Məhkəmə qərarları › İş №2-1(118)-732/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-732/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-732/2022 02.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinə və Quba rayon Mərkəzi X1rşı “İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş məlumatların tam doldurulması öhdəliyinin Quba Rayon X4 Hüquqi Şəxsinin və müddətsiz əlillik təyin edilməsi, əlilliyə görə pensiya verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinə və Quba rayon Mərkəzi X1rşı iddia qaldıraraq “İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş məlumatların tam doldurulması öhdəliyinin Quba Rayon X4 Hüquqi Şəxsinin və müddətsiz əlillik təyin edilməsi, əlilliyə görə pensiya verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 08 avqust 1959-cu il tarixdə Quba şəhərində anadan olmuşdur. 1980-ci il tarixdə beşmərtəbəli binadan yıxılaraq xəsarət almışdır. Daha sonra 1993-cü il tarixdə baş nahiyəsində qalan travma nəticəsində xəstəxanada yatmışdır. 2004-cü il tarixdə ona pensiya təyin edilmişdir. Bundan sonra müxtəlif xəstaxanalarda müayinə və müalicə olunmuşdur. Ona periton bitişmələrinin splluektomiya Sol tərəfli Torakosin tez sol çənə gicgahı şaxəsinin osteosintezi dioqnozu qoyulmuşdur. Həmin dioqnoz ilə ona ikinci qrup əlillik təyin edilmişdir. O, ikinci qrup əlilliklə artıq illərdir ki, pensiya almışdır. 2021-ci il tarixdə növbəti dəfə komissiyadan keçmişdir. Buradan onun xəstəlik barədə məlumatları Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Lakin ona Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması və həkimin rəyi əsas dioqnozun ağırşalmalarını təsdiq edən instrumental müayinələrin nəticələri, mütəxəssis rəyi ətraflı qeyd edilsin deyə imtina məktubu verilmişdir. İddiaçı bu barədə göndərişin tam doldurulması üçün həmin komissiyaya bildirsə də, oradan ona Komissiya tərəfindən bildirişin tam doldurulduğu və hər hansı bir nöqsana yol verilmədiyi bildirilmişdir. Hazırda ona verilən pensiya kəsilmişdir. İddiaçı həmin pul ilə özünün müalicələri üçün dərman vasitələri alırdı. Lakin pensiyanın kəsilməsi səbəbindən dərmanlarını ala bilmir. Ona hər dəfə əlillik dərəcəsinin təyin edilməsindən müxtəlif bəhanələr ilə imtina edilir. Hesab edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin edilməsindən əsassız və qanunsuz müxtəlif bəhanələrlə imtina edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin 4 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarınınqiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələr (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dai qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materillarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş məlumatların tam doldurulması öhdəliyinin Quba Rayon X4 Hüquqi Şəxsinin və müddətsiz əlillik təyin edilməsi, əlilliyə görə pensiya verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını istəyir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsi əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Hazırki iş üzrə iddiaçının tələbi qeyri-müəyyəndir. Belə ki, o ayrı-ayrı inzibati orqanlara qarşı fərqli tələblər irəli sürmüşdür. İddiaçı həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş məlumatların tam doldurulması öhdəliyinin Quba Rayon X4 Hüquqi Şəxsinin, həm də əlilliyə görə pensiya verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını istəyir. Halbu ki, iddiaçı bu iki tələbdən birini irəli sürə bilər. Fərqli inzibati orqanlara qarşı tələblərin eyni icraatda baxılması inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. İddiaçı əgər Quba Rayon X4 Hüquqi Şəxsinin hərəkətlərindən narazıdırsa, cavabdeh kimi həmin şəxsi göstərərək, ona qarşı iddia qaldırmalıdır. Yox əgər iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərindən narazıdırsa, həmin şəxsi cavabdeh göstərərək, ona garşı tələb irəli sürməlidir. Hazırkı halda ilkin hərəkət Quba Rayon X4 Hüquqi Şəxsi tərəfindən edildiyinə görə, həmin şəxsə qarşı tələb irəli sürülərək iddia qaldırılmalıdır. Quba Rayon X4 Hüquqi Şəxsinin hərəkətlərində qanunsuzluq yoxdursa, o halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırılmalıdır. İddia ərizəsindən görsənir ki, iddiaçı əsas etibarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərindən narazıdır. Bu halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cavabdeh göstərilərək, ona qarşı tələb irəli sürülməlidir. Quba Rayon X4 Hüquqi Şəxsi isə üçüncü şəxs kimi icraata cəlb edilə bilər. Qeyd edilənlərə görədə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, iddianın öhdəliyin icrası olduğu, bu iddialara iddia müddəti tətbiq edilmədiyini də nəzərə alaraq, iddia ərizəsini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğunlaşdırmaqla konkret inzibati orqana qarşı konkret tələblə yenidən məhkəməyə müraciət edilə bilər. Konkret halda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələblə məhkəməyə müraciət edə bilər. Bu halda Quba Rayon X4 Hüquqi Şəxsi iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilməlidir. Əgər iddiaçı Quba Rayon X4 Hüquqi Şəxsinin hərəkətlərinidə qanunsuz hesab edirsə, ilkin olaraq Quba Rayon Mərkəzi X1rşı iddia qaldırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar