Məhkəmə qərarları › İş №2-1(118)-74/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-74/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-74/2020 11.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Üçüncü şəxs X11 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı X13rşı “xx.xx.2006-cı il tarixli məhkəmə qətnaməsi və xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsini nəzərə alaraq, İddiaçı ilə X15 arasında - 2,77 ha. bağ sahəsinin yerdə qalan 1,7364 ha. hissədə və 3,38 ha. əkin sahəsinin tam hissədə alqı-satqısına dair əqdlərin bağlanmış sayılması əsasında, X5 adına verilmiş xx.xx.2007cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlarının dəyişdirilərək İddiaçı adına müvafiq Çıxarışlar və onlara uyğun plan-ölçü sənədlərinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-55-2006 nömrəli qətnaməsi (hakim T.Məmmədov) ilə - İddiaçı X3 JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsi və 3,38 ha. əkin sahəsinin alqı-satqısına dair razılaşmaların (əqdlər) bağlanmış və etibarlı sayılması qət edilmişdir. Eyni zamanda bildirilir ki, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 qızı olan Muradova (Qazıxanova) Bahar Əmir qızı JN:122 saylı Dövlət Aktı üzrə 2.77 ha. bağ sahəsindən ailə üzvü olaraq ona düşən 1,04 ha. hissəni digər vətəndaşa satmışdır. Daha sonra isə X8 tərəfindən-JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsindən yerdə qalan 1,7364 ha. hissədə DƏDRX-nin xx.xx.2007-cil il tarixli MH №00010975 seriyalı və 3,38 ha. əkin sahəsinə tam hissədə DƏDRX-nin xx.xx.2007-ci il il tarixli MH №00010962 seriyalı Çıxarışları ilə mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahələri üzərində İddiaçı öz mülkiyyət hüquqlarını dövlət qeydiyvatına aldırmaq məqsədilə qeyd olunan və qanuni qüvvəsini almış məhkəmə qətnaməsini təqdim etsə də cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi bunu nəzərə almamış və xx.xx.2019-cu il tarixli **********99 nömrəli imtina məktubu vermişdir, imtina məktubuna əsas kimi, həmin torpaq sahələrinə dair artıq DƏDRX-nin xx.xx.2007-cil il tarixli MH №00010975 seriyalı və 3,38 ha. əkin sahəsinə tam hissədə DƏDRX-nin xx.xx.2007-ci il il tarixli MH №00010962 seriyalı Çıxarışların verilməsi göstərmişdir. Hansı ki, (Qusar rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli 2-55-2006 nömrəli qətnaməsi əsasında, İddiaçı ilə X8 arasında 2.77 ha. bağ sahəsi və 3.38 ha əkin sahəsinin alqı-satqısına dair əqdlərin bağlanmış sayılması ilə məsələyə artıq hüquqi qiymət verilmişdir. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsindən bəhs edən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 12.1-ci maddəsi rəhbər tutularaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddiaçının iştrakı olmadan inzibati işə baxılmasını mümükün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, Vətəndaş İddiaçı etibarnamə ilə salahiyyətli nümayəndəsi X2 rayonu Ləgər kəndində yerləşən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə DƏDRX-in 5 saylı X17 müraciət etmişdir. Ərizəyə xx.xx.2019-cu il tarixli **********99 nömrəli məktubla cavab olaraqbildirilmişdir ki, Qusar rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-55-2006 saylı məhkəmə qətnaməsində göstərilmiş Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 1.73 ha və 3.38 ha torpaq sahələrinə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, **********21 və **********22 reyestr nömrəli çıxarışlarverilmişdir. Ərizəçiniun nəzərinə çatdırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır."Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəçinin müraciətinin icrası mümkün olmamışdır.Bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır.Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsi; məhdudlaşdırılması; araşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Azərbaycan Respublikası Torpaq Məsəlləsinin 68-ci maddəsinə əsasən torpaqsahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsinin, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştrak edən üçüncü şəxs X14 izahat verərək, bildirmişdir ki, iddiaçı tərəfindən dəyişdirilməsi tələb edilən çıxarışlar onun mərhum atasının, özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahələrinə dair verilib. İddiaçı məhkəməyə sübut növü kimi təqdim etdiyi Qusar rayon Məhkəməsinin qətnaməsi saxtadır. Belə ki, Qusar rayon Məhkəməsindən onun sorğusuna verilən cavab məktubundan bəlli olmuşdur ki, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi qətnamə Qusar rayon Məhkəməsi tərəfindən çıxarılmamışdır. Qeyd olunanlara əsasən X14 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli, **********99 nömrəli imtina məktubu, cavabdehin etirazı, DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli seriya MH 0010962, xx.xx.2007-ci il tarixli seriya MH ******* saylı çıxarışlar, Qusar rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-55-2006 saylı məhkəmə qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçının qeydiyyata almaq istədiyi torpaq sahələri başqa şəxslərin adına qanuni çıxarışlar verilmişdir. İşin araşdırılan hallarına baxdıqda iddiaçı tərəfindən torpağa aid hüquqmüəyyənedici lazimi sənəd təqdim edə bilməmişdir. İddiaçının iddia tələbi 2 arqumentdən ibarətdir: 1) İddiaçının əsaslandığı xx.xx.2006-cı il tarixli, Qusar rayon məhkəməsinin qətnaməsi; 2) X14 ilə X9 arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi. Məhkəmə iddia tələbinin təmin edilməsi üçün gətirdiyi birinci arqumenti araşdıraraq, qeyd edir ki, hətta Qusar rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi mövcud olmuş olsaydı belə, həmin qətnamə X5 adına verilmiş xx.xx.2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlarının dəyişdirilməsinə əsas hesab edilə bilməzdi. Belə ki, İddiaçı əsaslandığı Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən “İddiaçı X8 ilə JN:122 saylı Dövlət aktı üzrə 2,77 ha bağ sahəsinin və 3,38 ha əkin sahəsinə dair bağlanmış razılaşmalar (əqdlər) etibarlı sayılmışdır.” Nəzərə alınmalıdır ki, qeyd olunan qətnamədə dövlət aktlarına düzəlişlərin edilməsi öhdəliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə qoyulmuşdur. Başqa sözlə desək Qusar rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 2-55-2006 saylı qətnaməsi mövcud olsaydı belə həmin qətnamədə Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin üzərinə İddiaçı adına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi qoyulmamışdır. Belə olduğu tədqirdə iddiaçı tərəfindən Qusar rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsinə istinad etməsi əsassızıdır. Ona görə qeyd olunan qətnamənin saxtalığına dair 3-cü şəxs X14 tərəfindən gətirilən dəlilin hazır ki, iddia tələbinin əsaslı olub olmamasına heç bir təsiri yoxdur. İddiaçı tərəfindən iddia tələbinin təmin edilməsinə dair gətirilən ikinci arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 1.04 ha torpaq sahəsinin X14 tərəfindən xx xxxxxx 2006-cı ildə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 xx.xx.2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlarının dəyişdirilməsinə əsas deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 42-ci bəndinə əsasən əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin pozulması barəsində saziş həm müqaviləyə əlavə olunan ayrıca sənəd tərtib etmək yolu ilə, həm də tərəflərin imzaladığı müqavilənin bütün nüsxələrində qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər. Göründüyü kimi Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 1.04 ha torpaq sahəsinin X14 tərəfindən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X6 Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Həmin torpaq sahəsinin üzərində X6 Mülki Məcəllənin 146.2ci maddəsinə əsasən sərəncam vermək hüququ o halda yaranmış olardı ki, qeyd olunan xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyatdan keçmiş olsun. Bundan başqa yuxarıda qeyd olunan Təlimatın 42-ci bəndinin tələblərinə əsasən X14 ilə X9 arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin sonradan bağlanmış saziş əsasında pozula bilməsi də istisna deyil. Başqa sözlə desək X14 ilə X9 arasında alqı-satqı müqaviləsinin bağlanması hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan çıxarışlara dəyişiklik edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin hazır ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı heç bir aidiyyatı yoxdur. Hesab olunur ki, əgər iddia tələbinin predmeti hər hansı sənədin etibarsızlığı ilə əlaqədar deyilsə 3-cü şəxs tərəfindən həmin sənədin digər qaydada mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasənreyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan maddənin tələbləri baxımından müəyyən edilir ki, reyesterin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə daşınmaz əmlak üzərində hər hansı hüquq əldə edən şəxsin adına aparılmış qeyd həqiqi sayılır. Göründüyü kimi hazır ki, iddia tələbinin predmeti olan xx.xx.2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlara dair aparılmış qeydlərin qeyri dəqiq olması ilə bağlı hər hansı bir hal mövcud deyil. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, ümumiyyətlə “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanununda çıxarışların (qeydiyyatların) dəyişdirilməsi anlayışı yoxdur. Qeyd olunan Qanunun 16.1-cı maddəsində qeydiyyat orqanı tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, həmin Qanunun 2.1-ci maddəsində isə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması nəzərdə tutulub. Verilmiş iddia tələbi isə nə buraxılmış texniki səhvlərin aradan qaldırılması, nədə ki hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar deyil. Göründüyü kimi, İddiaçı mübahisə edilən torpaq sahələrinə dair hər hansı bir hüququnu müəyyən edən qanuni sənədlər məhkəmə tədqiqatında öz təsdiqini tapmadı. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, müvafiq torpaq sahələri üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı X13rşı “xx.xx.2006-cı il tarixli məhkəmə qətnaməsi və xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsini nəzərə alaraq, İddiaçı ilə X15 arasında - 2,77 ha. bağ sahəsinin yerdə qalan 1,7364 ha. hissədə və 3,38 ha. əkin sahəsinin tam hissədə alqı-satqısına dair əqdlərin bağlanmış sayılması əsasında, X5 adına verilmiş xx.xx.2007cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlarının dəyişdirilərək İddiaçı adına müvafiq Çıxarışlar və onlara uyğun plan-ölçü sənədlərinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar