Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-745/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (Şamaxı rayonu, Əhmədli kəndində yaşayan) və onun nümayəndəsi Vəkil (fərdi fəaliyyət göstərən vəkil, Şamaxı rayonu Məlikçobanı kəndində yaşayan), İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 15 saylı qərarı əsasında X5 və anası X1 adlarına verilmiş Torpağln mülkiyyətə verilməsinə dair JN-005A saylı 41005028 kodlu Şəhadətnamənin 0,20 ha hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 15 saylı qərarı əsasında X5 və anası X1 adlarına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-005A saylı 41005028 kodlu Şəhadətnamənin 0,20 ha hissədə etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X5 18 mart 1985-ci il tarixli ərizəsinə və “Moskva” sovxoz direktorunun 18 mart 1985-ci il tarixli 27 saylı əmrinə əsasən atasına məxsus 0.55 ha torpaq sahəsinin 0.20 ha hissəsi onun istifadəsinə verilmişdir. Həmin ildə iddiaçı orada ev tikmiş və hal-hazırda həmin evdən və həyətyanı sahədən istifadə edir. Ev dövlət qeydiyyatına alınmış, müvafiq qeydiyyat vəsiqəsi də verilmişdir. İddiaçının atası xx.xx.2003-cü il tarixdə, anası isə xx.xx.2009-cu il tarixdə vəfat etmişlər. Miras əmlaka vərəsəlik açılmamışdır. Evin həyətyanı torpaq sahəsinin texniki pasportu tərtib olunmuş, həmin pasportda istifadəsində qanuni olaraq 0.20 ha torpaq sahəsinin olması göstərilmişdir. Evin həyətyanı torpaq sahəsinin vergiləri,komunal xərcləri iddiaçı tərəfindən ödənilir. Bu yaxınlarda həmin evə və torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişdir. Ona cavab verilmişdir ki,həmin torpaq sahəsi mərhum atasının və ananın adına olan şəhadətnamədə göstərilən torpaq sahəsinə daxildir. Bu səbəbdən də həmin torpağa onun adına çıxarış verməkdən imtina edilmiş və izah olunmuşdur ki, həmin torpağa onun adına çıxarış almaq üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi Şamaxı Rayon Aqrar islahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 15 saylı qərarına əsasən X2 və X1 mülkiyyətinə verilmişdir. Sözügedn torpaq sahəsinə ləğv edilmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən X2 və X1 adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-005A, kod 41005028 nömrəli şəhadətnamə tərtib olunmuşdur.İddiaçı mülkiyyətinidə olan fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi mübahisəli olduğuna görə, onun üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkün olmuşdur. İş materiallarında olan : -JN 005A KOD 41005028 seriyalı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarına əsasən X3 və ailə üzvünə 0.79 ha torpaq sahəsi ayırlmışdır. - Ağsu rayonlararası Texniki İnvertarlaşdırma İdarəsi tərəfindən verilmiş 109 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı RİK –nin xx.xx.1987-ci il tarixli qərarına əsasən 515 kv m yaşayış sahəsi İddiaçı qeydə alınmışdır. - Şamaxı rayon Hacılı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03 saylı arayışından görünür kİ, İddiaçı Şamaxı rayonu Əhmədli kəndində, hazırda, atası X2 adına olan 0.55 ha torpaq sahəsindən 0, 20 ha torpaq sahəsi ayrilaraq oğlu İddiaçı verilmişdir.(0.20 ha hissə Moskva sovxozunun əmri ilə atasının torpağından ayrılıb,digər 0.35ha hissəsi isə atasına məxsus olan sahədir) Hal hazırda həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi vardır. -Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2018-ci il tarixli arayışdan görünür ki, X8 ilə X6 xx.xx.1855-ci il tarixdə nikaha daxil olmuşlar. - AZ- İ№ 957239 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2003cü il tarixdə vəfat etmişdir. - AZ- İ№ 957238 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2009cu il tarixdə vəfat etmişdir. -Məhkəmənin sorğusuna əsasən X9 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayon "Moskva" sovxozunun 18 aprel 1985-ci il tarixli 27 saylı əmrindən arxiv çıxarışı məhkəməyə göndərilmişdir. -Məhkəmənin sorğusuna əsasən X9 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 15 saylı qərarının və Kürdəmic kənd "Moskva" sovxozunun 18 aprel 1985-ci il tarixli 27 saylı əmrinin təsdiqlənmiş surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hələ 1985-ci ildə iddiaçının mərhum atasına ona ayrılmış 0.55 ha torpaq sahəsindən 0.20 ha hissəsinin iddiamıya ayrılmasına etiraz etmədiyini bildirmiş və bu “Moskva” sovxozunun müvafiq əmri ilə rəsmişlədirilmişdir. Daha sonra iddiaçı həmin sahəə imşa etdiyi fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi almışdır. Buna baxmayaraq aqrar islahatları aparılan zaman 0.55 ha torpaq sahəsi iddiaçının valideynlərinin mülkiyyəti kimi qeyd edilərək onlara Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri Siyahısı”nın 2.4-cü bəndinə görə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunvericiliklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alınması üçün tələb hüququ mövcud olsa, şəhadətnamədə həmin sahə də onun valideynlərinin mülkiyyəti kimi qeyd edilyinidən iddiaçı mülkiyyət hüququnu qeydə alıdrmaq hüququndan məhrum olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X5 və anası X1 adlarına verilmiş Torpağln mülkiyyətə verilməsinə dair JN-005A saylı 41005028 kodlu şəhadətnamə İddiaçı ayrılmış 0,20 ha hissədə etibarsız hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-745/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-745/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver