Məhkəmə qərarları › İş №2-1(118)-750/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-750/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-750/2020 17.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 Namiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh təsisçisi X3 tərəfindən xx.xx.2016-cı il tarixdə AR Vergilər Nazirliyinin 2 X7 Baş idarəsinə yerli investisiyalı məhdud məsuliyyətlə cəmiyyətinin e-qeydiyyat ərizəsinin (elektron qaydada verilmiş ərizəsinin) 8-ci bəndində cəmiyyətin təkbaşına icra orqanın rəhbərinin məlumatları hissəsində iddiaçını rəhbər (direktor) kimi təyin olunmağı barədə sənədləşməsini aparıb vergi orqanında qeydiyyata aldırması hissəsinin; eyni zamanda elektron mübadilə Pin kodunun alınması ilə bağlı bütün lazımı sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi X1 (AZE134430080) həvalə edilməsinə dair iddiaçının Cavabdehnn ləğv olunması direktor vəzifəsi daşıyıcısı kimi adından tərtib olunmuş xx xxxx 2016-cı il tarixli etibarnamənin ləğv olunması; habelə xx xxxx 2016-cı il tarixli Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün adı çəkilən MMC-nin təsisçisi X2 qeydiyyata alınmasına dair ərizəsinin ləğv olunması; həmçinin cavabdeh – Cavabdeh üzrə xx xxxx 2016-cı il tarixdən başlayaraq direktor vəzifəsi daşıyıcısı kimi iddiaçının adından bağlanılmış bütün əqdlərin, əmrlərin və maliyyə əməliyyatların aparılması faktları qanunsuz hesab olunması, AR İPM-nin 27.0.3 maddəsinə əsasən hazırki iddia üzrə AR Vergilər Nazirliyinin, 2 X7 Baş İdarəsi inzibati icraata cəlb olunmasının təmin edilməsi, AR MPM-nin 265.4 mad. müvafiq olaraq “Məhkəmə işə baxarkən, tərəfin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar