Məhkəmə qərarları › İş №2-1(118)-751/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-751/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-751/2020 02.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “iddiaçının konstitusiyada təsbit olunmuş hüquqlarının təmin edilməsi, MSK-nın hərəkət və hərəkətsizliyi, onlar tərəfindən qanunların pozulmasıyla keçirilən seçkilərin nəticələrinin ləğv olunması, qanunda nəzərdə tutulmuş qaydada və təkrar qanuni seçkinin keçirilməsi öhdəliyinin qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddiaçının konstitusiyada təsbit olunmuş hüquqlarının təmin edilməsi, MSK-nın hərəkət və hərəkətsizliyi, onlar tərəfindən qanunların pozulmasıyla keçirilən seçkilərin nəticələrinin ləğv olunması, qanunda nəzərdə tutulmuş qaydada və təkrar qanuni seçkinin keçirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1,7,24,26,56,57,71-ci maddələrinə əsasən Azərbaycan dövlətinin yeganə mənbəyi xalqdır, AR hüquqi dövlətdir, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz və toxunulmaz hüquq və azadlıqları, müraciət etmək hüququ vardır, hər bir müraciətə qanunla nəzərdə tutulmuş müddətdə və qaydada rəsmi cavab verilməlidir, lakin iddiaçı AR Mərkəzi seçki komissiyası(MSK)-nın və İH-nin əməkdaşları tərəfindən pozulmuş hüquqlarını bərpa edə bilmir. Belə ki, o 2001- ci idən yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır, lakin müəyyən səbəblərdən qeydiyyatı Quba rayonu,Zərdabi kəndində qalıb, həmin ildən yazdığı ərizəyə əsasən də seçkilərdə 52 saylı DSK-nın 8 saylı məntəqəsində siyahıya salınaraq iştirak etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vətəndaş 6 aydan çox qeydiyyatda olduğu ərazidə yaşamırsa o siyahıdan çıxarılır, konstitusiyada təsbit edilmiş hüquqlarından istifadə edə bilər və buna görə də seçmək və seçilmək hüuqundan istifadə etməlidir. 2019-cu il oktyabr ayında 52 saylı DSK- ya bələdiyyə seçkiləriylə bağlı müracət etdikdə məlum olub ki, Quba rayon İN-nin göstərişinə əsasən o, yuxarıda qeyd olunan məntəqədən siyahıdan çıxarılmışdır. xx xxxxxx 2019-cu il tarixində AR MM-nə keçirilən növbədənkənar seçkilərdə namizədliyinin qeydə alınması üçün 52 saylı DSK-na müracət etdikdən sonra deputatlığa namizədliyi qeydə alınıb, lakin keçmiş deputatla əlbir olduğuna görə Quba rayon İH-nin göstərişinə əsasən onun seçicilərlə görüşünə imkan verilməyib, polis şöbəsi vasitəsilə iddiaçı təqib olunmuşdur və təzyiq göstərilib. AR Konstitusiyasının və qüvvədə olan seçki məcəlləsinin maddələrinin tələbləri pozularaq tam saxtalaşdırılmış seçki keçirilmiş, qanunlara əməl olunmamışdır. Dəfələrlə də müvafiq instansiyalara müraciət etməyinə baxmayaraq ona heç bir köməklik göstərilmir, şikayətlər araşdırmır, müxtəlif bəhanələrlə tələblərini təmin etmirlər. 2015-ci ildə keçirilən seçklərdə olduğu kimi şikayətlərin qarşısının alınması üçün protokollar verilmir, qanunların tələbləri pozulduğuna görə müxtəlif instansiyalara cinayət əməlləri barədə şikayətlər olunub, lakin rəsmi cavab ala bilmir. Qeyd etmək istəyir ki, dəfələrlə MSK-ya və seçkyə nəzarət edən orqanlar da müracət etsə də ərizələri geri qaytarılır. Qanunların tələblərinin pozulmasıyla seçkilər keçirildiyindən onun nəticələri ləğv olunmalıdır. İddiaçı isə sənədi başqa qaydada ala və şikayətlərin araşdırılmasını təmin edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd etmək istəyir ki, yuxarıda göstərilən qanun pozuntuları ilə seçki keçirildiyindən şikayətlərin vaxtında arşdırılması seçkinin nəticələrinə birbaşa təsir göstərə bilərdi və qanunsuz keçrilən seçkinin nəticələrini ləğvinə görə iddiaçı üçün əhəmiyyəti vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələrə birinci instansiya məhkəmələrində baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar