Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-737/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “X3, onun xüsusi mülkiyyəti olan Qusar şəhəri, Heydər Əliyev prospekti, 144 nömrəli evin, 4 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ailəsi ilə birlikdə Qusar şəhəri, Heydər Əliyev prospekdindəki 144 saylı evin 4 saylı mənzilində yaşayır. Ailəsi qızı Nübar Şəkixanovadan, nəvələri Rəvan və Riana Abdurzayevalardan ibarətdir. Həyat yoldaşı Rəmixan Şəkixanov 27 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Həmin ev onun mülkiyyətindədir, mülkiyyət hüququ DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 19 noyabr 2018-ci il tarixdə qeydiyyata alınmış, ******* nömrəli daşınmaz əmlakın reyestr nömrəli Çıxarışla qeydiyyata alınmışdır. “Elekton notariat” X1 Çıxarışdan görünür ki, 12 aprel 1986-cı il təvəllüdlü X5 onun mülkiyyətində olan Qusar şəhəri, Heydər Əliyev prospekdindəki 144 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. İddiaçı heç vaxt evində qeydiyyatda olan X4 görməmiş və tanımır. X5 ona məxsus olan evində yaşamır və evdə cavabdehə aid heç bir əşya yoxdur. X3 hal-hazırda formal olaraq ona məxsus evdə qeydiyyatda qalması isə mülkiyyətçi kimi onun hüquqlarını pozur və məhdudlaşdırır. X3 ona məxsus evimdən qeydiyyatdan çıxarılması barədə mən Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh X3 ona məxsus evimdən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, səhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh tərəfindən verilmiş 149-25964ş-3221 nömrəli, 22 noyabr 2021-ci il tarixli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********00-05201-093008 reyestr nömrəli çıxarışın surəti, “Elekton notariat” X1 çıxarış, Qusar rayon Mənzil İstismarı Müəssisəsi tərəfindən verilmiş arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Qusar şəhəri, Heydər Əliyev prospekti, 144 nömrəli evin, 4 saylı mənzilin tam pay sahibi və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. İddia tələbi üzrə 3-cü şəxs X5 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır, yəni naməlum səbəbdən mənzilə qeydiyyata salınmış, onun iddiaçı ilə qohumluq münasibəti yoxdur və faktiki olaraq başqa ünvanda yaşayır. Qusar rayon Mənzil İstismarı Müəssisəsi tərəfindən verilmiş arayış əsasında da müəyyən edilmişdir ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxs həmin mənzildə yaşamır. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs X2 şəhəri, Heydər Əliyev prospekti, 144 nömrəli evin, 4 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3 İddiaçı məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 144 nömrəli evin, 4 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-737/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-737/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver