Məhkəmə qərarları › İş №2-1(118)-74/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-74/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-74/2022 05.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X10 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən X3 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X12 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən X3 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına X8rşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli. 2(105)-1345/20221 saylı qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Heydər Əliyev adına X10 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə halı müəyyən edilmədiyindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 2019-cu ilin əvvəllərindən məlumatlı olmuşdur. İddiaçı müqavilənin etibarsızlığına heç bir əsas olmadan, qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirildi, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçının nümayəndəsi X6, iddia ərizəsinin məhkəməyə təqdim edilməmişdən əvvəl zavodda baş vermiş struktur dəyişiklikləri səbəbindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsini nəzərə alaraq ötürülmüş müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə hesab edir ki, zavodda struktur dəyişikliklərinin olması sözügedən inzibati aktın mübahisələndirilməsinə görə qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz və buna görə də iddiaçının müddətin bərpası ilə bağlı göstərdiyi dəlillər həmin müddətin bərpası üçün əsas hesab oluna bilməz. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdən göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına X8rşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-261/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-252/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1429/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Eyni zamanda iş materiallarına olan Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadı ilə iddiaçı Heydər Əliyev adına X10 cavabdeh ƏMDK yanında DƏDRXnın 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, X2 məxsus xx.xx.2008ci il tarixli MH ******* saylı çıxarış Xırdalan Bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamı əsasında verilmişdir, həmin sərəncam isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə yuxarıda da qeyd olunduğu kimi sözügedən torpaq sahəsi ilə bağlı bundan əvvəldə məhkəmə mübahisələri olmuş və iddiaçı hazırda mübahisələndirilən sərəncamdan məlumatlı olmuşdur. İddiaçı Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadından apellyasiya şikayəti verməmiş, qərardadda qeyd olunan Xırdalan Bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı sözügedən sərəncamın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyən edilmiş müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki İddiaçı Heydər Əliyev adına X10 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən X3 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Heydər Əliyev adına X10 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən X3 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar