Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-736/2020 12.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdeh DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsindən imtinanın qeyri-qanunu hesab edilərək 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il götürülməklə ödədiyi 20.00 manatın məcburi dövlət sosial sığorta haqqının pensiya kapitalı kimi nəzərə alınmaqla Qanunun qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DSMF-nin Qusar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının təyin edilməsindən imtinanın qeyriqanunu hesab edilərək 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il götürülməklə ödədiyi 20.00 manatın məcburi dövlət sosial sığorta haqqının pensiya kapitalı kimi nəzərə alınmaqla Qanunun qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh DSMF-nin Qusar rayon şöbəsi prosessual hüquq varisi kimi DSMF-nin 2 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizsəi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 45.4, 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsindən imtinanın qeyri-qanunu hesab edilərək 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il götürülməklə ödədiyi 20.00 manatın məcburi dövlət sosial sığorta haqqının pensiya kapitalı kimi nəzərə alınmaqla Qanunun qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-736/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-736/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver