Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-75/2021 01.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, X4 Təmir İdarəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı X3 tərəfindən 2018-il yekununa görə Kameral qaydada hesablanmış Mənfəət vergisi kimi 47 567 manat 00 qəpik verginin və ona müvafiq hesablanmış 18 616 manat 71 qəpik faiz borcunun silinməsi, Tələbin İcraya yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixli **********062800 saylı qərarın ləğv edilməsi tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: X4 Təmir İdarəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı X3 tərəfindən 2018-il yekununa görə Kameral qaydada hesablanmış mənfəət vergisi kimi 47 567 manat 00 qəpik verginin və ona müvafiq hesablanmış 18 616 manat 71 qəpik faiz borcunun silinməsi, Tələbin İcraya yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixli **********062800 saylı qərarın ləğv edilməsi tələbinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, müəssisəyə 2 saylı X3 tərəfindən 2018-il yekununa görə əsassız olaraq Kameral qaydada Mənfəət vergisi kimi 47 567 manat 00 qəpik və ona müvafiq 18 616 manat 71 cıəpik faiz borcu hesablanmış və şəxsi vərəqəyə işləmişdir. Şəxsi vərəqədəndən göründüyü kimi 47 567 manat 00 qəpik məbləğin 13 541 manat 00 qəpik 2017-ci ilin yekununa görə mənfəət vergisi 17 013 manat yenə 2018-ci il üçün mənfəət vergisi müvafiq olaraq yenə 2018 ci ilin 1-ci və 2 -ci rübləri üçün 8 506,50 manat və 8 506,50 manat olmaqla plan mənffət vergisi, 18 616 manat 71 qəpik isə faiz borcu kimi hesablanmışdır. Əlavə olaraq qeyd etdi ki, 2 saylı X3 xx-xx-2019 cu il tarixli Tələbin İcraya yönəldilməsi haqqında **********062800 saylı qərar çıxarmışdır. Əslində 2017-2018 ci illər ərzində müəssisə ziyanla işləyib və heç bir gəlir əldə olunmayıb. Dəfələrlə 2017-2018-ci illər üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyəmnaməsi verilməsinə baxmayaraq hesabatlar nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 3.5 maddəsində deyilir “ Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsində deyilir:” Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəlləilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 3.1 l-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2017-18-ci ilin yekununa görə kameral qaydada hesablanmış mənfəət vergisi kimi 47567,0 verginin və ona müvafiq olaraq hesablanmış 18616,71 manat faiz borcun silinməsi, xx xxxxxx 2019-cu il tarixli, **********489600 və **********875400 saylı qərarların və tələbin icraya yönəldilməsi haqqında xx xxxxxx 2018-cu il tarixli, **********062800 nömrəli qərarın” ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək cavabdehin xx xxxxx 2020- ci il tarixli, **********827700 nömrəli qərarın ləğv edilməsi ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı daha sonra məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “2017-18-ci ilin yekununa görə kameral qaydada hesablanmış mənfəət vergisi kimi 47567,0 verginin və ona müvafiq olaraq hesablanmış 18616,71 manat faiz borcun silinməsi, xx xxxxxx 2019-cu il tarixli, **********489600 və **********875400 saylı qərarların və tələbin icraya yönəldilməsi. haqqında xx xxxxxx 2018-cu il tarixli, **********062800 nömrəli qərarın” ləğv edilməsini tələb etmişdir. İddiaçı daha sonra məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “xx xxxxx 2020- ci il tarixli, **********827700 nömrəli qərarın ləğv edilməsi ləğv edilməsini tələb etmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: İddia ərizəsi ilə əlaqədar olaraq bildirilir ki, vergi ödəyicisi kimi qeydiyyatda olan X5 İdarəsinə (VÖEN: **********) 2018-ci il mənfəət vergisi üzrə 34026,0 manat kameral qaydada əlavə vergi məbləği hesablanmışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı elektron qaimə faktura məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin 15535071,07 manat, əldə edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin 15339093.,92 manat (ƏDV-siz) təşkil etməsinə baxmayaraq, mənfəət vergisi bəyannaməsinin Ümumi gəlirlər sətrində 9699292,39 manat, cəmi xərclər sətrində 9700319,0 manat məbləğ əks etdirilmişdir. Vergi ödəyicisi xx.xx.2018-ci il tarixdə fəaliyyətini dayandırmış və obyektini qeydiyyatdan çıxarmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixli **********288900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini bu maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq 2018-ci ilin mənfəət vergi bəyannaməsi üzrə kənarlaşma bərpa edilərək 34026,0 manat kameral qaydada əlavə vergi məbləği hesablanmış və xx.xx.2020-ci il tarixli **********622300 nömrəli kameral hesablama barədə qərar göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Daha sonra cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı daha sonra məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “2017-18-ci ilin yekununa görə kameral qaydada hesablanmış mənfəət vergisi kimi 47567,0 verginin və ona müvafiq olaraq hesablanmış 18616,71 manat faiz borcun silinməsi, xx xxxxxx 2019-cu il tarixli, **********489600 və **********875400 saylı qərarların və tələbin icraya yönəldilməsi. haqqında xx xxxxxx 2018-cu il tarixli, **********062800 nömrəli qərarın” ləğv edilməsini tələb etmişdir. İddiaçı daha sonra məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “xx xxxxx 2020- ci il tarixli, **********827700 nömrəli qərarın ləğv edilməsini tələb etmişdir. Aşağıda göstərilənlərə görə iddia ərizəsinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “xx xxxxx 2020-ci il tarixli, **********827700 nömrəli qərar xx.xx.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 03:20-də oxunmuşdur. İddiaçının ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında" müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1 — vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 70.2-1.2 - poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3 - elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarda qeyd edildiyi kimi, mübahisələndirilən inzibati qərarlar iddiaçıya təqdim edilmiş və qanunun tələbinə əsasən iddiaçı tərəfindən 30 gün müddətində şikayət instansiyasına və ya məhkəməyə müraciət edilməklə mübahisələndirilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “xx xxxxx 2020-ci il tarixli, **********827700 nömrəli qərarlar mübahisələndirilməsinə dair iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edilir. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda iddiaçı prosessual müddəti ötürdüyü üçün də iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan qərar 2 saylı X6 tərəfindən X7 İdarəsinin elektron ünvanına xx xxxxx 2020-ci il tarixli, **********827700 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə göndərilmiş və X7 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 03:20-də oxunmuşdur. Əvvəla nəzərə alınmalıdır ki, vergi ödəyicisinə şəxsi kabinetinə daxil olması üçün vergi orqanı tərəfindən yalnız özünə məlum olan kod və parol verilir və həmin şəxsi kabinet vasitəsi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün yazışmaların riskini vergi ödəyicisinin özü daşıyır. Belə olduğu tədqirdə hazır ki, iş üzrə mübahisə predmeti olan qərardan şikayət verilməsinin müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi X4 Təmir İdarəsi mübahisə etdiyi qərardan məlumatlı olmuşdur və şikayət etmə müddəti ötürüldüyündən sonra iddia tələbi ilə qeyd olunan qərarların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X4 Təmir İdarəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin X7 İdarəsinə dair qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli, **********827700 ləğv edilməsi tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-75/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-75/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver