 2012-ci il tarixli 381 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 2 aprel N3-cü ildə aldığı və 3 aprel N3-cü ildən N aprel N3-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diqanoz: “Sol budun yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yarası” və 20 noyabr 2019cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın alın nahiyəsinin sol yarısında bir ədəd, sol budun yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar, alt çənə sümüyü şaxəsinin yumşaq toxurnalararası sahəsinin yad cismi (metal qəlpə)” (Azərbaycan Respublikası SHXÇDX-nin Şamaxı rayon şöbəsinin 27 may 2019-cu il tarixli 477 nömrəii göndərişi, 27 may 2019-cu il tarixli 187 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş N aprel N3-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 20 noyabr 2019-cu il tarixli 254 nömrəli aktı iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-mn həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNıN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 14 noyabr 2023-cü il tarixli, 2081 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N iyul N3cü il tarixli 118 nömrəli əmrində Şamaxı RHK-nın çağırışçısı X4 (əsas: sıra 20, səh 34, əmrdə adı Əskər yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 4-cü taburun 3-cü bölüyündə silahla qaçmış şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N2-ci il, mart-iyun, avqust-dekabr N3-cü il və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması və müalicə alması barədə məlumat aşkar olunmamışdır

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 fevral 2024-cü il tarixli, 313-12/2-26544/2024 nömrəli məktubundan görünür ki, İddiaçı cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilib-edilməməsi barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 fevral 2024-cü il tarixli, 545 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 118 nömrəli əmrində (əsas: səh,-34, sıra-20; qeyd: əmrdə adı “Əskər” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) 4-cü taborun 3-cü bölüyünün silahla qaçmış şəxsi heyətinin siyahısında Şamaxı RHK-dan çağırılmış X4 adı qeyd olunmuşdur. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N2-ci il, mart-iyun N3-cü il, avqust-dekabr N3-cü il, yanvarmay N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin N3-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır.

8. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Tərtər Hərbi Prokurorluğunun 20 avqust 2024-cü il tarixli.ş 3-3-210/2-030121/2024 nömrəli məktubundan görünür ki, 1971ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah sursatın itirilməsi faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində dayandırılmış cinayət işi mövcuddur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən N2-ci ildə hərbi xidmətə göndərilmiş, Qarabağ müharibəsinin iştirakçısıdır. 15717 nömrəli “hərbi bilet əvəzi arayışından görünür ki, Şamaxı Rayonunda hərbi qeydiyyatdadır. Əsli ilə düzgünlüyü təsdiq edilmiş epikrizdə yazılanlardan görünür ki, N saylı hərbi hissənin əsgəri kimi Kəlbəcər rayonundakı döyüşlərdə yaralanmış və N nömrəli hərbi hospitalda stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 nömrəli, 22 yanvar 2020-ci il tarixli qərarından görünür ki, N2-ci il tarixdə Şamaxı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Tərtər Hərbi Prokurorluğunun 27 mart 2012-ci il tarixli 381 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici material və cinayət işi yoxdur. Döyüş zonasında hərbi xidmət keçərkən 2 aprel N3-cü ildə “sol budun yuxarı 1/3-nin yumşaq toxumalarını dəlib keçən güllə yarası” diaqnozu ilə 3 aprel N3-cü il tarixdən N aprel N3-cü il tarixinədək 230 saylı hərbi hospitalda stasionar müayinə və müalicədə olmuşdur. Bu sənəddə daha sonra yazılmışdır ki, 20 noyabr 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın alın nahiyəsinin sol yarısında bir ədəd, sol budun yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar, alt çənə sümüyü şaxəsinin yumşaq toxumalar arası sahəsinin yad cism tibbi diaqnozu qoyulmuşdur. Nəticədə MHHK-nın qərarında bildirilmişdir ki, bu hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Lakin müharibə veteranı adı və vəsiqəsini almaq üçün müvafiq komissiyaya müraciət edərkən oradan ona həqiqətə uyğun olmayan çox qərəzli yazılmış saxta cavab göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilmiş 2081 saylı, 14 noyabr 2023-cü il tarixli qərardan yazılmışdır ki, N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixin 118 nömrəli əmrində onun 4-cü taburun 3-cü bölüyündə silahla qaçmış şəxs kimi qeydiyyata alınmışdır. Bundan başqa, N saylı hərbi hissə komandirinin sentyabr-dekabr N2-ci il, mart-iyun, avqust-dekabr N3-cü il və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti, döyüş əməliyyatlarında iştirak etməyi, yaralanmağı və müalicə almağı barədə məlumatın aşkar olunmaması yazıldığı ona bildirilmişdir. Halbuki, bunlar tam yanlış məlumatlardır. 22 yanvar 2020-ci il tarixdə MHHK-dan keçərkən müharibə veteranı vəsiqəsi və adını tələb etmədiyinə görə cavabdeh barəsində həqiqəti yazmışdırlar. Tərtər Hərbi Prokurorluğundan verilmiş 11 iyul 2023-cü il tarixli, 3-3-22/2-3080/2023 saylı sorğuya cavabdan görünür ki, onun barəsində heç bir təqsirləndirici material və cinayət işi olmamışdır.

11. İddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 32.2.1, 33.1-ci maddələrinə istinad olunmuşdur.

12. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh məhkəməyə etirazlar təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Etirazlar onunla əsaslandırılmışdır ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 14 noyabr 2023-cü il tarixli, 2081 nömrəli arayışına əsasən onun barəsində döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni silahla özbaşına tərk etmiş və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində N2-ci il tarixdən may N4-cü il tarixədək məlumat aşkar edilməmiş, 4/2-4453 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə N fevral N3-cü il tarixdən sonra həqiqi hərbi xidmət keçməsi, yaralanması barədə məlumatlar aşkar edilməmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdə olmaması onun döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs statusunu əldə etməsini istisna edir. Belə olan halda imtina qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 12.1, 14.3, 47.2-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, əlavə olaraq hərbi biletinin olmadığını, hərbi biletinin yandığını, hospitalı tərk etdikdən sonra geri qayıtmadığını bildirmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. 16 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Şahid ifadəsində, N1-ci ildən 2010-cu ilə qədər hərbi xidmətdə olduğunu, N2-ci ildən döyüşlərdə iştirak etdiyini, iddiaçı N3-cü ildə yaralandığını eşitdiyini, lakin hansı bölgədə yaralandığını xatırlamadığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

28. Məhkəmə iddiaçı tərəfin izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

29. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, əsli ilə düzgünlüyü təsdiq edilmiş epikrizdə yazılanlardan görünür ki, N saylı hərbi hissənin əsgəri kimi Kəlbəcər rayonundakı döyüşlərdə yaralanmış və N nömrəli hərbi hospitalda stasionar müalicədə olmuş, barəsində heç bir təqsirləndirici material və cinayət işi olmamışdır. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

30. Cavabdeh tərəfin mövqeyinə görə isə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 14 noyabr 2023-cü il tarixli 2081 nömrəli arayışına əsasən iddiaçı barəsində döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni silahla özbaşına tərk etmiş və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrəlində N2-ci il tarixdən may N4-cü il tarixədək məlumat aşkar edilməmişdir, 4/2-4453 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə N fevral N3-cü il tarixdən sonra həqiqi hərbi xidmət keçməsi, yaralanması barədə məlumat aşkar edilməmişdir.

31. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

32. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 14 noyabr 2023-cü il tarixli 2081 nömrəli arayışına əsasən iddiaçı barəsində döyüş əməliyyatların aparıldığı dövdrə hərbi hissəni silahla özbaşına tərk etmiş və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrəlində N2-ci il tarixdən may N4-cü il tarixədək məlumat aşkar edilməmişdir.

33. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

34. Göründüyü kimi, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut mövcud deyildir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

36. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 - 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

37. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

38. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

39. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

40. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar