Məhkəmə qərarları › İş №2-1(118)-735/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-735/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-735/2020 23.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ 23 noyabr 2020-ci il Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 (fərdi fəaliyyət göstərən vəkil, Şamaxı rayonu, Məlikçobanı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X6 (ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Abşeron rayonu, Müşfiqabad, Yeni qəsəbə bina 24, mənzil 3-də yaşayan) iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı DSMFnin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 saylı imtinasının əsassız hesab olunması və 1992-1997-ci illərdə Şamaxı rayonu Sabir adına sovxozun üzüm istehsalı və emalı müəssisəsində iddiaçının işləməsi barədə arxiv arayışlarında göstərilən müddətin siğorta stajına hesablanmaqla ona pensiya verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı DSMF-nun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 saylı imtinasının əsassız hesab olunması və 1992-1997-ci illərdə Şamaxı rayonu Sabir adına sovxozun üzüm istehsalı və emalı müəssisəsində iddiaçının işləməsi barədə arxiv arayışlarında göstərilən müddət siğorta stajına hesablanmaqla ona pensiya verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını cəlb etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin əvvəllərində DSMF-nin Şamaxı rayon şöbəsindən iddiaçıya bildirilmişdir ki, yoxlama zamanı onun 1992-1997-ci illərdə Şamaxı rayonu Sabir adına sovxozun üzüm istehsalı və emalı müəssisəsində işləməsi barədə arxiv arayışında pozuntu olduğu akar edilmiş və bu səbəbdən ona əmək pensiyasının verilməsi dayandırılmışdır. İddiaçı bu imtinanı əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. 1972-1992-ci illərdə Şamaxı rayon Mədrəsə kənd “xxxx” sovxozunda, 1992-1998-ci illərdə isə M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsində fəhlə işləmişdir. Bütün iş stajı əmək kitabçasında öz əksini tapır. İddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının təqdim etdiyi sənədlərdə faktiki uyğunsuzluqlar aşkar edilmişdir. İddiaçının təqdim etdiyi arxiv arayışı ilə məhkəmənin sorğu nəticəsində əldə etdiyi “eyni” arxiv arayışı arasında ziddiyyətlər mövcüddur. Əmək kitabçasında iddiaçının 1992-1998-ci illərdə “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində fəhlə işləməsi qeyd edilsə də, arxiv arayışlarında olan məlumatlar əmək kitabçasında olan məlumatlarla üst-üstə düşmür. Milli Arxiv İdarəsinin Dövlət Şamaxı Filialının xx.xx.2020-ci il tarixli, 105 saylı Arxiv arayışında , həmçinin qurumun məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020ci il tarixli Arxiv arayışında iddiaçının 1992-1997-ci illərdə “ M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində işləməsi qeyd edilmişdir. Həmin arayışa əsasən, iddiaçının işə qəbul və işdən azad olma əmrləri aşkar olunmamışdır, lakin iddiaıya məxsus əmək kitabçasında iddiaçının “ M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində işdən azad olmaya dair qeydlərdə işdən çıxdığı vaxt kimi xx.xx.1998-ci il tarixi qeyd edilir. Bu özü-özlüyündə əmək kitabçasında yazılmış həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Bununla yanaşı Milli Arxiv idarəsinin Dövlət Şamaxı Filialının xx.xx.2020-ci il tarixli Arxiv arayışında qeyd edilir ki, iddiaçının “ M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində 1996 və 1997-ci illərdə əmək haqqında və familyasında qaralamalar olmuşdur. Bununla bağlı cavabdeh orqan haqlı olaraq müvafiq illəri iddiaçının sosial siğorta stajına daxil etməyərək ona yaşa görə əmək pensiyasının verilməsini dayandırmışdır. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - X4 aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. - DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının 1992-1997-ci illərdə “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində işlədiyi dövrlər barədə təqdim etdiyi əmək haqqı arayışının 1996-1997-ci illərində pozuntu olduğu üçün həmin illər sosial siğorta stajında daxil olmadığı üçün iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından və məhkəmənin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı X5 1992-1997-ci il dövrlərində “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində işləmiş və əmək haqqı almışdır. Əmək haqqı cədvəllərində Rüstəmova Elmiranın adı qeyd edilmiş və hər hansı pozuntu və ya qaralama aşkar edilməmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X13 tərəfindən - ИТ-İ № ******* saylı iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Mədrəsə kənd “xxxx” sovxozunda xx.xx.1992-ci il tarixdəmn xx.xx.1998-ci il tarixədək “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində fəhlə işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının 1992-1997-ci illərdə Şamaxı rayonu Sabir adına sovxozun üzüm istehsalı və emalı müəssisəsində işləməsi onun əmək kitabçası və arxivdə aşkar edilmiş əmək haqqı cədvəlləri ilə təsdiq edilir. Məhkəmə cavabdehin əmək kitabçasında göstərilən tarixlə əmək haqqı cədvəlləri arasında olan uyğunsuzluqla bağlı dəlilinə münasibətdə qeyd edir ki, əmək haqqı cədvəllərinin 1992-1997-ci illərə aid olması, iddiaçının işdən azad edilməsi barədə əmrin isə xx xxxxx 1998-ci il tarixdə verilməsi onun işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsas olmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda iddiaçının əmək haqqı arayışında hansı isə pozuntunun olduğunu qeyd etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin sorğusuna əsasən verilən əmək haqqı cədvəllərində də hər hansı pozuntu və ya qaralama aşkar edilməmişdir. İnzibati prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 saylı imtina məktubu əsassız hesab edilsin. X1 xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm istehsalı və emalı müəssisəsində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN tabliyində DSMF-nin Şamaxı rayon filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar