Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-753/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X1 katibliyi, İddiaçılar İddiaçı1 və qeyrilərinin iştrakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4 Bahadur qızının,İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” barədə iddialarına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı4 Bahadur qızı,İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında İddiaçı1, İddiaçı4 Bahadur qızı,İddiaçı3 və İddiaçı2 ərizə təqdim edərək iddia ərizəsininin, ona əlavə edilmiş sənədlərin və iddianın təmini barədə müvvəqqəti xarakterli mudafiə tədbiri ilə bağlı vəsatətlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçıların iddia ərizəsinin və vəsatətlərinin geri qaytarılmasını xahiş etməsi onların bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsininin, ona əlavə edilmiş sənədlərin və iddianın təmini barədə müvvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı vəsatətləri geri qaytarılmalıdır. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsininin, ona əlavə edilmiş sənədlərin və iddianın təmini barədə müvvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı vəsatətləri iddiaçılara geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-753/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-753/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver