Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-744/2020 26.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, X1 (işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, Sumqayıt şəhəri, 11-ci mikr-n, ev 23 mənzil 33-də yaşayan) iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında X2 iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1973-cü il təvəllüdlüdür. 1991-ci ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Ədliyyə Nazirliyinə aid N saylı hərbi hissəyə göndərilmişdir. Ədliyyə Nazirliyinin MQİBİ-nin mühafizə alayının N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 05 saylı əmrinə əsasən N saylı hərbi hissə N saylı hərbi hissə ilə əvəz edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 187 saylı əminə əsasən təxris edilmişdir. O, həmin hərbi hissənin tərkibində döyüş şəraitində döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Bu hal arxiv arayışı və hərbi biletində aparılan qeydlərlə təsdiq edilir. O, müvafiq sənədləri toplayaraq müharibə veteranı statusunu almaq məqsədi ilə cavabdeh Azərbaycan Respubılikası Ədliyyə Nazirliyinə müraciət etmişdir. Lakin ona Ağdam rayonuna ictimai asayişin qorunması məqsədi ilə göndərildiyi bilrdirilərək imtina cavabı verilmişdir. Halbuki, əmrdə elə yazılsa da, o faktiki olaraq döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla əlaqədar iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -iddiaçıya aid hərbi biletin 18-ci qrafasında aparılan qeyddən görünür ki, o, N saylı hərbi hisənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. -N saylı hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 317 saylı əmrindən çıxarışdan görünür ki, X4 xx xxxxxx 1991-ci il tarixdən şəxsi heyətin tərkibi və bütün növ təminatlar siyahısına daxil edilmişdir. -N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 66 saylı əmrindən çıxarışdan görünür ki, ictimai asayişin mühafizəsi məqsədi ilə Ağdam rayonuna 80 nəfər göndərilmişdir. -N saylı hərbi hissə komadirinin xx.xx.1992-ci il tarixli 96 saylı əmrindən çıxarışdan görünür ki, ictimai asayişin mühafizəsi üzrə döyüş xidmətinin aparılması üçün Ağdam şəhərinə göndərilmiş İddiaçı xx.xx.1992-ci il tarixdən xidməti ezamiyyətdən qayıtmış hesab edilmişdir. -N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 05 saylıəmrindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.1994-cü il tarixli şəxsi heyət üzrə 99 saylı əmrinə əsasən N salyı hərbi hissənin zabit, gizir, müddətdən artıq və müddətli hərbi qulluqçularının heyəti, o cümlədən müddətli hərbi xidmət edən kiçik çavuş X3 xx.xx.1994cü il tarixdən Ədliyyə Nazirliyi MQİBİ-nin mühafizə alayının N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminatlarına daxil edilməsi və xx.xx.1994-cü il tarixdən hərbi hissə komandirinin sərəncamında hesab edilməsi qərara alınmışdır. -Ədliyyə Nazilriyi MQİBİ-nin rəis müavini N saylı hərbi hissə komandirinin xx.xx.1996cı il tarixli 187 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli 141 saylı əmrinə əsasən çavuş X4 müddətli hərbi xidmətdən buraxılıb qeydiyyata düşmək üçün Sumqayıt şəhər hərbi komissarlığına göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Firudin Xəlilov ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2020-ci il tarixli 06/26-43 saylı məktubu ilə bildirmişdir ki, iddiaçının hərbi biletlə birlikdə təqdim etdiyi xx.xx.1992-ci il tarixli 66 saylı əmrdən çıxarışda onun Ağdam rayonuna ictimai asayişin qorunması üçün ezam edilməsi qeyd edilmişdir. Onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən müvafiq sənədlər təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı Ağdam rayonunda faktiki olaraq döyüş əməliyyatlarında iştirak etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli, 438 nömrəli qərarının 1.1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi müharibə veteranı statusunun əldə edilməsi üçün şəxsin döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması əsas şərtlərdən olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarının getdiyi Ağdam rayonuna ezam olunması təsdiq olunsa da, onun döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığını yerinə yetirməsi və s. faktı öz təsdiqini tapmamışdır. İddiaçının hərbi biletində aparılan qeyd arxivdə olan sənədlərlə təsdiq edilmədiyindən məhkəmə həmin qeydi iddia tələbinin təmin olunması üçün əsas hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh düzgün olaraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-744/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-744/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver