Məhkəmə qərarları › İş №2-1(118)-738/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-738/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-738/2021 12.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (Bakı şəhəri 18 saylı Vəkil Bürosunda işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddiaçıya məxsus “xxxx” MTK-dan Abşeron rayonu, Masazır kəndində inşa olunmuş “Yeni Bakı” yaşayış kompleksindəki 19 saylı evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv m pay haqqı olan qeyri-yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK-dan aldığı Abşeron rayonu, Masazır kəndində inşa olunmuş “Yeni Bakı” yaşayış kompleksindəki 19 saylı evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv m pay haqqı olan qeyri yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Dəmirov Ədalət Mirzə oğlu iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, İddiaçı 02 mart 2019-cu il tarixdə "xxxx” MTK-dan Abşeron rayonu, Masazır kəndində inşa olunmuş "Yeni Bakı” yaşayış kompleksindəki 19-cu yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv m olan qeyri-yaşayış sahəsini almışdır. 02 oktyabr 2020-ci ildə tələb olunan sənədləri toplayıb çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 26 noyabr 2020-ci il tarixli məktubla ona çıxarış verilməsindən imtina etmişdir. İmtina əsası kimi qeyri-yaşayış sahəsində layihədə mövcud olmayan qapının açılması gətirilmişdir. Cavabdehin bu şəkildə çıxarış verilməsindən imtina etməsi əsassızdır. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan iddiaya dair etirazda qeyd etmişdir ki, araşdırılması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin daxilində təqdim edilmiş ilkin layihədə göstərilməyən əlavə qapı açılmışdır. Bununla bağlı iddiaçıya imyina cavabı verilmişdir. İş materiallarında olan : - xxxx” MTK tərəfindən verilmiş 05.08.2020-ci il tarixli, 1203 saylı maliyyə arayışından görünür ki, ünvan 4ndəki 1 girişli 19-cu bina xxxx” MTK-ya məxsusdur. Bu binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24.40 kv m olan, qeyri-yaşayış sahəsinin haqqı İddiaçı tərəfindən tam ödənilmişdir. xxxx” MTK-ya heç bir borcu yoxdur. - xxxx” MTK-nın Ümumi iclasının 02 mart 2019-cu il tarixli 02 nömrəli Protokolunun çıxarışından görünür ki, kooperativ üzvü İddiaçı Abşeron rayonu, Masazır kəndində inşa olunmuş “Yeni Bakı” yaşayış kompleksindəki 19-cu yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv.m pay haqqı olan, qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********39 saylı 26.11.2020-ci il tarixli imtina məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin daxilində təqdim edilmiş ilkin layihədə göstərilməyən əlavə qapı açıldığı aşkar edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları” təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, yenidənqurma işlərinin aparılması və mühəndis-nəqliyyat təminatı üzrə obyekt və kommunikasiyaların yenidən qurulması, texniki yeniləşdirilməsi və onlarda dəyişikliklər edilməsi qaydalarını və ümumiyyətlə mövcud obyektlərin layihəplanlaşdırma, həcm-fəza həllərinin və təyinatının dəyişdirilməsini şəhərsalma sənədlərini işləyən layihə müəllifi (tərtibatçı) və təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma qaydalarını müəyyən edir və tənzimləyir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndis-nəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. Qaydaların 1.2-ci bəndinin 3-cü abzasına görə bu Qaydalar ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin qarşısının alınması, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, texniki yeniləşdirmə işlərinin yerinə yetirilməsində şəhərsalma və tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədini daşıyır. Adıçəkilən Qaydaların 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir (4.2) . Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır (4.3). Məhkəmə araşdırması zamanı iddiaçı layihədə nəzərdə tutulmayan ikinci qapının açılması üçün müvafiq komissiyanın baxış keçirməsi və rəy verilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya verdiyi imtina cavabı qanunidir və iddia təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Göstərilən Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçıya məxsus “xxxx” MTK-dan Abşeron rayonu, Masazır kəndində inşa olunmuş “Yeni Bakı” yaşayış kompleksindəki 19 saylı evin 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv m olan qeyri-yaşayış sahəsinə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar