Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-747/2020 20.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi X1katibliyi, İddiaçı (Qubadlı rayonu Dəmirçilər kəndində qeydiyyatda olan, faktiki Beyləqan rayonu Milabad qəsəbəsində məskunlaşan), İddiaçının nümayəndəsi X5 (Xırdalan şəhər Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, Nəsimi küçəsi ev 28 mənzil 36-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə qarşı oğlu X2 adının “Cavidan” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavbadeh Qubadlı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı iddia ərizəsi ilə SumqayıtİnzibatiMəhkəməsinə müraciət edərək, oğlu X2 adının “Cavidan” adına dəyişdirilməsi Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının prosesual iştirakına xitam verilmiş və cavabdeh qismində Qibadlı rayon İcra Hakimiyyəti cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun X3 ilə birgə nikahından xx.xx.2008-ci il tarixdə Veysəl adlı oğlu dünyaya gəlmişdir. Uşağın atası xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Uşağn adı Veysəl qoyulsa da, körpə vaxtından onu Cavidan çağırmışlar. Uşaq heç vaxt Veysəl adını sevməmiş, məktəbdə həmin adla bağlı ona sataşmışlar. Bu səbəbdən o, özü də Cavidan adlanmasını istəyir və hamıya adınını Cavidan olduğunu söyləyir. Bununla bağlı iddiaçı Qubadlı rayon İcra Hakimiyyətinə müraciət edərək uşağın adının “Cavidan” adına dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh ona imtina cavabı vermişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddianın dəlillərinə uyğun olraq iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən – xx.xx.2008-ci il təvəllüdlü X4 adının Cavidan kimi yazılmasını istədiyini və dostlarının və qohumlarının da onu Cavidan kimi çağırdıqlarını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : -Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İl N158326-li xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 valideynləri X3 və İddiaçıdır. -Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İl N020920-li xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. -Beyləqan rayon V.Cəfərov adına Milabad kənd tam orta məktəbin praktik psixoloqu X6 rəyindən görünür ki, həmin məktəbin 5-ci sinif şagirdi X4 əvvəldən Veysəl adını xoşlamadığını , hamıya özünü Cavidan kimi təqdim etdiyini, Veysəl adından psixoloji gərginlik keçirdiyini bildirmişdir. Uşağın sağlam bir şəxsiyyət kimi formalaşması və psixoloji inkişafı üçün Veysəl adının onun ürəyincə olan Cavidan adına dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı övladının adının «Cavidan”a dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina belə əsaslandırılmışdır ki, uşağa qoyulmuş ad milli adlara uyğun olmaqla pis səslənmədiyi üçün adın dəyişdirilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan başqa adın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının xx xxxx 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə aradşırması zamanı müəyyən olundu ki, adının dəyişdirilməsi tələb olunan Veysəlin atası vəfat etmiş, uşaq hazırda anası ilə birlikdə yaşayır. Uşaq özü də izah etdi ki, dostları onu Cavidan kimi tanıyır, lakin sənəddə adı “Veysəl” yazıldığından məktəbdə ona sataşırlar və nalayiq sözlər işlədirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, iddiaçının oğlu X2 adının “Cavidan adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı oğlu xx.xx.2008-ci il təvəllüdlü X2 adının “Cavidan” adına dəyişdirilməsi icazə verilməsi öhdəliyi cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-747/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-747/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver