Məhkəmə qərarları › İş №2-1(118)-749/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-749/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-749/2020 12.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “Cavabdeh ona məxsus Abşeron rayonu,Masazır kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 118.4 m 2, 4 otaqdan ibarət olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu,Masazır kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 118.4 m 2 , 4 otaqdan ibarət olan fərdi yaşayış evi idiaçı tərəfindən inşa edilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dövlət reyesterindən çıxarış alınmış və hal hazırda həmin fədi yaşayış evi RX0579804 seriyalı xx.xx.2015-ci il tarixli çıxarış əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlini olmuş və 2017-ci ildə həmin evə pasport qeydiyyatına düşmüşdür. Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının oğlu olan X1 ilə Cavabdeh arasında olan nikaha xitam verilmişdir. Sonra iddiaçınn müraciəti əsasında Abşeron rayon məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələri ilə Cavabdeh həmin evdə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etsədə bundan imtina cavabı almışdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh fərdi yaşayış evində istifadə hüququnun olmaması müəyyən edilmiş,lakin mənzildə qeydiyyatdan çıxarılma hissəsinə münasibət bildirlməmişdir.Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmənin təşəbbüsü ilə vətəndaş Cavabdeh məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 128-324-2 F nömrəli imtina məktubu, Abşeron rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)- 2171/2019 saylı qətnaməsinin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3260/2019 saylı qətnaməsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-ci tarixli Çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3260/2019 saylı qətnaməsi ilə qeyd olunmuşdur ki, sözügedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh mənzildə pasport qeydiyyatında olsa da, onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun İddiaçıilə Cavabdeh arasında yaşayış sahəsindən istifadə ilə bağılı notarial qaydada yazılı razılaşma olmamışdır. Mülki qanunvericilik və hazırki mübahisə ilə bağlı mənzilə dair Konstitusiya aktlarına görə mülkiyyətçinin şifahi razılığı əsasında mübahisəli mənzilə köçmə və ya həmin mənzilə qeydiyyata düşmə mənzildən istifadə hüququ əldə etməni özündə ehdiva etmir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh Abşeron rayonu,Masazır kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 118.4 m 2 olan 4 otaqdan ibarət olan fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 118.4 m 2, 4 otaqdan ibarət olan fərdi yaşayış evində qeydiyyatdan çıxarılması vəzifəsi Abşeron rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar