Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-748/2022 28.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Milan-A" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800 nömrəli, xx.xx.2022-ci il tarixli **********646700 və **********6467400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********930500800 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək “Milan-A" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********499700 **********501500 və **********500800, 04 02.2022-ci il tarixli **********646700 və həmin tarixli **********6467400 nömrəli, 07 02.2022-ci il tarixli **********570000 nömrəli xx.xx.2022-ci tarixli **********821800 və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800 saylı qərarları ilə iddiaçı "xxxx" MMC-yə müvafiq olaraq iyul, iyun, sentyabr 2021-ci il üçün ƏDV üzrə kameral qaydada vergi hesablanmışdır. Həmin əlavə hesablama iyun 2021-ci il üçün 6255,54 manat, iyul 2021-ci il üçün 19040,75 manat, sentyabr 2021-ci il üçün 54823,25 manat təşkil etmişdir. Vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. İddiaçı vergi orqanının gəldiyi qənaəti əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə müxtəlif vaxtlarda mal alqı-satqısı əməliyyatları aparılmışdır. Həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmişdir. Eyni zamanda, aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir. Lakin bir müddət sonra vergi orqanı aparılan əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələrini nəzərə almamışdır. Bunu isə digər tərəflərin riskli vergi ödəyiciləri olması ilə əsaslandırmışdır. Halbuki, iddiaçı ilə həmin müəssisələr arasında aparılmış əməliyyatlar onların riskli vergi ödəyiciləri siyahısına salınmasından əvvəl olmuşdur. Bu barədə məlumat əldə etdikdən sonra dərhal həmin şirkətlərlə əməliyyatlar dayandırılmışdır. Bununla bağlı vergi orqanına ətraflı şəkildə məlumat verilsə də, vergi orqanı buna əhəmiyyət verməmiş və əsasız olaraq iddiaçıya kameral qaydada vergi hesablamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul ediilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı 2021-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində əvəzləşdiriməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 4 elektron qaimə faktura, iyul ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 15 elektron qaimə faktura, sentyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 46 elektron qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi aşkar edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 2021-ci ilin iyun və iyul ayları üzrə ƏDV bəyannamələrinə görə xx.xx.2021-ci il tarixli **********941200 nömrəli, 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə görə xx.xx.2021-ci il tarixli **********527400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktubalara əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə iddiaçıya əlavə vergi borcu hesablanması barədə qərarlar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş : - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800 saylı qərarlardan görünür ki, "xxxx" MMC üzrə müvafiq olaraq iyun, iyul və sentyabr 2021-ci il üçün ƏDV üzrə kameral qaydada vergi hesablanmışdır. Həmin əlavə hesablama iyun 2021-ci il üçün 6 255,54 manat, iyul 2021-ci il üçün 19 040,75 manat, sentyabr 2021-ci il üçün 54 823,25 manat təşkil etmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********646700 və **********6467400 nömrəli qərarlardan görünür ki, "xxxx" üzrə müvafiq olaraq iyul 2021-ci il üçün və sentyabr 2021-ci il üçü n 51.837,44 manat və 19040,75 əlavə vergi və sığorta haqqı məbləği hesablanmışdır. - 07 02.2022-ci il tarixli **********70000 nömrəli qərardan görünür ki, "xxxx" üzrə oktyabr 2021-ci il üçün 153838,73 manat əlavə vergi və sığorta haqqı məbləği hesablanmışdır. -xx.xx.2022-ci tarixli **********821800 qərardan görünür ki, "xxxx" üzrə dekabr 2021-ci il üçün 6761,98 manat əlavə vergi və sığorta haqqı məbləği hesablanmışdır -xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərardan görünür ki, Milan-A” üzrə oktyabr 2021-ci il üçün 153838,73 manat əlavə vergi və sığorta haqqı məbləği hesablanmışdır -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış **********9 nömrəli 22 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-dən dövlət büdəcsinə olan ümumilikdə 52254,19 manat vergi borcunun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış **********812800 nömrəli 23 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-dən dövlət büdəcsinə olan ümumilikdə 27219,21 manat vergi borcunun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. -riskli vergi ödəyiciləri barədə məlumatlardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradadn riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş "xxxx" MMC, “”Vaylo” MMC, "xxxx" MMC və "xxxx" MMC ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın 10 qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Milan-A" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800 nömrəli, xx.xx.2022-ci il tarixli **********646700 və **********6467400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-748/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-748/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver