Məhkəmə qərarları › İş №2-1(118)-752/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-752/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-752/2021 06.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı 600 kv m torpaq sahəsindən ibarət 51 N-li bağln “X1” MMC-nin xx.xx.2020-ci il tarixli 261csaylı mütəxəssis rəyində göstərilən yerləşmə koordinatlar üzrətexniki planının tərtib edilməsi və bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 600 kv m torpaq sahəsindən ibarət 51 N-li bağın “X1” MMC-nin xx.xx.2020-ci il tarixli 261csaylı mütəxəssis rəyində göstərilən yerləşmə koordinatlar üzrətexniki planının tərtib edilməsi və bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından Sumqayıt İnzibati Məhkəməsi tərəfindən hazırlıq icraatına başlanılmış və iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonunun Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıqvə bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7.0 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon XDS İK-nin xx xxxx 1991-ci il tarixli 54 nömrəli qərarına əsasən Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinin “Bərəkət” bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin nizamnaməsinin qeydə alınmasına dair 54 saylı qərar qəbul edilmişdir. İddiaçı bağçılıq cəmiyyətinin üzvlərinin xx xxxx 1991-ci il tarixli protokoluna əsasən cəmiyyətə üzv qəbul edilmişdir və Novxanı ərazisində sahəsi 600 kv m olan 51 N-li bağ daimi istifadə üçün ona verilmişdir. Bu fakt 51 N-li üzvlük kitabçasının Abşeron rayon XDS İK-nin möhürü ilə təsdqilənmişdir. Müəyyən səbəblərdən iddiaçı həmin bağ sahəsindən istifadə etməmişdir. Bağ sahəsi verildiyi zamandan indiyə kimi qamışlıq, istifadədə olmayan və hasarlanma işləri aparılmamış ərazidir. İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iddiası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron rayon İcra Hakimiyyəti, Avşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də alqıdqdan sonra hazırki məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. İddiaçınün müvafiq səlahiyyətli orqanlara etdiyi müraciətlər aidiyyəti üzrə cavabdehə göndərilmiş və ya cavabdeh orqana müraciət etmək tövsiyyə edilmişdir. Lakin cavabdeh hər hansı araşdırma aparmadan artıq bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasını əsas tutaraq iddiaçıya imtina cavabı vermişdir. İddiaçı ayrılmış ümumi 7.0 ha sahənin ilk çəhkəmə zamanı aşkar edilmiş baş planına və “X2” MMC-nin xx.xx.2020-ci il tarixli 261 saylı mütəxəssis rəyində bu ərazi daxilində daşınmaz əmlakın dövlət reyestrində 53 N-li qonşu bağ sahəsinin qeydiyyata alınması və onun koordinatlarına əsasən ona ayrılmış 0,06 ha ərazisi olan 51 N-li bağ sahəsinin koordinatlarının müəyyən edilməsinə və peyk vasitəsi ilə çəkilmiş ortfoto görüntüsünə əsaslanraq hazırki iddianı qaldırmışdır. İddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2-1(105)-197/2020 saylı qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Novxanı ərazisində sahəsi 600 kvm olan 51 nömrəli bağ sahəsinin plan və ölçüsünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegoyası xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “iddiaçının bağçılıq cəmiyyətinin 51 saylı üzvlük kitabçasının mövcud olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron rayon İcra Hakimiyyəti, Avşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də alqıdqdan sonra hazırki məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. Bundan sonra iddiaçı “X3” MMC-yə müracət etmişdir və mütəxəssis rəyi almışdır. Həmin rəydə göstərilmişdir ki, Google Planet proqramının ortfoto görüntüləri və əlavə olaraq əldə edilmiş məlumatlara əsasən aparılmış dəqiqləşmə zamanı İddiaçı ayrılmış 51 nömrəli bağ sahəsinin sənəd üzrə möcud olan 53 nömrəli bağdan şimal hissədə yerləşdiyi, həmin ərazinin faktiki olaraq qamışlıqdan ibarət olduğu müəyyən edilmişdir. Həmçinin göstərilən əsaslarla iddiaçıya ayrılmış 0.06 torpaq sahəsinin koordinatları və plan-cizgisi müəyyən edilmişdir. İddiaçı əldə etdiyi mütəxəssi rəyini cavabdeh inzibati orqana təqdim etmişdir, lakin ona cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş mütəxəssis rəyi mövcud qanunvericiliyə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməsi tələb olunan sənədlər siyahısına daxil deyildir. Göstərilən tələb üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması ilə yanaşı məhkəmə qeyd edir ki, Ali Məhkəmənin yuxarıda göstərilən qərarında iddiaçının müvafiq səlahiyyətli orqana, yəni yerli icra hakimiyyəti orqanı, bələdiyyə və s. orqana müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı koordinatların müəyyən edilməsi ilə bağlı sənədi həmin orqanlardan almamış, “X2” MMC-dən aldığı mütəxəssis rəyini təqdim etmiş və cavabdeh orqandan imtina cavabı alıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qərarında göstərilən sənədləri əldə etmədən yenidən eyni iddianı qaldırmaq hüququ yaranmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilmişdir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı 600 kv m torpaq sahəsindən ibarət 51 N-li bağln “X1” MMCnin xx.xx.2020-ci il tarixli 261csaylı mütəxəssis rəyində göstərilən yerləşmə koordinatlar üzrətexniki planının tərtib edilməsi və bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:0 İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı 600 kv m torpaq sahəsindən ibarət 51 N-li bağln “X1” MMC-nin xx.xx.2020-ci il tarixli 261csaylı mütəxəssis rəyində göstərilən yerləşmə koordinatlar üzrətexniki planının tərtib edilməsi və bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar