Məhkəmə qərarları › İş №2-1(118)-734/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-734/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-734/2021 14.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Hülövlü bələdiyyəsinə qarşı “Xaçmaz rayon Hülövlü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Hülövlü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, iddia tələbinin Xaçmaz rayon Hülövlü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə X5 arasında xx.xx.2004-cü il tarixdə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanaraq, 04 ha torpaq sahəsi uzun müddət 99 il müddətinə icarəyə verilmişdir. Xaçmaz rayon İcra hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli 254/1 nömrəli sərəncamına əsasən Xaçmaz rayonu Hülövlü kənd sakini X3 uzunmüddətli icarəsində olan 4 ha torpaq sahəsinin 1 ha hissəsində kənd təsərrüfat məhsullarının satışının təşkili məqsədilə ticarət, iaşə və digər xidmət obyektlərinin quraşdırılmasma və tikintisinə icazə verilmişdir. Quba rayon Asan xidmət mərkəzinin xx.xx.2018-ci il tarixli 3M-409 nömrəli torpaq sahəsindən müvəqqəti istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən X7 müvəqqəti istifadə hüququnu İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışına əsasən 1 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Bundan sonra Cavabdehnə xx.xx.2020-ci il tarixdə X2 rayon Fİülövlü bələdiyyəsinə sədr seçilmişdir. Xaçmaz rayonu Hülövlü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 43 nömrəli qərarına əsasən İddiaçı icarəsində olan 1 ha torpaq sahəsinin icarə haqqı 150 manat müəyyən edilmişdir və həmin məbləğ İddiaçı tərəfindən Bələdiyyəyə ödənilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli 14 nömrəli protokoluna əsasən Xaçmaz rayon Hülövlü kəndində yerləşən 1 ha torpaq sahəsinin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq, təyinatı üzrə istifadə etmədiyinə görə həmin torpaq üzərində olan icarə hüquqlarının ləğv edilməsi və torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 5 saylı ərazi idarəsində aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Həmin protokol və qərardan çıxarışın xx.xx.2020-ci il tarixdə İddiaçı göndərilməsi qeyd olunsa da, lakin poçt qəbzi nə İddiaçı, nə də onun ailə üzvləri tərəfindən qəbul olunmamışdır. Həmin xəbərnamədə olan imza iddiaçıya məxsus olmamışdır. Dəfələrlə Bələdiyyə müraciət etsələr də, hər dəfə müxtəlif bəhanələr verərək protokol və qərarın surətinin təqdim olunmasından imtina olunmuşdur. Nəhayət, xx.xx.2020-ci il tarixdə həmin qərardan çıxarış İddiaçı verilmişdir. xx.xx.2014-cü il tarixli 78 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmələr qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına əsas vermir. Müqavilənin şərtindən konkret olaraq müəyyən olur ki, bələdiyyə məhkəməyə müraciət etməmişdən 60 gün öncə tərəfə rəsmi məlumat verməlidir. Əgər həmin halın aradan qalxması mümkün olardısa müqavilənin pozulmasına əsas olmayacaqdır. Buna baxmayaraq bələdiyyə qeyd olunan normaya riayət etməmiş və əsassız olaraq 60 gün müddəti gözləmədən icarə müqaviləsini ləğv etmişdir. Cavabdeh icarə müqaviləsi qeyd olunan normaya riayət etməmiş və qərar qəbul etmişdir. Həmin qərar etibarsız hesab olunmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bələdiyyə tərəfindən inzibati akt xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, həmin qərar rəsmi şəkildə iddiaçıya verilməmişdir. Qərardan çıxarış rəsmi olaraq xx.xx.2021-ci il tarixdə iddiaçıya verildiyindən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 38.1ci maddəsində iddia müddəti inzibati aktın təqdim edildiyi tarixdən 30 gün müüdətində nəzərdə tutulduğundan hazırki iddia tələbini irəli sürmüşdür. Eyni zamanda icarə müqaviləsinin 2.14-cü maddəsində nəzərdə tutulan öhdəlik bələdiyyə tərəfindən pozulduğundan qərar etiabrsız hesab edilməli, Xaçmaz-Rayon Hülövlü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 14 saylı qərarı etibarsız hesab olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddia ərzəsində qeyd olunur ki, Hülövlü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarının xx.xx.2020-ci il tarixdə iddiaçıya göndərilməsinə baxmayaraq qərar ona çatmamış və qərardan məlumatı olmamışdır. Yalnız xx.xx.2021 -ci il tarixində həmin qərardan çıxarış ona verilmişdir. Həmçinin, iddia ərzəsində bildirir ki, torpaq icarəsi müqaviləsinə əsasən müqavilə öhdəlikləri pozulduqda, öhdəlikləri pozmuş tərəf 60 gün müddətində pozuntuları aradan qaldırmadığı halda müqavilə pozula bilər. Hülövlü bələdiyyəsinin mülkiyyətində olan və S.Ə.Mirzoyevə və S.Y.Mirzoyevaya kənd təsərrüfatı məhsularının istehsalı üçün icarəsinə verilmiş 4.0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən 1.0 ha torpaq sahəsinin icarə hüququ 2018-ci ildə X19 satılmışdır. Alqı-satqı müqaviləsinə əsasən DƏDRX tərəfindən 1.0 ha torpaq sahəsinə icarə hüququna dair çıxarış verilmişdir. Çıxarışda da torpaq sahəsinin kategoriyasının kənd təsarrüfatı təyinatlı torpaqlara aid edilməsi və kənd təsərrüfatı məhsularının istehsalı üçün verilməsi qeyd olunmuşdur. Buna baxmayaraq, M.S.Sadiqov torpaq qanunvericiliyinin tələblərini pozaraq 1.0 ha torpaq sahəsinə icarə hüququ ona keçdikdə bütün torpaq sahəsinin üst qatma çınqıl-daş təbəqəsi tökmüş, müəyyən tiklilər tikmiş və ticarət mərkəzi yaratmişdir. Bələdiyyə tərəfindən ona dəfələrlə qanun pozuntularının aradan qaldırılması ilə əlaqədar şifahi xəbərdarlıqlar edilmişdir. Şifahi xəbərdırlıqla yanaşı xx.xx.2020-ci il tarixində M.S.Sadiqovun ünvanına rəsmi məktubda göndərilmişdir. Bundan sonra məsələyə bələdiyyə iclasında baxılmış və bələdiyyə iclasının xx.xx.2020-ci il tarixli 14 saylı protokoldan çıxarış, xx.xx.2020-ci il tarixli 56 saylı məktub poçt vasitəsi ilə rəsmi qaydada M.S.Sadiqova göndərilmişdir. Bu barədə müvafiq qəbz mövcuddur. M.S.Sadiqovun xx.xx.2020-ci il tarixli qərardan məlumatının olmaması və qərarın ona göndərilməməsi barədə iddiası əsassızdır. Həmin qərarı aldıqdan sonra o, dəfələrlə bələdiyyəyə müraciət edərək icarə hüququnun ləğv edilməsindən narazılığını bildirmişdir. Həmçinin, tərəflərindən qərarın verilməsindən sonra xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsində icarə hüququnun dövlət qeydiyyatının ləğv edilməsi ilə əlaqədar iddia qaldırılmış və bununla əlaqədar o, məhkəmə prosesində dəfələrlə olmuşdur. Nəhayət məhkəməyə verilmiş iddianın bələdiyyə tərəfindən geri alınmadığını gördükdə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübasiləndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan , şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qərar qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin bələdiyyənin xx.xx.2020-ci il tarixli 14 saylı qərarı M.S.Sadiqovun ünvanına poçt vasitəsi ilə rəsmi qaydada göndərilməsinə və poçt vasitəsi ilə ona verilməsinə baxmayaraq, M.S.Sadiqov iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. İddia ərizəsində qərarın ona xx.xx.2021-ci il tarixdə verildiyinə gəldikdə isə qərar ona təkrar verilmiş və bu barədə həmin qərarın çıxarışında təkrar verilməsi qeyd edilmişdir. Qaldı ki, iddiaçının icarə müqaviləsinin öhdəliklərindən irəli gələn pozuntuların aradan qaldırılması ilə əlaqədar 60 gün müddətin verilməsi və bu müddətdə pozuntuların aradan qaldırılmadığı halda icarə müqaviləsinin ləğv edilməsi müddəasına bildirilir ki, rəsmi qaydada ona birinci xəbərdarlıq məktubunun xx.xx.2020-ci il tarixdə göndərildiyi vaxtan 5 aydan çox vaxt keçməsinə baxmayaraq indiyə kimi qanun pozuntularının aradan qaldırılması üçün heç bir tədbi görülməyib. Bələ nəticəyə gəlmək olur ki, iddiaçının qanun pozuntularını aradan qaldırmaq fikri yoxdur. M.S.Sadiqovun icarəsində olan 1.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmaqla kənd təsərrüfatı mahsullarının istehsalı üçün nəzərdə tutulub və digər məqsədlər üçün istifadə edilməsi və tikililərin tikilməsi qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq və iddia müddətinin üzrlü səbəb olmadan buraxıldığı üçün M.S.Sadiqovun iddiasını əsassız hesab edərək rədd edilməsi xahiş olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xaçmaz rayon Hülövlü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarından çıxarış, Xaçmaz rayon Hülövlü bələdiyyəsi ilə X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 78 saylı ümumi sahəsi 4 ha olan 99 illik torpaq icarə müqaviləsinin surəti, X9 ilə İddiaçı arasında 4.0 ha torpaq sahəsindən 1.0 ha torpaq sahəsinə dair torpaq sahəsindən müvəqqəti istifadə hüququnun alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilənin surəti, İddiaçı adına DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 1.0 ha torpaq sahəsinin üzərində 85 il müddətinə qədər qüvvədə olan RX ******* seriya nömrəli çıxarışın surəti, İcarə haqqının razılaşdırılması barədə xx.xx.2020-i il tarixli 18 saylı protokol, Cavabdeh hesabına 150 manat icarə haqqının ödənilməsi barədə xx.xx.2021-ci il tarixli qəbzin surəti, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının X4 icarəyə verilmiş 4.0 ha torpaq sahəsinin 1.0 ha hissəsində kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə ticarət, iaşə və digər xidmət obyektlərinin quraşdırılmasına və tikintisinə icazə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 254/1 saylı sərəncamdan çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Hülövlü bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə Hülövlü kənd sakini olan X4 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4.0 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən Hülövlü bələdiyyəsi ilə X6 arasında 99 il müddətinə qədər qüvvədə olan icarə müqaviləsi bağlanmışdır. X3 həmin torpağa dair əmələ gəlmiş istifadə hüquqları qeydiyyatdan keçmiş və ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli bölməsi tərəfindən JN-5509 nömrəli 30207018 kodlu “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 254/1 saylı sərəncamına əsasən X4 icarəyə verilmiş 4.0 ha torpaq sahəsinin 1.0 ha hissəsində kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə ticarət, iaşə və digər xidmət obyektlərinin quraşdırılmasına və tikintisinə icazə verilmişdir. X4 ayrılmış 4.0 ha torpaq sahəsinə olan istifadə hüquqları X1 və həmin hüquqlar DƏDRXin 5 saylı Ərazi İdarəsində xx.xx.2018-ci ildə ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. xx xxxxxx 2018-ci ildə X8 ilə İddiaçı arasında bağlanmış və notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsinə əsasən icarəyə verilmiş 4.0 ha torpaq sahəsinin 1.0 ha hissəsinə dair olan istifadə hüquqları İddiaçı satılmışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsində 1.0 ha torpaq sahəsinin üzərində İddiaçı istifadə hüquqları ********** nömrəsi ilə xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. Hülövlü bələdiyyəsinin İddiaçı göndərdiyi məktubdan məlum olmuşdur ki, onunla Hülövlü bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi üzrə 50 manat icarə haqqının 150 manata qaldırılması təklif olunmuşdur. Tərəflər arasında razılaşma əldə edildikdən sonra 18 saylı xx.xx.2020-ci il tarixli protokol tərtib edilmiş və 1.0 ha torpaq sahəsnin illik icarə haqqı 150 manat təşkil etmişdir. İddiaçı vaxtaşırı ödənişləri həyata keçirmiş və sonuncu ödəniş xx.xx.2021-ci ildə olmuşdur. Lakin 1.0 ha torpaq sahəsinin icarə haqqının 150 manat olması barədə razılıq əldə edildikdən 20 gün sonra Hülövlü bələdiyyəsi tərəfindən İddiaçı istifadəsində olan 1.0 ha torpaq sahəsinin üzərində olan icarə hüquqlarının ləğv edilməsi haqqında 14 saylı protokol ilə təstiq edilmiş xx xxxxxxxx 2020-ci qərar qəbul edilmişdir. Qeyd olunan qərarda və həmin qərara dair tərtib edilmiş protokolda icarə müqaviləsini ləğv edilməsinə əsas kimi İddiaçı tərəfindən 1.0 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi, yəni torpaq sahəsində qanunsuz navesin tikilməsi, torpağın üstünə çınqıl daşların tökülməsi göstərilmişdir. Məhkəmə qeyd olunanlarla bağlı qeyd etməyi zəruri bilir ki, Hülövlü bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli 09 saylı qərarın qəbul edilməsindən 15 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə dolayı yollada olsa xx.xx.2004-cü il tarixli 09 nömrəli qərarını hissəvi şəkildə ləğv etmişdir ki, bunda da haqlı olmamışdır. Başqa sözlə desək, xx.xx.2004-cü il tarixli 09 saylı qərar əsasında 4.0 ha torpaq sahəsi və həmin sahədən ayrılmış 1.0 ha torpaq sahəsi üzərində əmələ gəlmiş icarə hüquqlarını Hülövlü bələdiyyəsi özünün xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə ləğv etmişdir. Belə ki, “Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndində bələdiyyələrə öz qərarlarını ləğv etmək səlahiyyəti verilsə də hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Beləliklə qeyd olunan müddəalardan məlum olur ki, digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün deyil. Göründüyü kimi bələdiyyələr başqa şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. Hülövlü bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Hülövlü bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Digər tərəfdən oda qeyd olunmalıdır ki, Hülövlü bələdiyyəsi xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə torpağın əvvəlki sahibi olan X6 ilə icarə müqavilə bağlamış və xx xxxxxx 2018-ci ildən sonra həmin torpaq sahəsinin 1.0 hissəinin sahibi olan İddiaçı ilə icarə müqaviləsini davam etdirmişdir. Hətta torpaq sahəsinin icarə haqqının 150 manata qaldırılması ilə bağlı razılıq protokolunuda imzalamışdır. Lakin xx xxxxxx 2018-ci ildən 2 il keçdikdən sonra xx xxxxxxxx 2020-ci ildə icarə hüquqlarına xitam vermişdir. Nəzərə alınmalıdır ki, 1.0 ha torpaq sahəsində tikililərin aparılması barədə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 254/1 saylı sərəncamı İddiaçı deyil, X4 verilmişdir. Bu isə ona dəlalət edir ki, Hülövlü bələdiyyəsi həmin torpaq sahəsinə dair qəbul etdiyi aktın əlverişsiz olmasından məlumatlı olmuşdur. İddia olunan qanun pozuntusu ilə qəbul edilmiş qərarın 12 ildən sonra ləğv edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.11 və 68.4-cü maddələrində istər qanuni, istərsədə qanunsuz qərarların ləğv edilməsi üçün 1 illik iddia müddəti nəzərdə tutulur. Bundan başqa oda nəzərə alınmalıdır ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cu il tarixli 78 saylı müqavilənin” 2.14-cü bəndinə əsasən “tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o, rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində aradan qaldırılmazsa mövcud qanunlar əsasında yuxarı orqanlar və məhkəmə qarşısında iddia qaldırırlır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir”. Göründüyü kimi icarə müqaviləsindədə bələdiyyənin birtərəfli qaydada icarə hüquqlarına xitam verilməsi nəzərdə tutulmamışdır.Yəni icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən pozulmuş qaydaların aradan qaldırılması üçün 60 günlük müddət keçdikdən sonra Hülövlü bələdiyyəsinin məhkəmə qarşısında icarə müqaviləsinin bir tərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ var idi. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanununn 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 14 saylı iclas protokolu ilə təstiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xaçmaz rayonu, Hülövlü bələdiyyəsinə məxsus olan 1.0 ha torpaq sahəsinin üzərində İddiaçı icarə hüquqlarının ləğv edilməsinə dair Cavabdeh 14 saylı iclas protokolu ilə təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar