Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-736/2025 07.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə əmək pensiyasının bərpa edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 2 iyun 2024-cü il tarixli, 3-17-1/2-A-123769/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, təqdim edilən sənədlərin surətlərinə əsasən, 1 yanvar 2006-cı il tarixədək 12 il 7 ay 13 gün sığorta stajına uyğun olaraq 9.117,49 manat pensiya kapitalı və 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək (5 il 9 ay sığorta stajına uyğun olaraq) fərdi hesabının sığorta hissəsində 12.759,18 manat pensiya kapitalı qeydə alındığı üçün (ümumilikdə 18 il 4 ay 13 gün sığorta stajı və 21.876,67 manat fərdi hesabının sığorta hissəsində) 22 aprel 2019-cu il tarixdən İİ dərəcə əlilliyə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 11.865,97 manat olduğu halda, 12.759,18 manat hesablandığı məlum olmuşdur (“hesablanmış” məcburi dövlət sosial sığorta haqları ilə “ödənilmiş” məcburi dövlət sosial sığorta haqları arasında yaranmış uyğunsuzluq səbəbindən). Bu səbəbdən, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 12 il 7 ay 13 gün sığorta stajına uyğun olaraq 9.117,49 manat, 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək 11.865,97 manat olmaqla ümumilikdə 20.983,46 manat təşkil edir ki, bu məbləğ 59 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 21.120 manat pensiya kapitalından az olduğundan təyin olunmuş İİ dərəcə əlilliyə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) görə əmək pensiyası ləğv edilmişdir. Nəticədə əmək pensiyasının məbləğində 22 aprel 2019-cu il tarixdən 31 yanvar 2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq 22 aprel 2019-cu il tarixdən 130 manat məbləğində İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş, 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmışdır.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 28 fevral 2024-cü il tarixli, 3-17-1/2-48711/2024 nömrəli məktubu ilə göndərilmiş 14 fevral 2023-cü il tarixli qərarından görünür ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalındakı uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aparılan araşdırma nəticəsində vətəndaşın 22 aprel 2019-cu il tarixə pensiya təyinatı üçün tələb olunan 21.120 manat pensiya kapitalı olmadığı üçün pensiya hüququ ləğv edilmiş və 1.670,32 manat artıq vermə müəyyən edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 iyun 2024-cü il tarixli, 3-17-1/2-135790/2024 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən 1 sentyabr 1977-ci il tarixdən 30 iyun 1978-ci il tarixədək təhsil illəri, hərbi biletin surətinə əsasən 25 noyabr 1978-ci il tarixdən 20 noyabr 1980-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən 2 yanvar 2003-cü il tarixdən 1 aprel 2003-cü il tarixədək, 24 fevral 2004-cü il tarixdən 9 avqust 2005-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 4 il 6 ay 8 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabında 1 dekabr 2007-ci il tarixdən 1 mart 2009-cu il tarixədək, 1 aprel 2011-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 1 fevral 2014-cü il tarixdən 1 aprel 2014-cü il tarixədək, 1 may 2014-cü il tarixdən 1 iyun 2014-cü il tarixədək, 1 iyul 2014-cü il tarixdən 1 avqust 2014-cü il tarixədək, 1 fevral 2015-ci il tarixdən 1 aprel 2016-cı il tarixədək, 1 iyun 2016-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixədək pensiya kapitalı qeydə alınan dövrlər üzrə 5 il 9 ay sığorta stajı hesablanmışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixdən əvvəlki və sonrakı dövrlər daxil olmaqla ümumilikdə 10 il 3 ay 8 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir ki, bu, vətəndaşın 59 yaşına uyğun olaraq (22 aprel 2019-cu il tarixə) qanunla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müddətdən (14 il 8 ay) azdır. MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı 1 yanvar 2006-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixədək yuxarıda qeyd olunan dövrlər üzrə fərdi şəxsi hesabının sığorta hissəsində 11.865,97 manat pensiya kapitalı (22 aprel 2019-cu il tarixə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən İddiaçı 1 yanvar 2006-cı il tarixədək 4 il 6 ay 8 gün sığorta stajına əsasən 3.267,19 manat, 1 yanvar 2006-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 11.865,97 manat olmaqla ümumilikdə 15.133,16 manat pensiya kapitalı hesablanmışdır ki, bu məbləğ 59 yaşına uyğun olaraq (22 aprel 2019-cu il tarixə) qanunvericiliklə tələb olunan 21.120 manat pensiya kapitalından azdır. Qoşma şəklində aşağıdakı sənədlər təqdim olunmuşdur: - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən İddiaçı verilmiş 15 avqust 1978-ci il tarixli, 237 nömrəli attestat; - İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”. - İddiaçı məxsus ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”. - İddiaçı məxsus 11 iyul 2000-ci il tarixli “Məcburi köçkün vəsiqəsi” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasinin 22 aprel 2019-cu il tarixli, xxxxxxx0010 nömrəli qərarından görünür ki, İddiaçı 22 aprel 2019-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilərək, ərizəçi İddiaçı 1978-ci ilin dekabr ayının 1dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. - 13 sentyabr 2022-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı vətəndaş İddiaçı Qubadlı rayon Dövlət arxivindən daxil olmuş yoxlama aktı; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli qərarı; - 18 noyabr 2022-ci il tarixli, **********2 nömrəli “Müraciətin cavablandırılması haqqında” İddiaçı göndərilmiş məktub; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 7 dekabr 2022-ci il tarixli, **********7 nömrəli qərarı - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemi”ndən örünür ki, İddiaçı 22 fevral 2023-cü il tarixdə İİ qrup əlilliyə görə 220 manat müavinət təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 22 may 2023-cü il tarixli, 3-17-1/1-A-123994/2023 nömrəli qərarından görünür ki, 14 fevral 2023-cü il tarixli qərar qüvvədə saxlanılmış vətəndaşın 22 aprel 2019-cu il tarixə tələb olunan 21.120 manat pensiya kapitalı olmadığı üçün pensiya hüququ ləğv edilmişdir. Faktiki pensiya kapitalı 20.983,46 manat. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 1 mart 2023-cü il tarixli “Müraciət vərəqəsi”; - 31 mart 2023-cü il tarixli, 3-17-1/2-A-67267/2023 İddiaçı göndərilmiş məktub; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 31 may 2023-cü il tarixli “Müraciət vərəqəsi”; - 2 iyun 2024-cü il tarixli, 3-17-1/2-A-123769/2023 nömrəli İddiaçı göndərilmiş məktub (§1); - "xxxx" ASC-nin 3 oktyabr 2023-cü il tarixli, 13-9/2-19xx/xx/2023 nömrəli məktubundan görünür ki, Qubadlı rayon “X2” "xxxx" ASC-nin tabeçiliyində olsa da, kadrlara dair əmrlər rayon X2 (REŞ) tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və Qubadlı REŞ-ə aid kadr əmrləri və diğər sənədlər "xxxx" ASC-də yoxdur. Məlum səbəbdən İddiaçı aid sənədlər də yoxdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 16 oktyabr 2023-cü il tarixli, 3-17-1/1-A-139143/2023 nömrəli qərarından görünür ki, 14 fevral 2023-cü il tarixli və 22 may 2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Vətəndaşın 22 aprel 2019-cu il tarixə tələb olunan 14 il 8 ay sosial sığorta stajı (faktiki stajı 10 il 3 ay) və 21.120 manat pensiya kapitalı olmadığı üçün pensiya hüququ ləğv edilmişdir. 22 aprel 2019-cu il tarixə faktiki pensiya kapitalı 15.133,16 manat. Vətəndaşın təqdim etdiyi Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 nömrəli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 6 iyul 2021-ci il tarixli, 2(105)-2153/2021 nömrəli qərarı ilə ləğv olunduğu üçün 1 dekabr 1978 - 1 fevral 1992-ci illəri sosial sığorta stajı olaraq nəzərə almaq mümkün deyil. Eyni zamanda 1 fevral 1992 - 30 dekabr 2002-ci illər sosial sığorta stajı işə daxil olma əmri olmadığı üçün nəzərə alınmamışdır. - 4 noyabr 2023-cü il tarixli, 3-17-1/2-A-258909/2023 nömrəli “Əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” İddiaçı göndərilmiş məktubdan görünür ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən 1 sentyabr 1977-ci il tarixdən 30 iyun 1978-ci il tarixədək əyani təhsil aldığı illər, 25 noyabr 1978-ci il tarixdən 20 noyabr 1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 10 il 3 ay 8 gün olmaqla qanunla tələb olunan müddətdən (14 il 8 aydan) azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 4 il 6 ay 8 gün sığorta stajına uyğun olaraq 3.267,19 manat, 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək (5 il 9 ay sığorta stajına uyğun olaraq) 11.865,97 manat olmaqla, ümumilikdə 15.133,16 manat təşkil edir ki, bu məbləğ 59 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 21.120 manat pensiya kapitalından azdır (22 aprel 2019-cu il tarixə) və minimum pensiya təminatına (200 manat) imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 6 iyul 2021-ci il tarixli, 2(105)-2153/2021 saylı qərarına əsasən Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsi ləğv edildiyi üçün 1 dekabr 1978-ci il tarixdən 1 fevral 1992-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün bildirilir ki, xidməti yoxlama zamanı əlilliyə görə əmək pensiyanın ilkin təyinatı zamanı 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 11.865,97 manat olduğu halda, 12.759,18 manat hesablandığı məlum olmuşdur (“hesablanmış” məcburi dövlət sosial sığorta haqları ilə “ödənilmiş” məcburi dövlət sosial sığorta haqları arasında yaranmış uyğunsuzluq səbəbindən). Bu səbəbdən 22 aprel 2019-cu il tarixdən təyin olunmuş İİ dərəcə əlilliyə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) görə əmək pensiyası ləğv edilmişdir. Nəticədə əmək pensiyanın məbləğində 22 aprel 2019-cu il tarixdən 31 yanvar 2023-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilib. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq 22 aprel 2019-cu il tarixdən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş, 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmışdır.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 iyul 2024-cü il tarixli, 3-17-1/2-165103/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 iyul 2021-ci il tarixli, 2(105)-2153/2021 nömrəli qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 fevral 2024-cü il tarixli, 8767 nömrəli qərarı;
5. "xxxx" ASC-nin 18 dekabr 2024-cü il tarixli, 13-9/2-39539/24 nömrəli məktubundan görünür ki, Qubadlı rayon “X2” “Azərenerji" ASC-nin tabeçiliyində olsa da, kadrlara dair əmrlər rayon X2 (REŞ) tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və Qubadlı REŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur. Məlum səbəbdən İddiaçı aid sənədlər də həmçinin mövcud deyil.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın imtina məktubunda qeyd edilən hallarla razılaşmadıqlarını əsas gətirərək, ona təyin olunmuş İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 4.1, 11.1 və 12.1-ci maddələrinə istinad olunmuşdur.
8. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 14 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və əlilliyə görə əmək pensiyasının bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 2 iyul 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stağı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, 1.yanvar 2006-cı il tarixədək 12 il 7 ay 13 gün sığorta stajına uyğun olaraq 9.117,49 manat pensiya kapitalı və 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək (5 il sığorta stajına uyğun olaraq) fərdi hesabının sığorta hissəsində 12.759 manat pensiya kapitalı qeydə alındığı üçün (ümumilikdə 18 il 4 ay 13 gün sığorta stajı və 21.876,67 manat fərdi hesabının sığorta hissəsində) 22 aprel 2019-cu il tarixdən İddiaçı İİ dərəcə əlilliyə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı iddiaçıya təyin edilmiş əlilliyə görə təyin edilmiş əmək pensiyasının ilkin təyinatı zamanı 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 11.865, 97 manat olduğu halda, 12.759,18 manat hesablandığı məlum olmuşdur (“hesablanmış” məcburi dövlət sosial sığorta haqqları ilə “ödənilmiş” məcburi dövlət sosial sığorta haqqları arasında yaranmış uyğunsuzluq səbəbindən). Bu səbəbdən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış peniya kapitalı 1 yanvar 2006-cı il tarixədək 12 il 7 ay 13 gün sığorta stajına uyğun olaraq 9.117,49 manat, 1 dekabr 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək 11.865,97 manat olmaqla ümumilikdə 20.983,46 manat təşkil edir ki, bu məbləğ 59 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 21.120,00 manat pensiya kapitalından az olduğundan iddiaçıya təyin olunmuş İİ dərəcə əlilliyə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) görə əmək pensiyası ləğv edilmişdir. Bu səbəbdən iddiaçıya 1 oktyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək 180 manat, 1 yanvar 2023-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək 220 manat məbləğində İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının 14 fevral 2023-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyasının məbləğində 1.670, 32 manat artıqödəmə halı aşkar edilmişdir. 2023-cü ilin iyul ayından etibarən ona təyin edilmiş aylıq əlilliyə görə müavinətin 20 faizi məbləğində, yəni 44 manat tutularaq Fondun büdcəsinə bərpa edilir.
c) Tərəflərin iştirakı və izahatları:
13. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
16. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
17. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
21. “Əmək pensiyaları haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (iddiaçıya əlilliyin təyin edildiyi tarixdə qüvvədə olan redaksiyada):
Maddə 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği
Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.
Maddə 11. Əlilliyə görə əmək pensiyası
11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. (-)
Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. (-)
M a d d ə 13. Əlilliyə görə əmək pensiyasının məbləği
13.1. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (İ qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), İİ qrup əlillərə 100 faizi, İİİ qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İ qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. (-) 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = BH+SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.
22. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi:
23. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
25. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
26. Cavabdeh orqanın mövqeyinə görə iddiaçının hüququ yaranmadığı halda, ona əlilliyə görə əmək pensiyası təyin edildiyindən cavabdeh inzibati orqan pensiyanın ödənişinin dayandırılması barədə qərar qəbul etməkdə haqlı olmuşdur.
27. İddiaçı tərəf iddia tələbini cavabdeh tərəfin imtina məktubu əsasında tərtib etməklə, həmin məktubda qeyd edilən hallarla razılaşmadıqlarını bildirmişdir.
28. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının məhkəməyə müraciətdə məqsədi əvvəllər təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi ilə bağlıdır.
29. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə müəyyən edilir.
30. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, müəyyən edilmiş sığorta stajı olduqda təyin edilir.
31. Şəxsin əlilliyə görə əmək pensiyasının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün onun sığorta stajına əsasən formalaşan kapitalı ilə 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr üçün fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalının cəminin onun əlilliyinin müəyyən edildiyi yaşına uyğun müəyyən edilən əmsala bölünməsi ilə müəyyən edilir. Şəxsin əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına uyğun əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Şəxsin əlilliyə görə əmək pensiyası hüququ yaranmadıqda isə qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ vardır.
32. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən 1 sentyabr 1977-ci il tarixdən 30 iyun 1978-ci il tarixədək təhsil illəri, hərbi biletin surətinə əsasən 25 noyabr 1978-ci il tarixdən 20 noyabr 1980-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən 2 yanvar 2003-cü il tarixdən 1 aprel 2003-cü il tarixədək, 24 fevral 2004-cü il tarixdən 9 avqust 2005-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 4 il 6 ay 8 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir.
33. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabında 1 dekabr 2007-ci il tarixdən 1 mart 2009cu il tarixədək, 1 aprel 2011-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 1 fevral 2014-cü il tarixdən 1 aprel 2014-cü il tarixədək, 1 may 2014-cü il tarixdən 1 iyun 2014-cü il tarixədək, 1 iyul 2014-cü il tarixdən 1 avqust 2014-cü il tarixədək, 1 fevral 2015-ci il tarixdən 1 aprel 2016cı il tarixədək, 1 iyun 2016-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixədək pensiya kapitalı qeydə alınan dövrlər üzrə 5 il 9 ay sığorta stajı hesablanmışdır. Onun 1 yanvar 2006-cı il tarixdən əvvəlki və sonrakı dövrlər daxil olmaqla ümumilikdə 10 il 3 ay 8 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir ki, bu, vətəndaşın 59 yaşına uyğun olaraq (22 aprel 2019-cu il tarixə) qanunla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müddətdən (14 il 8 ay) azdır.
34. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsinin 6 iyul 2021-ci il tarixli, 2(105)- 2153/2021 saylı qərardadına əsasən Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsi ləğv edildiyi üçün 1 dekabr 1978-ci il tarixdən 1 fevral 1992-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş 1 fevral 1992-ci il tarixdən 30 dekabr 2002-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmri yoxdur) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır.
37. Eyni zamanda, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 4 il 6 ay 8 gün sığorta stajına əsasən 3.267,19 manat, 1 yanvar 2006-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 11.865,97 manat olmaqla ümumilikdə 15.133,16 manat pensiya kapitalı hesablanmışdır ki, bu məbləğ 59 yaşına uyğun olaraq (22 aprel 2019-cu il tarixə) qanunvericiliklə tələb olunan 21.120 manat pensiya kapitalından azdır. Belə ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 4 il 6 ay 8 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 1.383,79 manat təşkil edir: (4+ (6+8/30gün)/ 12ay) x 306 = 1.383,79. Onun 1 yanvar 2006-cı il tarixədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının 22 aprel 2019-cu il tarixə indeksləşdirilmiş məbləği 3.267,19 manat təşkil edir.
38. MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixədək yuxarıda qeyd olunan dövrlər üzrə fərdi şəxsi hesabının sığorta hissəsində 11.865,97 manat pensiya kapitalı (22 aprel 2019-cu il tarixə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır.
39. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
40. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “14 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsi və əlilliyə görə əmək pensiyasının bərpası barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova