Məhkəmə qərarları › İş №2-1(118)-740/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-740/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-740/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Zərdabi kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışının və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-5745/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə X2na Quba rayonu, Zərdabi kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş və adına 1N-823F kod 30316018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X2 uzun müddət ruhi xəstə olmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh əmisi X9 atasının ruhi xəstə olmasından və etdiyi hərəkətlərin mənasının dərk etməməsindən istifadə edərək, iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmiş, Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə cavabdeh X5 JN 8831 Kod ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adına rəsmiləşmiş Quba rayonu, Zərdabi kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi bərabər hissəyə bölünərək. 0.06 ha hissəsi iddiaçı X3 mülkiyyətinə verilməsi, qalan 0.06 ha hissəsinin isə X5 mülkiyyətində saxlanılması, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsinin DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. 2010-cu ildə Quba rayon məhkəməsinin qanunsuz qətnaməsindən məlumatı olmuş və X5 fəaliyyət qabiliyyətini itirmiş hesab edilməsindən sonra himayəçi kimi tanınmış anası Məmmədova Könül Mətləb qızı Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti ilə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2010-cu il tarixli 2( İ05)-30/2010 saylı qətnaməsi ilə X5 fəaliyyət qabiliyyətini itirmiş hesab edilməsindən sonra himayəçi kimi tanınmış anası Məmmədova Könül Mətləb qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Quba rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilərək, X3 X7 qarşı torpaq bölgüsünə dair iddiası rədd olunmuşdur. X1 rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən adına AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarış almışdır. Həmin Çıxarışın mövcudluğundan yenicə xəbəri olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilsə də, X3 0.06 ha torpaq sahəsinə dair adına verilmiş Çıxarış ləğv olunmamışdır. Hazırda cavabdeh həmin torpaq sahəsini satmaq niyyətindədir. Bu səbəbdən də Quba rayon məhkəməsinə X5 vərəsəsi olaraq Quba rayonu Zərdabi kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X6 alqı-satqı hərəkətlərinin qadağan edilməsi və torpaq sahəsinin üzərinə həbsin qoyulması kimi müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardad qəbul edilməsi barədə ərizə ilə müraciət etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli iş MMT (027)-43/2022 saylı qərardadı ilə X3 adına olan Quba rayonu, Zərdabi kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, Quba rayonu, Zərdabi kən.sində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X4 adına AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH ******* saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında həmçinin iddiaçının nümayəndəsi Mirzəcani Könül Mətləb qızı iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Quba rayon Vəkil Bürosunun müdiri Vəkil Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair vətəndaş X3 adına verilmiş ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü.ii tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-5745/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: "Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair vətəndaş X3 adına verilmiş ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. " Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-cİ maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdırənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyrİ-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X9 iştirak etmiş, iddia ilə razılaşmadığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışının və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini istəyir. İş materillarına əlavə edilmiş JN 823F, KOD 30316018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı Qərarı ilə 0.12 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Quba rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə X3 X7 qarşı torpaq bölgüsü tələbinə dair iddiası təmin edilərək cavabdeh R.Məmmədovun JN 883F, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə dına rəsmiləşdirilmiş 0.12 ha həyətyanı torpaq sahəsi bərabər hissəyə bölünərək 0.06 ha hissəsi iddiaçı M.Məmmədovun mülkiyyətinə verilməsi, qalan 0.06 ha hissəsi isə X5 mülkiyyətində saxlanılması, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi 280606157, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ X3 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədlər (Quba rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli qətnaməsi, JN 823F, KOD 30316018 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə) məhkəməyə təqdim edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 iyul 2010-cu il tarixli, 2(105)-30/2010 saylı Qətnaməsi ilə Quba rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, X4 X7 qarşı torpaq bölgüsü tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 iyul 2010-cu il tarixli, 2(105)-30/2010 saylı Qətnaməsi preyudisial əhəmiyyət daşıyır. Belə ki, sözügedən qətnamə ilə Quba rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edildiyinə görə həmin Qətnamə əsasında tərtib edilmiş MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi 280606157, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Quba rayonu, Zərdabi kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X3 adına xx.xx.2006-cı il tarixdə aparılmış ********* nomrəli dövlət qeydiyatının və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba rayonu, Zərdabi kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X3 adına xx.xx.2006-cı il tarixdə aparılmış ********* nomrəli dövlət qeydiyyatının və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi cavabdeh inzibati orqana həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar