Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-750/2023 07.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Siyəzən rayonu Məşrif bələdiyyəsinə qarşı “Siyəzən rayon Məşrəf bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarının və onun əsasında verilmiş “torpağa mülkiyyət hüququna dair” 06 oktyabr 2004-cü il tarixli KOD 30506018, JN-278 nömrəli dövlət aktının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Siyəzən rayonu Məşrif bələdiyyəsinə qarşı “Siyəzən rayon Məşrəf bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarının və onun əsasında verilmiş “torpağa mülkiyyət hüququna dair” 06 oktyabr 2004-cü il tarixli KOD 30506018, JN-278 nömrəli dövlət aktının ləğv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı müddətin ötürülmədiyini hesab etdiyindən, iddiaya mahiyyət üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı Siyəzən rayon Məşrəf bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarının və onun əsasında verilmiş “torpağa mülkiyyət hüququna dair” 06 oktyabr 2004-cü il tarixli KOD 30506018, JN-278 nömrəli dövlət aktının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hal-hazırki iddia tələbindən əvvəl Sumqayıt İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçının adına Siyəzən rayonu Çıraqqala kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması” tələbi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1076/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Məhkəmə qərarından apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1076/2021 saylı, 07 sentyabr 2021ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılan zaman iddiaçıya “mübahisələndirdiyi torpaq sahəsinin Siyəzən rayonu Məşrif bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə üçüncü şəxs X1 və həmin torpaq sahəsinə dair sonuncunun adına “Torpağa mülkiyyət hüququna dair” 06 oktyabr 2004-cü il tarixli KOD 30506018 JN-278 nömrəli Dövlət aktının verilməsi” barədə məlumat verilmiş, qeyd edilən hallar Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır. İddiaçı məhkəmə icraatı zamanı qeyd edilən halı mübahisələndirməmiş, ona məxsus torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz olaraq üçüncü şəxsə satıldığını bildirmişdir. Yəni, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında iddiaçının hal-hazırda mübahisələndirdiyi bələdiyyə qərarına münasibətdə qeyd olunmuşdur ki, iddiaçının mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi bələdiyyə qərarından məlumatı, eyni zamanda şikayət vermək hüququ olmuşdur. Lakin iddiaçı şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüş və hüququndan istifadə etməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia müddətini ötürdüyünü bildiyi halda, formal olaraq bələdiyyə qərarının əldə edilməsi məqsədi ilə bələdiyyəyə müraciət etmiş, bələdiyyə qərarını əldə etdikdən sonra isə məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etməsə də, mümkünsüzlüyə səbəb olan hallar aradan qaldırılmadan yenidən iddia qaldırılması iddianın mümkünsüzlüyünə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-750/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-750/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver