Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-746/2022 07.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X17 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin direktoru X4, İddiaçı ASC-nin nümayəndəsi və vəkili X10, Cavabdeh nümayəndəsi X7, Üçüncü şəxs Ağamalıyev Nizami Ağamalı oğlunun iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Cavabdeh "xxxx" ASC-yə vurduğu 5297,38 manat məbləğində ziyana görə kompensasiyanın "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdehnə müraciət edərək 5297,38 manat məbləğində ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmiş, cavabdehin 16 dekabr 2021-ci il tarixli, 208590/17 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli 2(105)-662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə Ağamalıyev Nizami Ağamalı oğlunun “Dəvəçi-Sərnişin" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı Ağamalıyev Nizami Ağamalı oğlunun "xxxx" ASC-yə iqtisadçı vəzifəsi işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Cavabdeh hesablama metodunu əsas götürülsə məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya aşağıdakı qaydada hesablanmalıdır: Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması: Ağamalıyev Nizami Ağamalı oğlunun məcburi iş buraxma dövrü olaraq icra məmurunun götürdüyü 07.01.2013-03.02.2015-ci illər üçün orta aylıq əmək haqqı 350 manatdan hesablansa, həmin 25 ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 8750 manat təşkil edir. 350 x 25 =8750. Həmin vəsaitin 14 %-i vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 8750 manatın 14 %-i 1225 manat. Həmçinin 8750 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 8750 manatın 3 %-i 262.50 manat. Deməli Ağamalıyev Nizami Ağamalı oğlunun məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 7262.50 manat pul ödənilməli idi. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması: İddiaçı ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və 07.01.2013- 03.02.2015-ci illər üçün 7 il müddəti üçün hesablansa belə bir nəticə alınır. Belə ki, Ağamalıyev Nizami Ağamalı oğlunun 2002-2006- cı illər üçün aylıq əmək haqqısını 85 manatdan, 07.01.2013-03.02.2015-ci illər üçün isə aylıq əmək haqqısını 350 manatdan hesablasaq belə bir nəticəyə gəlmişdirlər. əmək haqqı 85 manat, əmsal-30.4 (ayın təqvim günlərinin orta illik miqdarı), 1 ildə əmək məzuniyyəti 36 gün (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyətindən istifadə edilməyən illər 2002-2006-cı illər. 5 il. 5 ildə 180 gün məzuniyyət hüququ yaranır. 36 x 5=180 85/30.4=2.79 (bir günlük əmək haqqının məbləği) 2.79 x 180 (məzuniyyət günlərinin sayı) 502.2 manat. əmək haqqı 350 manat, əmsal-30.4 (ayın təqvim günlərinin orta illik miqdarı), 1 ildə əmək məzuniyyəti 36 gün (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyətindən istifadə edilməyən illər 07.01.2013- 03.02.2015-ci illər. 25 ay. 25 ayda 75 gün məzuniyyət hüququ yaranır. 350/30.4=11.51 (bir günlük əmək haqqının məbləği) 11.51 x 75 (məzuniyyət günlərinin sayı) 863.25 manat 502.2 manat+863.25 manat=cəmi 1365.45 manat Həmin vəsaitin 14 %-i vergi olaraq əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulmalı idi. 1365.45 manatın 14 %-i 191.16 manat. Həmçinin 1365.45 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1365.45 manatın 3 %-i 40.96 manat. Deməli Ağamalıyev Nizami Ağamalı oğluna əmək məzuniyyətlərinə görə hesablanmış 1365.45 manat kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133.33 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə Ağamalıyev Nizami Ağamalı oğluna məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 7262.50+1133.33=8395.83 manat pul ödənilməli idi. Qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 05.02.2015-ci il tarixinə kimi "xxxx" ASC tərəfindən poçt vasitəsilə 1362.03 manat, İddiaçı ASC-nin Kapita bankın Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar 31.08.2017-ci i tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003.98 manat, 07.11.2017-ci il tarixdə 995 manat, 08.12.2017-ci il tarixdə 1996 manat, 07.02.2018-ci il tarixdə 1611.99 manat, cəmi 9172 manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh 08.02.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Cavabdeh 08.02.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran rayon məhkəməsinin 8(031)-69/2018 saylı, 01 oktyabr tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521.21 manat ASC-yə borc hesablanmışdır. "xxxx" ASC-dən məcburi icra tədbirləri nəticəsində inkasso sərəncamı və əmlakların hesabın (Şabran rayon məhkəməsinin 19.01.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 400 manat dəyərində su çəni və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kukl ) həmin borc da ödətdirilmişdir. 05.11.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin icra sənədi üzrə Ağamalıyev Nizami Ağamalı oğluna Cavabdeh tərəfindən 5297.38 manat artıq pul və əmlak ödənilmişdir. (9172+4521.21=13693.21. 13693.21-8395.83=5297.38) Belə ki, Cavabdeh icra sənədi əsasında apardığı hesablamalı zamanı səhvlərə yol vermişdir. Cavabdeh icra sənədi üzrə məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən 14 faiz vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarını da N.Ağamalıyevə ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir, hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. N.Ağamalıyevə görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Həmçinin qətnamədə Ağamalıyev Nizami Ağamalı oğluna ödənilməli məbləğin miqdarı göstərilməmiş, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğin hesablanması barədə inzibati akt yoxdur. Beləliklə icra vərəqəsi üzrə Cavabdeh qeyri-qanuni şəkildə ASC-yə məxsus 400 manat dəyərində su çənini və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklu Ağamalıyev Nizami Ağamalı oğluna təhvil vermiş və 3897.38 manat ASC-dən artıq pul tutmuş, bununla da, İddiaçı ASC həmin əmlaklardan məhrum olmuş və ASC-yə 5297.38 manat ziyan vurulmuşdur. Ona görə də Cavabdeh İddiaçı ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiya “Dəvəçi-Sərnişin" ASC-yə ödənilməlidir. Cavabdeh “Dəvəçi-Sərnişin" ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiyanın İddiaçı ASC-yə ödənilməsi üçün 14.12.2021-ci il tarixli ərizə ilə cavabdeh quruma müraciət edilsə də, Cavabdeh 16.12.2021-ci il tarixli, 208590/17 saylı cavab məktubu ilə kompensasiyanın ödənilməsini qeyri-mümkün hesab etmişdir. Ona görə də “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar “Sosial Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 87.4-ci maddədinə əsasən icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı ASC-nin direktoru X9 iştirak etmiş, izahatında bildirmişdir ki, 2018-ci və 2020-ci illərdə birinci qətnamə üzrə icraata xitam verilmişdir. 2018-ci ildə icra sənədi üzrə icraata xitam verildikdən sonra 4125 AZN sonradan necə hesablanmışdır? Düzgün hesablama aparılmamışdır. Dəvəçi-Sərnişin ASC-yə aid olmayan əmlaklara həbs qoyulmuşdur. Bunlar səhmdarların əmlaklarıdır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X19 iştirak etmiş, izahatında bildirmişdir ki, iki məhkəmə qətnaməsi var. 2020-ci il tarixində icra sənədi üzrə icraata xitam verilmişdir. İcra şöbəsi tərəfindən hesablamalar düzgün aparılmamışdır. İcra şöbəsi dəymiş ziyana görə kompensasiya ödəməlidir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-662 saylı 02 iyun 2014-cü il tarixli icra sənədinə əsasən “Dəvəçi-Sərnişin" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013- cü il 01 saylı əmr ləğv edilməsi Ağamalıyev Nizami Ağamalı oğlu “Dəvəçi Sərnişin “ASC-nin iqtisadçı vəzifəsinə işinə bərpa edilməli ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq ödənilməlidir. İcra sənədi 15 dekabr 2014-cü il tarixdə icraata daxil olmuşdur. 15 dekabr 2014-cü il tarixdə icraata başlanılmış və icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində Ağamalıyev Nizami Ağamalı oğlu "xxxx" ASCnin iqtisadçı vəzifəsinə 03 fevral 2015-ci il tarixdə işə bərpa edilmişdir. İcra sənədinin icrası ilə əlaqəda4r borclu “Dəvəçi Sərnişin “ASC-nin əmlak vəziyyətinin yoxlanılması üçün sorğular verilmiş və “Dəvəçi Sərnişin “ASC-nin adına ZİL- 43141 markalı 17- AC-008 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Belə olan halda borclu “Dəvəçi Sərnişin “ASC-nin adına olan ZİL- 43141 markalı 17-AC- 008 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə 19 mart 2015-ci il tarixdə Şabran rayon məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Şabran rayon məhkəməsinin 8(031)-149/2015 saylı,31 mart 2015-ci il tarixli qərardadına əsasən ZİL-43141 markalı 17-AC- 008 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və icra edilməsi üçün 09 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİ və TBŞ-nə və Şabran rayon Polis Şöbəsinə göndərilmişdir. Şabran rayon məhkəməsinin 8(031 )-149/2015 saylı, 23 aprel 2015-ci il tarixli qərardadına əsasən qeyd olunan nəqliyyat vasitəsi üzərinə həbs qoyulmamışdan əvvəl “Dəvəçi Sərnişin “ASC tərəfindən alqı-satqı müqaviləsinə əsasən X1 üçün Şabran rayon məhkəməsinin 8(031 )-149/2015 saylı, 23 aprel 2015-ci il tarixli qərardadına əsasən üzərindən həbs götürülmüşdür. Əmək haqqının hesablanması ilə bağlı zərurət yarandığı üçün “İcra haqqında” AR Qanununun 14-cü maddəsinə əsasən Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)- 662/2014 saylı 02.06.2014-cü il tarixli icra vərəqəsi ilə əlaqədar Ağamalıyev Nizami Ağamalı oğlunun məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətinə görə konpensasiyanın hansı qaydada hesablanması ilə bağlı 15.07.2015-ci il tarixdə Sumqayıt Apelleyasiya məhkəməsinə ərizə ilə icra sənədinə izah verilməsi ilə bağlı müraciət olunmuşdur. Lakin Sumqayıt Apellyasiya məhkəməsinin 10.08.2015-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Əlavə olaraq “Dəvəçi Sərnişin“ ASC-nin Şabran rayon ərazisində yerləşən əmlaklarına 03.07.2015- ci il tarixdə tələbkarın iştirakı ilə baxış keçirilmiş, baxış zamanı "xxxx" ASC-yə məxsus 2 kalidordan, 8 otaqdan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi 1 ədəd dəmir materialdan olan təxmini 4 tonluq su çəni 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerin üzərinə həbs qoyularaq müvafiq akt tərtib edilmişdir. “İcra Haqqında “Azərbaycan Respublikası Qanunun 50-ci maddəisini rəhbər tutaraq borclu “Dəvəçi Sərnişin “ASC-yə məxsus 2 kalidordan,8 otaqdan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi 1 ədəd dəmir materialından olan 4 tonluq su çəni 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerin üzərinə həbs qoyulması ilə əlaqədar Şabran rayon məhkəməsinə təqdimatla müraciət olunmuş və Şabran rayon məhkəməsinin 8(031)-311/2015 saylı 07.07.2015-ci il tarixli qərardadına əsasən “Dəvəçi Sərnişin “ASCyə məxsus olan əmlaklarının üzərinə həbs qoyulmuşdur. X24 8(031)-311/2015 saylı 07.07.2015-ci il tarixli qərardadın ləğv edilməsi barədə Şabran rayon Məhkəməsinə müraciət etmiş, lakin şikayət təmin edilməmişdir. “Dəvəçi Sərnişin “ASC tərəfindən Şabran rayon məhkəməsinin 8(031 )-311/2015 saylı 07.07.2015-ci il tarixli qərardadından şikayət verildiyinə görə 22 iyul 2015-ci il tarixdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya məhkəməsi Şabran rayon məhkəməsi tərəfindən verilmiş 8(031)- 311/2015 saylı 07.07.2015-ci il tarixli qərardadını ləğv etmiş və icra məmurunun təqdimatına yenidən baxılması üçün Şabran rayon məhkəməsinə qaytarılmışdır. Şabran rayon məhkəməsi tərəfindən həbs qəradadına yenidən baxılmış və 8(031)- 1/2016 saylı 19.01.2016-cı il tarixli qərardadı ilə qeyd olunan əmlakların üzərinə həbs qoyulmuşdur. X5 rayon məhkəməsinin 8(031)-1/2016 saylı 19.01.2016-cı il tarixli qərardadın ləğv edilməsi barədə Şabran rayon Məhkəməsinə müraciət etmiş, lakin şikayət təmin edilməmişdir. Şabran rayon məhkəməsinin 8(031)-1/2016 saylı 19.01.2016-cı il tarixli qərardadınan iş üzrə borclu “Dəvəçi Sərnişin" ASC tərəfindən Sumqayıt Apellyasiya mehkəməsinə şikayəi verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Şabran rayon Məhkəməsinin 19.01.2016-cı il tarixi qərardadının ləğv edilərək yenidən baxılması üçün Şabran rayon Məhkəməsinə qaytarılması barədə 8(105)-14/16 saylı, 07.03.2016-cı il tarixli qərardad qəbul etmişdir. Lakin tələbkar Nizami Ağamalıyev Sumqayıt Apellyasiya məhkəməsinin 8(105)-14/1 saylı 07.03.2016-cı il tarixli qərarından narazı olduğu üçün Ali məhkəməyə şikayət vermiş, Sumqayıt Apelyasiya məhkəməsinin 07.03.2016-cı il tarixli qərardadı qüvvədə saxlanılmış və Ağamalıyev Nizami Ağamalı oğlunun şikayəti təmin edilməmişdir. İşə baxılması üçün yenidən sənədlər Şabran rayon Məhkəməsinə qaytarılmışdır. Şabran rayon məhkəməsinin 8(031)-82/2017 saylı, 17.02.2017-ci il tarixli qərardadına əsasən “Dəvəçi Sərnişin“ ASC-yə məxsus olan 2 kalidordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri, 1 ədəd dəmir materialdan olan təxmini 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerin üzərinə həbs üzərinə həbs qoyulmuşdur. Cavabdeh tərəfindən 15.03.2017-ci il tarixdə üzərinə həbs qoyulmuş “Dəvəçi Sərnişin “ASC- məxsus olan 2 kalidordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri, 1 ədəd dəmir materiald olan təxmini 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisione qiymətləndirilməsi üçün “Sərraf MMC”-yə müraciət olunmuşdur. “Dəvəçi Sərnişin “ASC-nin sədri X24 tərəfindən Şabran rayon məhkəməsinin 8(031)-82/2017 saylı, 17.02.2017-ci il tarixli qərardadından Şabran rayon Məhkəməsinə şikayət verilmişdir. Şabran rayon Məhkəməsi X12 şikayətinin əsassız hesab edilərək təmin edilməməsi və işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə 8(031)-82/2017 saylı, 30.03.2017-ci il tarixli qərardad qət etmişdir. İş baxılması üçün Şabran rayon Məhkəməsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-41/2017 saylı 08.05.2017-ci il tarixli qərardadı ilə “Dəvəçi Sərnişin “ASC-nin sədri Məmmədov Əlifşah oğlunun şikayəti təmin edilməmiş və Şabran rayon məhkəməsinin 8(031)-82/2017 saylı, 17.02.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, ’’Dəvəçi-Sərnişin “ ASC-nin balansında olan Şabran rayon ərazisində yerləşən torpaq sahəsindən və daşınmaz əmlaklarından "xxxx" MMC istifadə edir. 20 dekabr 2016-cı il tarixdə tələbin "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ödənilən aylıq icarə haqqına yönəldilməsinə dair məsələyə baxılması üçün Şabran rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur.Şabran rayon Məhkəməsinin 8(031 )-2/2017 saylı, 30.03.2017-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. “Dəvəçi Sərnişin “ASC-nin sədri X24 tərəfindən tələbin İddiaçı ASC-yə ödənilən aylıq icarə haqqına yönəldilməsinə dair Şabran rayon Məhkəməsinin 8(031)-2/2017 saylı, 30.03.2017-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti də təmin edilməmiş və Şabran rayon Məhkəməsinin 8(031)-2/2017 saylı, 30.03.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. “Dəvəçi Sərnişin “ASC tərəfindən əmlakların üzərinə həbsin qoyulması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-41/2017 saylı, 08.05.2017-ci il tarixli qərardadından və tələbin İddiaçı ASC-yə ödənilən aylıq icarə haqqına yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-43/2017 saylı, 16.05.2017-ci il tarixli qərardadından kassasiya şikayəti verilmiş, lakin şikayətlər təmin olunmamış və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmışdır. Üzərinə həbs qoyulmuş “Dəvəçi Sərnişin “ASC-yə məxsus olan 2 kalidordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri, 1 ədəd dəmir materialdan olan təxmini 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerinə “Sərraf MMC” tərəfindən ümumilikdə 87000 manat qiymət qoyulmuşdur. 12 saylı region üzrə X18 məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması qaydasına dair məktubuna əsasən Ağamalıyev Nizami Ağamalı oğluna məcburi iş buraxmaya görə əmək haqqı 07.01.2013-cü il tarixdən 03.02.2015-ci il tarixə kimi aylıq əmək haqqısı 350 manat olmaqla 25 ay ərizində cəmi 8750 manat təşkil edir. 2002-ci ildən 2007-ci ilə qədər 5 il müddətində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya cəmi 1726,97 manat təşkil edir.Vergi tutulmaları nəzərə alınaraq tələbkar Ağamalıyev Nizami Ağamalı oğluna icra sənədi üzrə cəmi 9172 manat pul ödənilməlidir. İcra sənədi üzrə tələbkarın xeyrinə 05.02.2015-ci il tarixə kimi İddiaçı ASC-nin sədri X24 tərəfindən poçt vasitəsi ilə 1362.03 manat, "xxxx" ASC-nin X33 filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar 31.08.2017-ci il tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003.98 manat, 07.11.2017-ci il tarixdə 998 manat, 08.12.2017ci il tarixdə 1996 manat və 07.02.2018-ci il tarixdə 1611.99 manat olmaqla, cəmi 9172 manat ödətdirilmişdir. İcra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh 08.02.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. İcra sənədi üzrə tələbkar və borclu tərəfindən icra sənədi üzrə hesablanılmış 9172 manat borc məbləğindən narazı qaldığı üçün icraata xitam verilməsi barədə Cavabdeh 08.02.2018-ci il tarixli qərarından Şabran rayon Məhkəməsinə şikayət verilmişdir. Şabran rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli qərardadı ilə məhkəməmühasibat ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bundan başqa 14.07.2017-ci il tarixdə Cavabdeh icraatına Ağamalıyev Nizami Ağamalı oğlunun işdən azad edilməsi barədə “Dəvəçi-Sərnişin" ASC-nin 03 fevral 2015-ci il tarixli, 02 saylı əmrinin ləğv edilməsi, Ağamalıyev Nizami Ağamalı oğlunun “Dəvəçi Sərnişin “ASC-yə baş iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsinə dair Şabran rayon Məhkəməsi tərəfindən verilmiş Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-906/2017 saylı, 11.07.2017-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. 14.07.2017-ci il tarixdə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. "xxxx" ASC-nin sədri X24 tərəfindən Şabran rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, 09.06.2017-ci il tarixli qətnaməsindən apellyasiya və 4 kassasiya şikayətləri verilmiş, lakin Şabran rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən 03 may 2018-ci il tarixdə borcluya icra sənədinin 10 gün müddətində könüllü icrası barədə rəsmi bildiriş göndərilməsinə baxmayaraq icrasını təmin edilməmişdir. Borclu könüllü olaraq icra sənədinin icrasını təmin etmədiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinə başlanılmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin və gəlirlərinin yoxlanılması üçün müvafiq təşkilatlara sorğular edilmişdir. Tərəfimizdən borclunun adına heç bir əmlak edilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X24 hazırda “Dəvəçi- Sərnişin" ASC-nin sədri vəzifəsində işləmir. Hazırda “Dəvəçi-Sərnişin" ASC-nin sədrinin X4 müəyyən edilmişdir. “İcra haqqında” AR Qanununun 14-cü maddəsini rəhbər tutaraq Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-906/2017 saylı, 11.07.2017-ci il tarixli icra vərəqəsi üzrə tələbin X15, yaxud X6 aid olması məsləsinə izah verilməsinə ilə əlaqədar ərizə ilə Şabran rayon Məhkəməsinə müraciət edilmişdir. Şabran rayon Məhkəməsinin 8(031)- 245/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərardadı ilə tələbin Dəvəçi-Sərnişin"xxxx" ASCnin hazırki sədri X2 rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, ona icra sənədinin icrası ilə əlaqədar hüquq və vəzifələri izah olunaraq icra sənədinin icrasını təmin etmək ondan tələb olunmuşdur. X9 izahat verərək göstərmişdir ki, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı borcunu hazırda ASC-də ödəməyə vəsait yoxdur. Yalnız üzərinə həbs qoyulmuş əmlakları borc əvəzi olaraq tələbkara verə bilər. Eləcə də, İddiaçı ASC-nin hazırki sədri X9 02 iyul 2018-ci il tarixdə “Dəvəçi- Sərnişin" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il 01 saylı əmrini ləğv edərək Ağamalıyev Nizami Ağamalı oğlunu “Dəvəçi Sərnişin “ASC-nin iqtisadçı vəzifəsinə işinə bərpa etmişdir. İş üzrə tələbkar Ağamalıyev Nizami Ağamalı oğlu 16 avqust 2018-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-662 saylı 02 iyun 2014-cü il tarixli icra sənədi üzrə borcun məbləğinin hesablanılması üçün Şabran rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin edildiyi və iş üzrə icraat dayandırıldığı üçün ekspertizanın nəticəsi çıxana kimi Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-906/2017 saylı, 11.07.2017-ci il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən 17 avqust 2018-ci il tarixdə Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-906/2017 saylı, 11.07.2017-ci il tarixli icra vərəqəsi üzrə icraat dayandırılması məsələsinə baxılması ilə əlaqədar Şabran rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir və Şabran rayon məhkəməsinin 8(031)-322/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qərardadınan icraat dayandırılmışdır.Sonradan Şabran rayon Məhkəməsinin 8(031)- 69/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərardadı ilə Nizami Ağamalıyevin və Əlifşah Məmmədovun şikayəti əsaslı olduğundan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-662/14 saylı, 02.06.2014-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə şöbənin 08.02.2018-ci il tarixli qərarı ləğv olunmuşdur. Ona görə də Şabran rayon Məhkəməsi 2(031)-906/17 saylı,11.07.2017-ci il tarixli icra vərəqəsinin icratının təzələnməsi ilə bağlı məhkəməyə təqdimatla müracət olunmuş və Şabran rayon Məhkəməsinin 8(031)-254/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qərardadı ilə qeyd olunan icra sənədinin icrası təzələnmişdir. Cavabdeh tərəfindən yenidən hər iki icra sənədi üzrə əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanma qaydası ilə bağlı 12 saylı region üzrə X22 müraciət olunmuşdur. 12 saylı region üzrə X29 13.12.2018-ci il tarixli məktubla müraciəti cavablandıraraq hesablanma qaydasını izah etmişdir. İcra sənədlərinin yəni Sumqayıt Apellyasiya 2(105)-664/14 saylı,03.12.2014-cü il tarixli icra vərəqəsi üzrə 4521,21 manat, Şabran rayon Məhkəməsinin 2(031)-906/17 saylı, 09.06.2017-ci il tarixli icra vərəqəsi üzrə isə 18922,73 manat cəmi 23443,94 manat əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış məbləğin tələbkarın xeyrinə ödənilməsi ilə bağlı rəsmi xəbərdarlıq 14.12.2018-ci il tarixdə”Dəvəçi - Sərnişin”ASC-yə göndərilmişdir. Lakin borclu yenidən icra sənədini icra etməmişdir.Bu səbəbdən də icra sənədinin icrası əmlakların hesabına ödənilməsi məqsədi ilə bağlı icra tədbiri 16.01.2019-cu il tarixə təyin olunmuş və bununla bağlı tərəflərə rəsmi məlumat verilmişdir. Bu məqsədlə də Şabran rayon Məhkəməsinin 8(031)-1/16 saylı, 19.01.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuş əmlaklardan 1 ədəd 4 tonluq su çəni dəyəri 400 manat və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kukl birinci icra sənədi üzrə qalıq qalmış 4521,21 manat borcun əvəzinə tələbkar Nizami Ağamalıyevə təhvil verilmişdir və bu barədə müvafiq akt tərtib olunmuşdur. Birinci icra sənədi üzrə qalıq qalmış 3121,21 manat borcun və ikinci icra vərəqəsi üzrə yaranmış 18922,73 manat borcu tələbkarın xeyrinə ödənilməsi məqsədi ilə "xxxx" ASC-nin əmlaklarına həbs qoyularaq 16.01.2018-ci il tarixdə akt tərtib edilmiş və dərhal əmlakların üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimatla müraciət olunmuşdur. Şabran rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 8(031 )-7/2019 saylı qərardadı ilə 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı,1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı,1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) tokar dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava komperossoru,2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina üzərinə həbs qoyulmuşdur. Bu səbəbdən də, həbs qoyulmuş əmlakların qiymətləndirilməsi ilə bağlı 11.03.2019cu il tarixdə "xxxx" MMC-yə məktub göndərilmişdir. Borclu İddiaçı ASC tərəfindən 15.04.2019-cu il tarixdə Şabran rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 8(031)-7/2019 saylı qərardadından Şabran rayon məhkəməsinə şikayət verilmişdir. İddiaçı ASC-nin şikayət ərizəsi əsaslı olduğundan Şabran rayon məhkəməsinin 8(031)-7/2019 saylı,22.04.2019-cu il tarixli qərardadına əsasən Şabran rayon məhkəməsinin 8(031 )-7/2019 saylı,25.02.2019-cu il tarixli qərardadı ləğv olunaraq mülki işin icraatı baxılması üçün yenidən təyin edilmiş və Şabran rayon məhkəməsinin 8(031 )- 7/2019 saylı,13.05.2019-cu il tarixli qərardadına əsasən siyahıya alınan əmlakların üzərinə həbs qoyulmuşdur. Yenidən borclu İddiaçı ASC qərardaddan narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya məhkəməsinin 8(105)-127/2019 saylı,08 iyul 2019-cu il tarixli qərardadına əsasən Şabran rayon məhkəməsinin 8(031)-7/2019 saylı,13.05.2019cu il tarixli qərardadı ləğv edilərək baxılması üçün Şabran rayon məhkəməsinə geri qaytarılmış və Şabran rayon məhkəməsinin 8(031)-7/2019 saylı, 14.10.2019-cu il tarixli qərardadı ilə təkrarən siyahıya alınan əmlakların üzərinə həbs qoyulmuşdur. Yenidən borclu İddiaçı ASC Şabran rayon məhkəməsinin 8(031)-7/2019 saylı, 14.10.2019-cu il tarixli qərardadından narazı qaldığı üçün Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilmiş və Sumqayıt Apelyasiya məhkəməsinin 8(105)-226/2019 saylı, 10.12.2019-cu il tarixli qərardadına əsasən borclunun şikayəti təmin etməmiş və qeyd olunan qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh onu da qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-89/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qərarına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (85)-391/2014 saylı,15 aprel 2014-cü il tarixli qərarında qeyd olunan hüquqi mövqe əsas götürülməklə,Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixdə verilmiş,2(105)- 662 saylı icra sənədinin icraatına xitam verilməsi məsələsinə baxılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmasına dair qərar Cavabdeh icraatına 16.02.2018-ci il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün icra məmurunun qərarına əsasən 08.02.2018-ci il tarixdə icra sənədinin icraatına xitam verilmişdir. Lakin tərəflər icra məmurunun 08.02.2018-ci il tarixli xitam qərarından şikayət vermiş və Şabran rayon məhkəməsinin 8(031)-69/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq icra sənədi yenidən icraya yönəldilmişdir. İddiaçı ASC Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-89/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qərarın icrası ilə bağlı inzibati aktı qəbul etmək vəzifəsi Cavabdeh üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə şikayət verilmiş və Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1 (85)-1176/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərardadına əsasən cavabdehin tələbi (xitam verilməsi) mümkün sayılmamışdır. Bu səbəbdən İddiaçı ASC Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 1(85)- 89/2019 saylı, 19 yanvar 2018-ci il tarixli qərarın icrasını təmin etmək Cavabdeh üzərinə qoyulması tələbinə dair Şabran rayon məhkəməsinə müraciət edilmiş və Şabran rayo məhkəməsinin 8(074)-73/2019 saylı, 16.10.2019-cu il tarixli qərardadına əsasən Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-662 saylı, 02.06.2014-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi Cavabdeh üzərinə qoyulmuşdur. Tələbkar Ağamalıyev X20 rayon məhkəməsinin 8(074)-73/2019 saylı, 16.10.2019cu il tarixli qərardadından narazı qaldığı üçün Şabran rayon məhkəməsinə müraciət edilmiş və Şabran rayon məhkəməsinin 07.11.2019-cu il tarixli qərarı ilə qeyd olunan qərardad ləğv edilmişdir. Bu səbəbdən də borclu İddiaçı ASC-nin sədri X25 rayon məhkəməsinin 07.11.2019cu il tarixli qərarından narazı qaldığı üçün Şabran rayon məhkəməsinə müraciət edilmiş və Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-89/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qərarın icrasının təmin edilməsi barədə ərizəsi ilə birlikdə Şabran rayon məhkəməsinin 8(031)-73/2019 saylı, 19.11.2019-cu il tarixli qərardadına əsasən məhkəməsinə etdiyi etiraz baxılıb həl edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin Şabran Rayon Məhkəməsinin 8(031)-3/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)- 906/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasına İddiaçı ASC-nin Cavabdehnə həvalə edilməsinə və "xxxx" MMC-yə qarşı əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakların yenidən qiymətlənmdirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbi” barədə iddiaları üzrə məhkəmə prosesləri yekunlaşana qədər möhlət verilmişdir. Tələbkar Ağamalıyev X20 rayon məhkəməsinin 8(031 )-3/2020 saylı, 23.01.2020-ci il tarixli və Şabran rayon məhkəməsinin 8(031 )-9/2020 saylı, 13.02.2020-ci il tarixli qərardadlardan narazı qalaraq Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-45/2020 saylı, 18.03.2020-ci il tarixli qərardadına əsasən Şabran rayon məhkəməsinin 23.01.2020-ci il tarixli və onunla bağlı 13.02.2020-ci il tarixli qərardadları ləğv edilmişdir. Lakin tələbkar Ağamalıyev X20 rayon məhkəməsinin 8(031)- 9/2020 saylı, 13.02.2020-ci il tarixli qərardadından apelyasiya şikayət verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-44/2020 saylı, 02.06.2020-ci il tarixli qərardadına əsasən Şabran rayon məhkəməsinin 8(031 )-9/2020 saylı, 13.02.2020-ci il tarixli qərardadı ləğv edilmiş, borclu İddiaçı ASC-nin qərarın icrasının təmin edilməsi barədə ərizəsinə dair işin icraatına xitam verilmiş və borclu İddiaçı ASC-yə Sumqayıt inzibati-iqtisadi Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2-1(85)-89/23018 saylı qərarının icrasının təmin edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğunu bildirilmişdir. Bundan başqa icra tədbirləri nəticəsində İddiaçı ASC-nin X34 rayon filialında bank hesabına tələbkar Nizami Ağamalıyevin xeyrinə ödənilməsi məqsədilə inkasso sərəncamı qoyulmuş və qeyd olunan hesaba 520.57 manat məbləğində vəsait daxil olmuşdur. Həmin məbləğin üzərinə həbs qoyularaq Kapital Bank tərəfindən Cavabdeh depozit hesabına köçürülmüş və tərəfimizdən qeyd olunan məbləğ Ağamalıyev Nizami Ağamalı oğlunun hesabına 17.07.2020-ci il tarixdə köçürülmüşdür. Əlavə olaraq bildirirlər ki, Şabran rayon məhkəməsinin 2(031 )-175/2020 saylı 13.02.2020- ci il tarixli qətnaməyə əsasən Şabran rayon məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(031)- 906/2017 saylı qətnaməyə əsasən Cavabdeh tərəfindən Ağamalıyev Nizami Ağamalı oğlu üçün hesablanmış əmək məzuniyyətlərinə görə kompensasiyasının və məcburi iş buraxmaya görə əmək haqqının məbləğinin yenidən hesablanması vəzifəsi Cavabdehnə həvalə edilmiş, Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən verilmiş 08.05.2019-cu il tarixli QR2250 nömrəli rəy ləğv edilmiş və 1 ədəd direl-deşici dəzgahın,1 ədəd dəmir yonan dəzgahın,1 ədəd tokar dəzgahın, 1 ədəd hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın dəyəri olan 9350(doqquz yüz üç yüz əlli) manat əmlakların yenidən qiymətləndirilməsi vəzifəsi Cavabdehnə və "xxxx" MMC-nə həvalə edilmişdir. Tələbkar Ağamalıyev X20 rayon məhkəməsinin 2(031 )-175/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsindən narazı qalaraq Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1938 saylı, 04.05.2020-ci il tarixli qətnaməsi ilə Şabran rayon məhkəməsinin 2(031 )-175/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsi ləğv olunmuşdur. 28.10.2020-ci il tarixdə tərəfimizdən Şabran rayon məhkəməsi tərəfindən verilmiş 8(074)-73/2019 saylı, 16.10.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş, 9350 manat qiymətnəldirilmiş,İddiaçı ASC-nin balansında olan 1 ədəd direl-deşici dəzgahın,1 ədəd dəmir yonan dəzgahın,1 ədəd tokar dəzgahın, 1 ədəd hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanı borc əvəzində tələbkar Nizami Ağamalıyevə rəsmi təklif olunmuş, tələbkar Nizami Ağamalıyev 29.10.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək qeyd olunan əmlaklar borc əvəzində qəbul edildiyini və həmin əmlakların ona verilməsini kömək etməsini xahiş etmişdir. Bu səbəbdən də qeyd olanan icra sənədlərinin icrası 03.11.2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. 03.11.2020-ci il tarixdə Şabran rayon məhkəməsi tərəfindən verilmiş 8(074)- 73/2019 saylı,16.10.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş İddiaçı ASC- nin balansında olan 1 ədəd direl-deşici dəzgahın,1 ədəd dəmir yonan dəzgahın,1 ədəd tokar dəzgahın, 1 ədəd hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı bina tələbkar Ağamalıyev Nizami Ağamalı oğluna təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 05.11.2020-ci il tarixdə Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-662 saylı 02 iyun 2014-cü il tarixli icra sənədi üzrə borc məbləği tam bağlandığı üçün qeyd olunan icra sənədinin icraatına xitam verilmişdir. Həmçinin tələbkar Nizami Ağamalıyev şöbəyə ərizə verərək Şabran rayon Məhkəməs tərəfindən verilmiş 2(031)-906/2017 saylı, 11.07.2017-ci il tarixli icra sənədi üzrə 12170 manat məbləğində borc qaldığını və həmin borcun borcludan alınaraq ona verilməsində kömək etməsini xahiş etmişdir. Cavabdeh tərəfindən borclu İddiaçı ASC-nin sədri X8 qeyd olunan icra sənədi üzrə qalmış 12170 manat məbləğində borcun tələbkarın xeyrinə ödənilməsi ilə bağlı rəsmi bildiriş verilmiş, lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Bu səbəbdən də qeyd olanan icra sənədinin məcburi icrası təkrar tərəflərindən 12.01.2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi və şifahi qaydada məluma verilmişdir. Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-906/2017 saylı, 11.07.2017-ci tarixli icra sənədi üzrə qalıq qalmış 12170 manat borcun tələbkarın xeyrinə ödənilməsi məqsədi ilə İddiaçıASC-nin əmlaklarına cavabdeh tərəfindən baxış keçirilmiş, 1 ədəd anbar, 1 ədə köməkçi bina (sex), 1 ədəd köməkçi binanı siyahıya alınmış və bu barədə müvafiq akt tərtib edilmişdir. 13.01.2021-ci il tarixdə cavabdeh tərəfindən həmin qeyd olunan əmlakların üzərinə həb qoyulması üçün Şabran rayon məhkəməsinə təqdimatla müraciət olunmuş və Şabran rayon məhkəməsinin 8(031)-3/2021 saylı, 25.01,2021-ci il tarixli qərardadına əsasən İddiaçı ASCyə məxsus 1 ədəd anbar, 1 ədəd köməkçi bina (sex), 1 ədəd köməkçi binanın üzərinə həbs qoyulmuşdur. Lakin İddiaçı ASC şöbənin icraatında olan Şabran rayon məhkəməsin 2(031 )- 906/2017saylı, icra vərəqəsinin icraatına xitam verilməsini Şabran rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması ilə bağlı borclu qismində məhkəməyə verdiyi üçün Şabran rayon məhkəməsinin 8(031 )-3/2021 saylı,03.02.2021-ci il tarixli qərardadı ilə Şabran rayon məhkəməsinin 8(031)-3/2021 saylı, 25.01.2021-ci il tarixli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin icraatında olanİddiaçı ASC-nin Cavabdehnə qarşı “qətnanmənin icraatına xitam verilməsinə dair”işə baxılıb qurtarılanadək hazırki işin icraatı dayandırılmışdır. Sumqayıt Apelyasiya məhkəməsinin 8(105)-44/2021 saylı 15.02.2021-ci il tarixli qərardadına əsasən ərizəçi İddiaçı ASC-nin sədri X3 Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(031)-906/2017 saylı qətnaməsinin icraatın dayandırılması,İddiaçı ASC-nin əmlakını, tikililəri icarəyə verərək fəaliyyət göstərməsinə dair iş üzrə apelyasiya icraatı xitam olunmuşdur. Şabran rayon məhkəməsinin 2(031)-336/2021 saylı, 01.04.2021-ci il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdehnə qarşı və Ağamalıyev Nizami Ağamalı oğlunu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 12 saylı region üzrə X23 üçüncü şəxslər qismində cəlb elədiyi qətnamənin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmiş, N.Qəhrəmanovun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Sumqayıt Apelyasiya məhkəməsinin 8(105)-77/2021 saylı, 29.03.2021-ci il tarixli qərardadına əsasən Şabran rayon məhkəməsinin 8(031)-3/2021 saylı, 03.02.2021-ci il tarixli və onunla bağlı 22.02.2021-ci il tarixli qərardadları ləğv edilmişdir. Bu səbəbdən də Şabran rayon məhkəməsinin 8(031)-3/2021 saylı, 25.01.2021-ci il tarixli qərardadına əsasən borclunun üzərinə həbs qoyulmuş əmlakların qiymətləndirilməsi üçün 23.04.2021-ci il tarixdə "xxxx" MMC-yə məktub göndərilmişdir. Borclu İddiaçı ASC Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(031)- 906/2017 saylı qətnaməsinin icraatına xitam verilməsi ilə bağlı Şabran rayon məhkəməsinə müraciət edilmiş və Şabran rayon məhkəməsinin 8(031 )-32/2021 sayı, 19.05.2021-ci il tarixli qərardadına əsasən ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bundan başqa üzərinə həbs qoyulmuş “Dəvəçi Sərnişin “ASC-yə məxsus olan 1 ədəd anbar, 1 ədəd köməkçi bina (sex), 1 ədəd köməkçi binaya "xxxx" MMC tərəfindən ümumilikdə 12500 manat qiymət qoyulmuşdur. 15 iyul 2021-ci il tarixdə borclu İddiaçı ASC əmlakların həbsdən azad edilməsi ilə bağlı Şabran rayon məhkəməsinə ərizə ilə müraciət edilmiş və sonradan İddiaçı ASC Şabran rayon məhkəməsində işin baxılmasına etiraz edilmiş bu səbəbdən də sənədlər Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)- 201/2021 saylı, 08.09.2021-ci il qərardadına əsasən etiraz ərizəsi təmin edilməmiş və mülki işə baxılması üçün Şabran rayon məhkəməsinə qaytarılmışdır. Hal-hazırda əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə “Dəvəçi Sərnişin" ASC-nin verdiyi ərizəsinə 07.12.2021-ci il tarixə təyin edilmiş və keçirilən məhkəmə prosesində İddiaçı ASC qeyd olunan icra sənədi üzrə hesablanan borcun dəqiqləşmə barədə ərizə Şabran rayon məhkəməsinə təqdim edilmiş və Şabran rayon məhkəməsinin 8(031)- 63/2021 saylı, 21.12.2021 tarixli qərardadına əsasən şikayət ərizəsi təmin edilməmişdir. “Dəvəçi Sərnişin" ASC Şabran rayon məhkəməsinin 8(031 )-63/2021 saylı, 21.12.2021 tarixli qərardadından narazı qalaraq Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət ərizə ilə müraciət edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsi qeyd olunan ərizəyə baxılması üçün Şabran rayon məhkəməsinə geri qaytarılmışdır. Şabran rayon məhkəməsinin 8(031)-1/2022 saylı, 14.03.2022-ci il tarixli bildirişinə əsasən məhkəmə prosesi 07 aprel 2022-ci il tarixə saat 16:00-a təyin edilmişdir. Bu günədək məcburi icra tədbirləri nəticəsində borclu İddiaçı ASC tərəfindən tələbkarın xeyrinə yaranmış borcdan 20514,97 manat ödənilmiş və ödənilməmiş 12101,60 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Ağamalıyev Nizami Ağamalı oğlu iddiaya etiraz edərək qeyd etmişdir ki, Qəhrəmanov Nurayət əsassız, qanunsuz iddia ərizələri ilə eyni mövzuda yerli, yuxarı məhkəmələrə dəfələrlə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarım təzədən baxılmasını istəyir.
1. Konstitusiyanın 129-cu maddəsi və digər normativ-hüquqi aktlara əsasən məhkəmənin qəbul etdiyi qərar dövlətin adından çıxarılır. Qanuni qüvvəyə minmiş qətnamə bütün dövlət hakimiyyəti orqanları üçün məcburidir və respublikanın bütün ərazisində hökmən icra olunmalıdır.
2. Azərbaycan Respublikasının MPM-nin 82.3 maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (qərardadı) ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli iş 8(105)-226/2019 saylı Qərardadı- Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən İddiaçı ASC-dən Ağamalıyev Nizami Ağamalı oğluna 13693-21 manat məbləğində və Şabran rayon Məhkəməsinin 2 (031)- 906/2017 saylı 09.06.2017-ci il tarixi icra vərəqinə əsasən borclu "xxxx" ASC-dən Ağamalıyev Nizami Ağamalı oğluna 18922- 73 manat məbləğində borc cəmi 32615-94 manat məbləğində pul Ağamalıyev Nizami Ağamalı oğluna ödənilməlidir. Qərardad çıxdığı andan qanuni qüvvəyə minir. (hakim Aqil Abbasov, işə əlavə olunur.)
1. Sumqayıt Apellyasiya məhkəməsinin 17.09.2021-ci il tarixli 2 (105)-2238, 2021 saylı qətnaməsi- 8780 manat icarə haqlarının yığılıb mənimsənilməsi, 9348 manat vergi borcunun 18128 manat Ağamalıyev Nizami Ağamalı oğlu tərəfindən şikayətçi İddiaçı ASCnin sədri Nurayət Qəhrəmanovun şikayəti təmin olunmamışdır. Sədrlik edən Şəmsəddin Abbasov.
2. Sumqayıt Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının 19.04.2021-ci il tarixli 2-1(105)-296/2021 saylı Qərardadı- İddiaçı ASC- nin Cavabdehnə qarşı “Şabran-rayon Məhkəməsinin 2 (029)-577/2018 saylı 09.06.2017-ci il tarixli qətnaməsinin icraatına xitam verilməsi tələbinə” dair iddiası təmin edilməmişdir. (Sədirlik edən Zaur Məmmədov) Sumqayıt Apellyasiya məhkəməsinin 29.09.2020-ci tarixli 2 (105)-938/2020/saylı qətnaməsi - İddiaçı ASC-nin cavabdehlər Şabran rayon İcra və PŞ-nə və Qiymətləndirmə Xidməti Mərkəzi MMC-yə qarşı əmək məzuniyyətlərində görə kompensasiya və məcburi iş buraxmağa görə əmək haqqının yenidən hesablanması vəzifələrinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. “Sədirlik edən Lətifə Məmmədova (işə əlavə olunur.)) Sumqayıt Apellyasiya məhkəməsinin 29.03.2021-ci il tarixli 8 (105)-77/2021 saylı qərardadı- tələbkar Ağamalıyev Nizami Ağamalı oğlunun şikayəti təmin olunmuş, borclu İddiaçı ASC-nin 12170 borcuna görə İddiaçı ASC-nə məxsus 1 anbara, 1 ədəd köməkçi binaya (sexə), 1 ədəd köməkçi binaya həbs qoyulmuşdur. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən Səyyad Qafari (işə əlavə olunur.) Sumqayıt Apellyasiya məhkəməsinin 17.08.2020-ci il tarixli 2(105)-2237/2020 saylı Qətnaməsi- İddiaçı ASC-nin 7794-97 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Hakim C.Tağızadə (işə əlavə olunur) Sumqayıt Apellyasiya məhkəməsinin 23.06.2021-ci il tarixli 8(105)-143/2021 saylı qərardadı- borclu Dəvəçi-sərnişin ASC-nin sədrinin verdiyi şikayət təmin edilməmişdir. Şabran rayon məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2 (031) 906/207 saylı qətnaməsinin icraatına xitam verilməsi barədə Şabran rayon məhkəməsinin 19 may 2021-ci il tarixli 8(031 )-32/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan şikayət verilə bilməz. Sədirlik edən T.Quliyev (işə əlavə olunur) Hal-hazırda qanuni qüvvəsini almış məhkəmə qərarları ilə borclu Dəvəçi-sərnişin ASC-in 12101.60 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Ağamalıyev Nizami Ağamalı oğlu iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyi. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. İddiaçı dəymiş zərərə görə kompensasiyanın ödənilməsini tələb edir. O, məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçı Cavabdeh "xxxx" ASC-yə vurduğu 5297,38 manat məbləğində ziyana görə kompensasiyanın "xxxx" ASC-yə ödənilməsini istəyir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının tələbi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Lakin belə bir ziyan tələbi məhkəmə qərarının düzgün icra edilməməsi ilə bağlı yarandığına və məhkəmə qərarının icrasına məhkəmə nəzarəti olduğuna görə iddia əsaslı hesab edilə bilməz. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli 2(105)-662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə Ağamalıyev Nizami Ağamalı oğlunun “Dəvəçi-Sərnişin" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı Ağamalıyev Nizami Ağamalı oğlunun "xxxx" ASC-yə iqtisadçı vəzifəsi işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Cavabdeh hesablama metodunu əsas götürülsə məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya aşağıdakı qaydada hesablanmalıdır: Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması: Ağamalıyev Nizami Ağamalı oğlunun məcburi iş buraxma dövrü olaraq icra məmurunun götürdüyü 07.01.2013-03.02.2015-ci illər üçün orta aylıq əmək haqqı 350 manatdan hesablansa, həmin 25 ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 8750 manat təşkil edir. 350 x 25 =8750. Həmin vəsaitin 14 %-i vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 8750 manatın 14 %-i 1225 manat. Həmçinin 8750 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 8750 manatın 3 %-i 262.50 manat. Deməli Ağamalıyev Nizami Ağamalı oğlunun məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 7262.50 manat pul ödənilməli idi. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması: İddiaçı ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və 07.01.2013- 03.02.2015-ci illər üçün 7 il müddəti üçün hesablansa belə bir nəticə alınır. Belə ki, Ağamalıyev Nizami Ağamalı oğlunun 2002-2006- cı illər üçün aylıq əmək haqqısını 85 manatdan, 07.01.2013-03.02.2015-ci illər üçün isə aylıq əmək haqqısını 350 manatdan hesablasaq belə bir nəticəyə gəlmişdirlər. .... Həmin vəsaitin 14 %-i vergi olaraq əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulmalı idi. 1365.45 manatın 14 %-i 191.16 manat. Həmçinin 1365.45 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1365.45 manatın 3 %-i 40.96 manat. Deməli Ağamalıyev Nizami Ağamalı oğluna əmək məzuniyyətlərinə görə hesablanmış 1365.45 manat kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133.33 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə Ağamalıyev Nizami Ağamalı oğluna məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 7262.50+1133.33=8395.83 manat pul ödənilməli idi. Qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 05.02.2015-ci il tarixinə kimi "xxxx" ASC tərəfindən poçt vasitəsilə 1362.03 manat, İddiaçı ASC-nin Kapita bankın Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar 31.08.2017-ci i tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003.98 manat, 07.11.2017-ci il tarixdə 995 manat, 08.12.2017-ci il tarixdə 1996 manat, 07.02.2018-ci il tarixdə 1611.99 manat, cəmi 9172 manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh 08.02.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Cavabdeh 08.02.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran rayon məhkəməsinin 8(031)-69/2018 saylı, 01 oktyabr tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521.21 manat ASC-yə borc hesablanmışdır. "xxxx" ASC-dən məcburi icra tədbirləri nəticəsində inkasso sərəncamı və əmlakların hesabın (Şabran rayon məhkəməsinin 19.01.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 400 manat dəyərində su çəni və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kukl ) həmin borc da ödətdirilmişdir. 05.11.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin icra sənədi üzrə Ağamalıyev Nizami Ağamalı oğluna Cavabdeh tərəfindən 5297.38 manat artıq pul və əmlak ödənilmişdir. (9172+4521.21=13693.21. 13693.21-8395.83=5297.38) Belə ki, Cavabdeh icra sənədi əsasında apardığı hesablamalı zamanı səhvlərə yol vermişdir. Cavabdeh icra sənədi üzrə məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən 14 faiz vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarını da N.Ağamalıyevə ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir, hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. N.Ağamalıyevə görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Həmçinin qətnamədə Ağamalıyev Nizami Ağamalı oğluna ödənilməli məbləğin miqdarı göstərilməmiş, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğin hesablanması barədə inzibati akt yoxdur. Beləliklə icra vərəqəsi üzrə Cavabdeh qeyri-qanuni şəkildə ASC-yə məxsus 400 manat dəyərində su çənini və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklu Ağamalıyev Nizami Ağamalı oğluna təhvil vermiş və 3897.38 manat ASC-dən artıq pul tutmuş, bununla da, İddiaçı ASC həmin əmlaklardan məhrum olmuş və ASC-yə 5297.38 manat ziyan vurulmuşdur. Ona görə də Cavabdeh İddiaçı ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiya “Dəvəçi-Sərnişin" ASC-yə ödənilməlidir. Göründüyü kimi iddiaçının tələbinin əsasını məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri zamanı inzibati orqanın müvafiq hesablamaları düzgün aparmaması və məhkəmə qərarını düzgün icra etməməsi təşkil edir. Halbu ki, cavabdeh inzibati orqanın iddiaya münasibətindən və məhkəmə qərarının icrası ilə bağlı məhkəməyə təqdim edilmiş icra sənədlərindən görsənir ki, məhkəmə qərarlarının icrasına qərarı vermiş məhkəmənin nəzarəti olmuş və məhkəmə qərarının icrasından narazılıqla bağlı coxsaylı şikayətlər olmuş və məhkəmə qərarının icrası ilə bağlı hərəkətlər məhkəmə nəzarətində həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icrası ilə bağlı icra orqanın qərar və hərəkətlərindən şikayətlə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmamasının formalaşmış məhkəmə təcrübəsi mövcud olsada, icra qurumlarına qarşı ziyanla bağlı kompensasiya tələblərinin irəli sürülə bilməsi istisna olaraq qəbul edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu cür tələblər məhkəmə nəzarətində həyata keçirildiyi halda və qərarı verən məhkəməyə müraciət baxımından hüquq müdafiə vasitələri ilə təminat altında olduğuna görə, bu kateqoriyada olan icra işləri ilə bağlı ziyana görə kompensasiya tələbləri iddiası ilə təkrar olaraq məhkəmə qərarının icrasına nəzarət edilməsi hüquqi müəyyənlik baxımından düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qeyd olunanlar iddianın təmin edilməməsi üçün əsas təşkil edir və iddia rədd edilməlidir. İddiaçıya izah olunsun ki, məhkəmə qərarının icrasına nəzarət formasında müəyyən olunmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev