Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-737/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X17 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Musayev Bəhram Minac oğlunun adına dövlət reyestrindən xx xxxxxxx 2006-cı il tarixli **********12 reyestr qeydiyyatında dəyişiklik edilməsi və Quba rayon 1-ci Nügədi kəndində yerləşən JN 1669 kod ********* saylı torpağa mülkiyyətə dair Dövlət aktı ilə pay torpağı kimi ona verilmiş 0.23 ha torpaq sahəsinə dair onun adına reyestr qeydiyyatının aparılması barədə çıxarış verilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Musayev Bəhram Minac oğlunun adına dövlət reyestrindən xx xxxxxxx 2006-cı il tarixli **********12 reyestr qeydiyyatında dəyişiklik edilməsi və Quba rayon 1-ci Nügədi kəndində yerləşən JN 1669 kod ********* saylı torpağa mülkiyyətə dair Dövlət aktı ilə pay torpağı kimi ona verilmiş 0.23 ha torpaq sahəsinə dair onun adına reyestr qeydiyyatının aparılması barədə çıxarış verilməsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2-178/ 2006-cı il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilərək cavabdehlər X35, arvadı, X18, JN 1668 kod. 30319018 saylı torpağa mülkiyyət, hüququna dair dövlət aktı ilə onlara verilmiş 0,46 ha oğlanları və qızları İddiaçı, X36 və X10 JN 1669. JN 1670 və JN 16xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə hər birinə verilmiş 0.23 ha torpaq sahələrini eləcə də digər qardaşı X37, arvadı və uşaqları X31, X38, X26 JN 16xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə olan 0.90 ha, X19 JN 1676 kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0.22 ha torpaq sahələrini xx xxxxxx 2001-ci il tarixdə X14 uşaqları X39, X40 və X15 JN 16xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət, aktı ilə verilmiş 0.90 ha, X2 uşaqları X7 və X3 JN 16xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0.65 ha, X4, X32, oğlunun, X5 və X6 JN 16xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0.90 ha torpaq sahələrini xx xxxxxx 2001-ci il tarixdə iddiaçı X1 dair aralarında başlanmış alqı-satqı əqdi etibarlı hesab edilmiş və həmin torpaq sahələri Musayev Bəhram Minac oğlunun mülkiyyətinə verilmişdir. JN 16xx xxx 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum Musayev Minac Cəmaləddin oğluna məxsus, ondan miras qalan 0.46 ha torpaq sahəsinə vərəsəlik üzrə iddiaçı Musayev Bəhram Minac oğlunun mülkiyyət hüququ müəyyən edilmişdir. Göstərilən həmin torpaq sahələrinin alqı-satqı və vərəsəlik üzrə Musayev Bəhram Minac oğlunun adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nın Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Quba rayon Məhkəməsinin həmin Qətnaməsindən uzun müddət iddiaçının xəbəri olmamış və qətnamə iddiaçıdan gizli saxlanılmışdır. Lakin bununla belə o, Dövlət Akı ilə ona verilmiş torpaq sahəsindən istifadə etmişdir. Sonradan iddiaçıya pay torpağı kimi verilmiş xüsıısi mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq reyestr qeydiyyatında qeyd edilməklə 3-cü şəxs Musayev Bəhram Minac oğlunun adına rəsmiləşdirilməsindən xəbər tutmuş və iş üzrə Quba rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə Apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)20/9 saylı 24yanvar 2019-cu il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin 2 478/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsini qismən, iddiaçıya, İddiaçı dair hissədə ləğv etmişdir. Həmin qətnamə ilə razılaşmayan Musayev Bəhram Minac oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102) -4797/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-258/2019 saylı xx xxxxxx 2019- cu il tarixli, qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlamışdır. İddiaçı qeyd edir ki, xx xxxxxx 2001 ci il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi və Quba rayon 1-ci Nügədi kəndində yerləşən 23 ha İN 16xx xxx 30319018 saylı torpaq sahəsi Musayev Bəhram Minac oğlunun mülkiyyətinə verilməsi Quba rayon məhkəməsinin 2-478/2006 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi əsasında DƏDRX- nın Xaçmaz Ərazi İdarəsi tərəfindən reyestr qeydi aparmış və bu barədə Çıxarış vermişdir. Sonradan Reyestr qeydinin aparılması barədə Quba Rayon Məhkəməsinin Qətnaməsi ləğv olunduğundan, o, pay torpaq kimi ona verilmiş torpaq sahəsini Reyestr Qeydiyyatına alınması üçün müraciəti əsassız olaraq təmin edilməmişdir. Belə ki, iddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə Quba rayon 1-ci Nügədi kəndində 0.23 ha torpaq sahəsi JN 16xx xxx 30319018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı iddiaçının adına yəni, İddiaçı adına verilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin torpaq sahəsini iddiaçının adına verilməsindən əsassız imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkəti Azərbaycan Respublikasında Qanunları ilə qorunan mülkiyyət hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X28 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Vətəndaş İddiaçı Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsinə dair yenidən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********77 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, iddiaçının ərizəsinə əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-258/2019 saylı qətnaməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə aid icra olunması ilə bağlı daşınmaz əmlak barəsində mülkiyyət və digər əşya hüquqların dövlət qeydiyyatınının müəyyən edilməsi əks olunmamışdır. Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-258/2019 saylı qətnaməsindən izahın verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Lakin, Quba rayon İcra və Probasiya şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-258/2019 saylı qərardadında xx.xx.2019-cu il tarixli, 2(105)- 258/2019 saylı qətnaməsinə izah verilməsi təmin edilməmişdir. Ərazi idarəsi tərəfindən bu işlə bağlı Quba rayon İcra və Probasiya şöbəsinə xx.xx.2019-cu il tarixli **********61 nömrəli və xx.xx.2019-cu il tarixli **********15 nömrəli məktublarla münasibət bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X16 cavabdehlər X27, İddiaçı, X12, X13, X20, X8, X29 və X30 qarşı iddiası təmin edilmiş, cavabdehlərin torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə verilmiş torpaq sahələrini xx xxxxxx 2001-ci il tarixdə iddiaçıya satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsi, mərhum X9 məxsus, miras qalmış torpaq sahəsinə vərəsəlik üzrə iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi, həmin torpaq sahələrinin iddiaçının adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nın Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-258/2019, hakimlər L.Ə.Məmmədova, S.A.Qafari, F.Ə.Məmmədov) Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı tarixli qətnaməsi qismən, cavabdeh İddiaçı dair hissədə ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Musayev Bəhram Minac oğlunun cavabdeh İddiaçı qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki mübahisə məhkəməsinin qərarının icrası ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. Hazırki iş üzrə məhkəmə qərarının icrasına məhkəmə nəzarəti mövcuddur. Məhkəmə nəzarəti mövcud olduğu və icra prosesinin davam etdiyi şəraitdə isə mövcud tələb təkrar mübahisə predmeti ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmə qərarının icrası ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə və məhkəmə qərarının icrasına məsuliyyət daşıyan inzibati orqanlara müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-737/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-737/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver