Məhkəmə qərarları › İş №2-1(118)-740/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-740/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-740/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5rşı “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən X4 ayrılmış 0.08 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5rşı iddia qaldıraraq “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən X4 ayrılmış 0.08 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qobu bələdiyyəsinin alqı-satqı predmeti olan bələdiyyənin xx xxxxxx 2007-ci il tarixli 19 saylı iclasının qərarı ilə vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə görə 2007-ci ildə bələdiyyə ilə vətəndaş arasında “Torpaqların alqı-satqısına dair akt” tərtib edilməmişdir. İddiaçı qeyd edir ki, o, həmin torpaq sahəsini etibarnamə ilə vətəndaş X1 almışdır. Həmin etibarnamə iddiaçıya hüquq verir ki, bu gün həmin daşınmaz əmlakı öz adına rəsmiləşdirsin. İddiaçı qeyd edir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 136 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubundan da göründüyü kimi Qobu bələdiyyəsi ona çıxarış verilməsinə etiraz etmir. İddiaya əlavə etdiyi xx xxxxxx 2007-ci il tarixli Qobu bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan da görünür ki, həmin torpaq sahəsi X4 təhvil verilmişdir, o da torpaq sahəsini müəyyən olunmuş cizgidə qəbul etmişdir. Bütün sənədləri əldə etdiyindən bu sənədlərlə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən X4 ayrılmış 0,08 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 ərizə ilə müraciət etmiş və onlara cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən mərhum X4 0.08 hektar torpaq sahəsinin xx xxxxxx 2007-ci il tarixdə, 19 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx xxxxxxxx 2007-ci il tarixdə, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin xx xxxxxx 2007-ci il tarixdə verildiyi, alqı-satqı aktının hazırki ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada keçirilmədiyi aşkar edilmişdir. Əlavə olaraq da bildirmişlər ki, Qobu Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 19 nömrəli qərarında ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin xx xxxxxxxx 2007-ci il tarixli rəyinə istinad edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Bu səbəblərə görə də ərizənin icrasından imtina olunmuşdur. İddiaçı qeyd edir ki, vaxtında yerquruluşu planından çıxarış tərtib edilmədiyi üçün Arxivə müraciət edərək həmin sənədi götürə bilməmişdir. Sonradan müraciət edərək yerquruluşu planından çıxarışı memarlıq və tikinti şöbəsinin və bələdiyyənin möhürü ilə təsdiq edilmiş yerquruluşu planından çıxarışı əldə etmişdir (hal-hazırda DT və XK olmadığı üçün). İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir, müvafiq xəritəni oradan iddiaçıya təqdim etmişlər. Bununla bağlı iddiaçı onu bildirir ki, alqı-satqı əgər onların dediyi kimi qanuna müvafiq qaydada həyata keçirilməyibsə, möhür qanunsuzdursa və s. bu onun təqsiri ucbatındanmı baş verib ki, bu gün torpaq sahəsinə çıxarış ala bilmir. Ümumiyyətlə DƏDRX tərəfindən gələn imtina məktubunda X6 barəsində elə “mərhum” ifadəsinin işlədilməsi də onu sübut edir ki, heç həmin idarə qanuna uyğun qaydada araşdırma aparmamışdır. Bu nəticəyə gələrək iddiaçıya əsassız imtina ərizəsi verilmişdir. Bütün bu olanlara görə halhazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq iddiaçı tərəfin tələbi aydınlaşdırılmış, iddiaçıya hüquqi yardım edilmiş, hüquqi müdafiyə imkanları izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçıya izah edilmişdir ki, mövcud qanunvericiliyə görə hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Bu iddianı X6 qaldıra bilər. İddiaçı isə iddiaya baxılmasını və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən X4 ayrılmış 0.08 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçı ərizəsində qeyd edir ki, o, həmin torpaq sahəsini etibarnamə ilə vətəndaş X1 almışdır. Həmin etibarnamə iddiaçıya hüquq verir ki, bu gün həmin daşınmaz əmlakı öz adına rəsmiləşdirsin. Göründüyü kimi iddiaçı özünə məxsus olan bir hüquqla bağlı deyil, digər bir şəxsə aid hüquqla bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin İddiaçı özünün hüququ ilə bağlı deyil, X3 hüququ ilə bağlı məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin qeyd edilən iddia ilə bağlı X6 məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar