Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-733/2020 29.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 (fərdi qaydada vəkil işləyən, Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayan), Cavabdehin nümyəndəsi X2 (DSMF piblik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 a ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN-nin tabeliyində DSMF-nin Şamaxı rayon filialına qarşı xx.xx.2020-ci il tarixli imtinanın əsassız hesab edilməsi və onun xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Ağsu rayon X11 “Ağsu” restoranında işlədiyi müddətin sosial sığorta stajına hesablanması və ona pensiya verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinədair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakıqərarıqəbuletdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nin Şamaxı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF-nin Şamaxı rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli imtinasının əsassız hesab edilməsi və onun xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Ağsu rayon X11 “Ağsu” restoranında işlədiyi müddətin sosial sığorta stajına hesablanması və ona pensiya verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehin prosessual hüquqi varisi kimi inzibati məhkəmə icraatına Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Şamaxı rayon filialı cəlb edilmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və izah etdi ki, iddiaçıya 5 uşaqlı ana kimi 55 yaşında güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Bu yaxınlarda iddiaçını DSMF-nin Şamaxı rayon şöbəsinə dəvət edərək bildirilmişdir ki, şöbədə seçmə üsulla yoxlama aparılarkən xx xxxx 1999-cu ildən xx xxxx 2004-cü ilə kimi Ağsu rayon X11 “Ağsu” restoranında işlədiyi dövrlərə dair işdən çıxma əmrində qaralama olduğundan və həmin dövrlərə dair əmək haqqı sənədləri aşkar olunmadığından ona pensiya verilməsi dayandırılmışdır. Halbuki, iddiaçıxx.xx.1962-ci il təvəllüdlüdür, müxtəlif təşkilatlarda işləmiş və bütün əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçasında xx xxxx 1999-cu ildən xx xxxx 2004-cü ilə kimi Ağsu rayon X11 “Ağsu” restoranında işlədiyi dövrlərə dair işdən çıxma əmri də var, orada heç bir qaralama yoxdur. Arxiv sənədlərində işdən çıxma əmrində hansısa qaralamanın olması, xx xxxx 1999-cu ildən xx xxxx 2004-cü ilə kimi Ağsu rayon X11 Ağsu restoranında işlədiyi dövrlərə dair əmək haqqı barədə sənədlərin olmaması iddiaçının təqsiri deyil və o, buna görə məsuliyyət daşımamalıdır. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin olunamsı barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Şamaxı rayon şöbəsində seçmə üsulla aparılan yoxlama nəticəsində məlum olmuşdur ki, xx xxxx 1999-cu ildən xx xxxx 2004- cü il tarixədək Ağsu rayon X11 Ağsu restoranında iddiaçının işlədiyi dövrlər təkrar qarşılıqlı yoxlanmış və bununla əlaqədar akt tərtib olunmuşdur. Belə ki, iddiaçının işdən çıxma əmrində qaralama olduğundan və həmçinin həmin illərə aid əmək haqqı cədvəlində heç bir qeyd olmadığından yaşa görə təyin olunan əmək pensiyası dayandırılmışdır. Nəticədə İddiaçı 25 il sığorta stajı yaranmadığı üçün yaşa görə əmək pensiyasının verilməsi dayandırılmışdır. İş materiallarında olan : -AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. -İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı ildə əmək fəaliyyətinə başlamış,xx.xx.2004-cü il tarixədək müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Ağsu rayon X11 Ağsu restoranında işləmişdir. -Ağsu rayon İİB-nin əmrlər kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. - Ağsu rayon Dövlət Arxivinin 26 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, arxiv idarəsində saxlanılan Ağsu rayon X11 1999-2004-cü illlərə aid əmr kitablarından müəyyən olunmuşdur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il 2 nömrəli əmrin 3-cü paraqrafına əsasən Ağsu restoranına işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 1 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Ağsu rayon X11 əmək haqqı barədə sənədləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -Ağsu rayon Dövlət Arxiv İdarəsinin müdiri və DSMF-nin Ağsu rayon şöbəsinin məsləhətçisi tərəfindən tərtib edilmiş aktdan görünür ki, vətəndaş İddiaçı Hacıbala qızının işdən çıxma əmrində qaralama olduğu və həmçinin həmin illərə aid heç bir əmək haqqı almadığı aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmi, lakin cavabdeh özünün xx.xx.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının 1999-2004-cü illərdə işlədiyi dövrlərdə əmək haqqı alması təsdiqlənmədiyindən və işdən çıxma əmrində qaralama olduğundan onun əmək pensiyasının verilməsi dayandırılmışıdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Maddənin “Qeyd” hissəsində göstərilir ki, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsində göstərilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış kifayət qədər pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı əmək kitabçasında xx.xx.1999-cu ildən xx.xx.2004-cü il tarixədək Ağsu rayon X11 Ağsu restoranında işləməsi barədə qeyd aparılsa da, onun işdən çıxması barədə əmrdə qaralamanın olması müəyyən edilmiş, əmək haqqı cədvəlləri isə arxivdə aşkar edilməmişdir. Belə olan halda məhkəmə həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəuyğun hesab etmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr daxil edilmədən iddiaçının sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Bu səbəbdən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-733/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-733/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver