Məhkəmə qərarları › İş №2-1(118)-754/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-754/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-754/2020 22.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3rşı “İddiaçı ilə Qusar rayonu X6 arasında 5,0 ha torpaq sahəsi ilə bağlı 99 (doxsan doqquz) il müdətinə xx xxxxxx 2003-cü ildə bağlanmış icarə müqaviləsinin daşınmaz əmlakın reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Qusar rayonu X6 ilə 99 il müddətinə icarə müqaviləsi bağlamaqla bələdiyyənin ehtiyat fondu torpaqlarından 5,0 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Ötən illər ərzində həmin torpaq sahəsində bostan bitkilərini əkməklə ailəni dolandırmış, o həmin torpaq sahəsində uzun illik bağ salmaq, müxtəlif meyvə ağaclarım yetişdirmək istəyir. Bu məqsədlə o bankdan kredit, subsidiya götürmək istəyir. Lakin heç bir bank daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı olmayan torpaq sahəsinə görə kredit vermir. Buna görə də o Qusar rayonu X2 ilə 99 il müddətinə icarəyə götürdüyü həmin 5,0 hektar torpaq sahəsinə icarə hüquqları haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışını almaq istəyir. O, həmin torpaq sahəsinə icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi üçün dəfələrlə şifahi qaydada cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi ona hər dəfə həmin torpaq sahəsinə icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsindən imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi mənə bildirmişdir ki, icarə müqaviləsinin 99 il müddətinə bağlanmasına baxmayaraq ona həmin torpaq sahəsinə icarə hüquqları haqqında yalnız 15 illik çıxarış verə bilər. O isə buna razı olmamışdır.xx xxxxxx 2020-ci il tarixdə mən həmin torpaq sahəsinə 99 (doxsan doqquz) illik icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi üçün təkrarən yazılı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin ərizəsi xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməli məktubla cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə çatmasına baxmayaraq cavabdeh ərizəsinə cavab verməmişdir. Bununla da cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi faktiki olaraq həmin torpaq sahəsinə icarə hüquqlarım haqqında mənə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsindən imtina etmişdir.Onu da qeyd etdi ki, o, xx xxxxx 1969-cu ildə Qusar rayonunun Yeni Həyat kəndində anadan olmuş, həqiqi hərbi xidmətini Sovet Ordusu sıralarında keçmiş, Əfqanıstan müharibəsində iştirak etmişdir. Müddətli hərbi xidmətini başa vurduqdan sonra o X1 Balkariya Respublikası ərazisində yerləşən xüsusi təyinatlı hərbi hissələrindən birində hərbi qulluğunu davam etdirməyə başlamış, 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlar başlayan zaman o Rusiya Federasiyasının Hərbi Qüvvələrində hərbi xidmət keçmək barədə kontraktından imtina edərək vətəni müdafiə etmək üçün Azərbaycan Respublikasına qayıtmış və öz ərizəsi ilə könüllü olaraq Azərbaycan Respublikasının Milli Ordusuna hərbi xidmətə getmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak etmiş, dəfələrlə yaralanmış, 3 dəfə kontuziya olmuş, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlar dayandırıldıqdan sonra isə doğma kəndi Qusar rayonu Yeni Həyat kəndinə qayıtmışdır. Hal-hazırda o ailəsi ilə birlikdə Qusar rayonunun Yeni Həyat kəndində yaşayır. Ailəsi ilə yaşadığı doğma kəndi Qusar rayonunun Yeni Həyat kəndinə əhalinin, o cümlədən onaların ailəsinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Yeni Həyat kəndində torpaq islahatları keçirilən zaman o Qarabağ müharibəsində olmuş və ona kənddən pay torpaq sahəsi verilməmişdir. İcarəyə götürdüyü torpaq sahəsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən heç bir əsas olmadan icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməməsi ailənin vəziyyətini daha da çətinləşdirir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin teleqram ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasını onun iştrakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2020-cu il tarixli ərizə ilə DƏDRX-in 5 saylı X5 müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********66 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ‘‘Bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır Ərizənizdə qeyd olunan əmlaka dair hüquqmüəyyənedici sənədlərin əsilləri hüquqsahibi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən DƏDRX-in 5 saylı X5 ərizə ilə təqdim olunmalıdır. Bildirilir ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 16.4cü maddəsinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 50.3-cü maddəsinə əsasən uzunmüddətli müvəqqəti istifadə bələdiyyə mülkiyyətində olan torpaqlar üçün on beş ildən 49 ilədək müəyyən oluna bilər.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir.Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılanməlumata uyğunluğunun yoxlanılması;bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır.Nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.Yuxarıda göründüyü kimi, iddia ərizəsində göstərildiyinin əksinə İddiaçı ərizəsi DƏDRX-in 5 saylı X7 tərəfindən cavablandırılmışdır.Qeyd olunanları nəzərə alaraq İddiaçı DƏDRX-in 5 saylı X3rşı verilmiş iddia ərizəsinə etiraz edilir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin notarial qaydada təsdiqlənmiş surəti, DƏDRX-in 5 saylı X4 xx xxxx 2020-ci il tarixli, **********23 saylı etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin imtinasının dəlilləri aşağıdakılardan ibarətdir – 1) İddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə müəyyən olunmuş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan sənədlərin təqdim edilməməsi 2) mübahisəli torpaq sahəsi qış otlaqlarının və mal-qara düşərgələrinin ərazilərini əhatə edir və Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən yaya və qış otlqları,habelə bələdiyyə ehtiyyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəslərin icarəsinə,bir qayda olaraq, on ildən on beş ilədək, 50.3-cü maddəyə əsasən uzunmüddətli müvəqqəti istifadə bələdiyyə mülkiyyətində olan torpaqlar üçün on beş ildən 49 ilədək müəyyən oluna bilər. Sözügedən dəlillərin əsassızlığı aşağıdakılarla təsdiq olunur. İlk öncə nəzərə alınmalıdır ki, İddiaçı xx xxxxxx 2020-ci ildə ona xx xxxxxx 2003-cü ildə Qusar rayonu X6 tərəfindən 99 il müddətinə icarəsinə verilmiş bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan 5,0 ha torpaq sahəsinə icarə hüquqlarının qeydiyyatdan keçirilməsinə dair DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət ona əlavə edilmiş sənədlər ilə birlikdə DƏDRX-nin 5 saylı ərazi idarəsinə poçt vasitəsi ilə göndərilmişdir. Lakin məsələ öz müsbət həlli tapmamışdır.Yəni cavabdeh təşkilatın məhkəməyə ünvanladığı etiraz ərizəsindən məlum olmuşdur ki, İddiaçı müraciətinə cavab verilmiş və ondan qanunvericiliyə uyğun sənədlər tələb edilmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı pretenziya qaydasına riayət edərək, lazımi sənədləri müraciət ərizəsi ilə birlikdə inzibati orqana təqdim etmişdir. Bundan başqa iddia tələbi məhkəmənin icraatında olan ərəfədə iddiaçı tərəfindən cavabdeh təşkilata bir daha müraciət olunmuş lakin məsələ öz müsbət həllini tapmamışdır, yəni cavabdeh təşkilat hazırki məsələdə hərəkətsiz qalmılşdır. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdyi 1ci arqument əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentlə əlaqədar məhkəmə qeyd etməyi zəruri bilir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci və 4-cü bəndlərinə görə yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Göründüyü kimi Torpaq Məcəlləsinin 16-cı maddəsi məhz örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətlərini tənzimləyir. Məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində isə müəyyən edilmişdir ki, iddiaçının icarəsinə verilmiş torpaqlar örüş, otlaq və biçənək sahələri olmamışlar. Cavabdeh sahənin qış otlaqlarının və mal-qara düşərgəsinin ərazilərini əhatə etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İş materiallarında mövcud olan sübutlar isə cavabdehin bildirdiklərinin əksini təsdiq edir. Belə ki, iddiaçı ilə Qusar rayonu Yeni– Həyat Bələdiyyəsi arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli 04 saylı “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilənin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, ayrılmış torpaq sahəsi kənd təsərrüfatlı məhsullarının istehsalı üçün nəzərdə tutulub. Qeyd olunan torpaq sahəsinin qış otlaqlarının və mal-qara düşərgələrinin ərazilərinə aid olduğu həmin müqavilədə göstərilməmişdir. Beləliklə, iddiaçının icarəsinə verilmiş torpağın yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin ərazisini əhatə etdiyi təsdiq olunmur, cavabdeh bildirməsinə baxmayaraq bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçıya icarə verilmiş torpaq sahəsinə münasibətdə məhz örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəyə verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn məhdudiyyətlər tətbiq edilə bilməz. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Həmin Qanunun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Sadalanan hüquq normalarının tələbindən göründüyü kimi icra hakimiyyəti orqanın qərarı və həmin orqanla icarəyə götürən arasında bağlanmış müqavilələr daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. Qanunvericilikdə dövlət mülkiyyətinə aid torpaq sahələrinin bütün hallarda yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsi barədə qəti göstəriş yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli, 42 saylı qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 3-cü bəndində təsbit edilmiş ehtiyat fondu torpaqlarında qalan hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilə bilən torpaq sahələri örüş sahələri və biçənəklərdir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçının istifadəsinə verilən torpaqların örüş sahələri və biçənəklər olduğu sübut olunmadığı üçün həmin sahəni Qusar rayonu Yeni-həyat bələdiyyəsi icarəyə vermək səlahiyyətinə malik olmuş və bu zaman qanunvericiliyin tələblərinə əməl etmişdir. Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə əsasən uzunmüddətli müvəqqəti istifadə bələdiyyə mülkiyyətində olan torpaqlar üçün 15 ildən 49 ilədək müəyyən oluna biləcəyi halda 99 il müddətinə icarəyə verilməsinin qanunsuz olduğu ilə bağlı dəlilə münasibətdə isə nəzərə alınmalıdır ki, qeyd olunan dəyişiklik Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə xx xxxxxx 2015-ci ildə olmuşdur. İddiaçı ilə Qusar şəhər Yeni –Həyat Bələdiyyəsi arasında bağlanmış torpaq icarəsi müqaviləsi xx xxxxxx 2003-cü ildə rəsmiləşdirilmişdir. Yəni qeyd olunan torpaq icarəsi müqaviləsi bağlanılan zaman Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə görə torpaqdan müvəqqəti istifadə qısamüddətli — on beş ilədək və uzunmüddətli —on beş ildən 99 ilədək müəyyən oluna bilərdi. Hesab olunur ki, bağlanmış torpaq icarəsi müqaviləsi zaman etibarı ilə bağlanılan vaxt qanunvericiliyin tələblərinə uyğun olduğuna görə cavabdeh təşkilat iddiaçının torpaq sahəsi ilə bağlı istifadə hüququnu torpaq icarəsi müqaviləsində göstərdiyi müddətək qeydiyyata almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə Qusar rayonu X6 arasında 5,0 ha torpaq sahəsi ilə bağlı 99 (doxsan doqquz) il müdətinə xx xxxxxx 2003-cü ildə bağlanmış icarə müqaviləsinin daşınmaz əmlakın reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar