Məhkəmə qərarları › İş №2-1(118)-748/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-748/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-748/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “Ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6503/2020 saylı qərardadı ilə iş aidyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi imzalanmamış, iddia ərizəsinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğunlaşdırılması tələb edilmiş, iddiaçı 09 mart, 05 aprel və 28 aprel 2021-ci il tarixlərində məhkəməyə dəvət edilmiş, lakin idiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iş materillarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamış, iddia tələbini isə həm Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həm də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırmışdır. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müharibə veteranı adının verilməsini Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, həm də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tələb edir. Eyni tələbin müxtəlif orqanlardan tələb edilməsi isə iddianın mümüknlüyü istisna edir. Məhkəmə qeyd eir ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müharibə veteranı adı vermək səlahiyyəti olsada, bu adın verilməsi əsasları fərqlidir. Hərbi qulluqçulara müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddianın cavab verməli olan orqana yönəldilməsi iddianın uğurluluq ehtimalı baxımından vacib əhəmiyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-ci maddəsinin tələblərinə uyğunlaşdırılmaqla yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar