Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-754/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı MMC-nin direktoru X1 və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 10 may 2023-cü il tarixli **********275300 nömrəli və 10 may 2023-cü il tarixli **********276000 nömrəli vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 272 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 10 may 2023-cü il tarixli **********275300 nömrəli və 10 may 2023-cü il tarixli **********276000 nömrəli vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ağyel» Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmış «Namin» müəssisəsinin hüquqi varisidir və hazırki adını təsisçinin xx.xx.2011-ci il tarixli qərarına və xx.xx.2011 -ci il tarixli dövlət qeydiyatına əsasən almışdır. Cəmiyyətin əsas fəaliyyət istiqaməti mişar daşı istehsalı və satışından ibarət olmuşdur. Cəmiyyətin fəaliyyət göstərdiyi ərazi Qaradağ rayonu «Sahil» əhəng daşı yatağında yerləşir. «Sahil» əhəngdaşı yatağı 4 yataqdan ibarət olan Qaradağ qrupu yataqlarına aiddir. Əlavə olaraq həmin qrupa «Cənubi Gulbaxt», «Cənubi-qərbi Güzdək» və «Solançak» yataqları daxildir (yataqların ümumi sahəsi 533 hektar təşkil edir).«Sahil» əhəng daşı yatağında kəşfiyyat işləri 1989-1992-ci illərdə aparılmış və ehtiyatlan “Dövlətgeolkom”un Məhəlli ehtiyatlar komissiyasında 83 saylı, 1992-ci il 3 dekabr tarixli protokol ilə təsdiq olunmuşdur. Mişar daşı istehsalı üçün yararlı olan «Sahil» əhəng daşı yatağında “Azərtikintimateriallan” X3 Geoloji Partiyası tərəfindən Kəşfiyyat aparılmış, sənaye kateqoriyaları üzrə (A+B+C1) ehtiyat hesablanmış və təsdiq edilmişdir. Əhəng daşı keyfiyyəti DÜİST 4001-84 tələblərinə cavab verir.Bundan başqa, “Dövlətgeolkomun” X4 tərəfindən Azərbaycan Respublikası "Dövlətdağmədəntexnəzarət” Komitəsinin göstərişi əsasında faydalı qazıntı yataqlarının istismarı, yerin təkinin mühafizəsi və ondan səmərəli istifadə qaydaları nəzərə alınmaqla, Qaradağ rayonunda 1989-1992-ci illərdə mişar daşı üçün yararlı yuxanda adları qeyd edilən ümumi sahəsi 500 ha-dan çox yataq sahəsində aparılan ilkin və dəqiq kəşfiyyat haqqında hesabat işinin nəticələri və divar daşı istehsalı üçün yararlı olan «Sahil» əhəng daşı yatağının ehtiyatlarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası faydalı qazıntılarının ehtiyatlarının hesablanması üzrə Məhəlli ehtiyatlar komisyasının protokolu əsas götürülməklə yatağın fiziki və hüquqi şəxslər tərəfindən istismarı nəzərdə tutulmuş və 1991-ci ildən karxana fəaliyyətinə icazə verilmiş, həmçinin yataq 1992-ci ildə dövlət balansına alınmışdır. 1998-ci ildə Azərbaycan Respublikası “Dövlətgeolkon” X4 tərəfindən Qaradağ qrupu «Sahil» əhəng daşı yatağında fəaliyyət göstərən “Namin” müəssisəsi üçün dağ mədən ayrıma sahəsi sənədlərinə izahedici qeydlər verilmiş, yuxarıda istinad olunun məlumatlar həmin qeydlərdə öz əksini tapmışdır.Cəmiyyət yarandığı tarixdən etibarən «Sahil» ənəhg daşı yatağında qanunvericiliklə tələb olunan müvafiq sənədləşmə işlərini aparmaqla iki ayrı sahədə fəaliyyət göstərməklə istismar prosesini həyata keçirilmişdir. Belə ki, Abşeron rayon icra Hakimiyyəti ilə ‘'Namin” KM arasında bağlanmış xx.xx.1998-ci il tarixli müqavilə, Abşeron RİH-nin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə müəssisəyə 5.0 ha sahə ayrılmış və icarə müqaviləsinin müddəti 10 il müəyyən edilmişdir, icarə müqaviləsi 2008-ci ildə bitmişdir. Bununla bağlı müvafiq qaydada ərizə ilə Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunmuş və həmin müraciətə cavab olaraq xx.xx.2022-ci il tarxli məktubda qeyd edilmişdir ki, 5 ha torpaq sahəsi üzərində icarə hüquqlarının artırılması müəyyən edilmir. undan başqa, Karxana təsərrüfatının təşkili razılaşma protokolu ilə Abşeron rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 246 saylı qərarı ilə “Azad” KM -nə ayrılmış 4,5 ha torpaq sahəsi “Namin” müəssisəsinin istifadəsinə verilmişdir.Beləliklə, müəyyən olunur ki, Cəmiyyətə müxtəlif vaxtlarda iki ayrı hüquqi statusu olan torpaq sahəsi ayrılmış, həmin torpaq sahələri istifadəyə verildiyi müddətdən istismar edilmiş, Abşeron RİH tərəfindən ayrılmış 5 ha torpaq sahəsinə dair müqavilə 2007-cı ildə bitmiş, sonrakı dövrlərdə Cəmiyyət “Azad” KM-nə ayrılmış 4.5 ha torpaq sahəsində fəaliyyət Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasənməyə edilmiş dəyişikliyə əsasən yer təkinin istifadəyə verilməsi üzrə keçirilmiş 31 avqust 2021-ci il tarixli protokola uyğun olaraq Qaradağ rayonu Sahil əhəngdaşı yatağı ərazisində yerləşən 0.9 ha torpaq sahəsi fiziki şəxs X1 istifadəsinə verilmişdir. Hazırki iddia tələbi üzrə mübahisələndirilən qərarlara əsasən vergi ödəyisinə müvafiq olaraq 2020 və 2021-ci illər üzrə 5 ha torpaq sahəsinə görə vergi hesablanmışdır. Bu isə işin yuxarıda sadalanan hallarına ziddir və qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən müəssisənin mülkiyyətində və ya istifadəsində 50000 kv m torpaq sahəsi olmasına baxmayaraq, cəmiyyət tərəfindən 2020-ci il üçün “Torpaq vergisinin bəyannaməsi” təqdim edilməmişdir. Yaranmış kənarlaşma üzrə 7200,00 manat torpaq vergisi hesablanılması nəzərdə tutulmuşdur. Bununla bağlı vergi ödəyicisinə 19 avqust 2020-ci il tarixli **********196100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən 24 sentyabr 2020-ci il tarixli **********097000 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 7200,0 manat vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: 31,05.2021-ci il tarixli **********318600 və **********322100 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən xx.xx.2021-ci il tarixli **********916200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar çıxarılmış və həmin qərarda İddiaçı digər hesabat dövrləri üzrə torpaq vergisi öhdəliyinin müəyyən edilməsi məqsədilə kameral vergi yoxlamasının keçirilməsi məsələsinə baxılması tapşırılmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə “Torpaq vergisinin bəyannaməsi” göstəricilər olmadan təqdim edilmiş və hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədiyinə görə vergi orqanı tərəfindən hesablanmış vergi məbləği bərpa edilmiş və xx.xx.2021-ci il tarixli **********822100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il torpaq vergisi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, əlavə 2 bölməsində 10000,0 kv m torpaq sahəsi bəyan edilməklə 1000,0 manat və xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş bəyananmə təqdim edilərək, əlavə 2 bölməsində 9000,0 kv m torpaq sahəsi bəyan edilməklə 900,0 manat vergi məbləğləri hesablanılaraq hesablanılmış vergi məbləği azaldılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının 80.1.1 -ci maddəsinə əsasən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********916200 nömrəli qərar və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 75.1.3-cü maddəsinə əsasən “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərar qəbul edildiyindən nesablanılmış vergi məbləğləri bərpa edilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********391200 nömrəli və xx.xx.2023-cü il tarixli **********276000 nömrəli elektron kameral hesablama barədə qərarlar göndərilmişdir. İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********843800 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********318600 və **********322100 nömrəli) inzibati şikayət qaydasında müraciət etmişdir.Şikayətlərin ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən cəmiyyətə “Müraciətə baxılması haqqında” xx.xx.2021-ci il tarixli **********325800 nömrəli məktub göndərilərək torpaq sahəsinin Cəmiyyətin mülkiyyətindən, sahibliyindən və ya istifadəsindən çıxarılması barədə müvafiq təsdiqedici sənədlərin xx.xx.2021-ci il tarixədək mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq elektron kargüzarlıq vasitəsilə təqdim edilməsi bildirilmişdir.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********843800 nömrəli) məktubun icra müddəti uzadılmış və xx.xx.2021-ci il tarixli **********615500 nömrəli məktubla məlumat verilmişdir.Şikayətlər üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə bir nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin 2020-ci ilin Torpaq vergisi üzrə hesablanmış vergi məbləği ilə əlaqədar inzibati şikayətləri təmin edilməməlidir.Cəmiyyətin rəhbəri ilə (050) ***-**-** və özünü vergi ödəyicisinin nümayəndəsi kimi təqdim edən şəxslə (070) ***-**-** nömrəli telefonla əlaqə yaradılaraq kameral vergi yoxlamasının əsasları izah olunmuş, mülahizələri dinlənilmiş, həmin şəxslər tərəfindən Abşeron rayon X5 ilə cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanda yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5,0 hektar torpaq sahəsinin cəmiyyətə icarəyə verilməsinə baxmayaraq, faktiki olaraq 1,0 hektar torpaq sahəsindən istifadə edildiyi bildirilmişdir.Eyni zamanda müraciətdə qaldırılan məsələlərin birgə araşdırılması məqsədilə Cəmiyyətin rəhbəri X1 və səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakı təmin edilmişdir. Görüş zamanı, Cəmiyyətin rəhbəri tərəfindən həm telefon danışıqları zamanı, həm müşahidə baxış zamanı təqdim etdiyi izahatda, həm də vergi orqanına onlayn kargüzarlıq vasitəsilə təqdim etdiyi izahatlarda qeyd edilmiş məlumatlar bir daha təsdiqləmiş, Abşeron rayon X5 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanda yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5,0 hektar torpaq sahəsinin Cəmiyyətə icarəyə verilməsinə baxmayaraq, faktiki olaraq 1,0 hektar torpaq sahəsindən istifadə edildiyi bildirilmişdir.Araşdırma zamanı, Abşeron rayon X5 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanda yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının (hal-hazırda Qaradağ rayonu inzibati ərazisində yerləşən) 5,0 hektar torpaq sahəsinin Cəmiyyətə icarəyə verildiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 18/319 saylı məktuba qoşma olaraq əlavə edilmiş 5GK statistik balans hesabatına əsasən cəmiyyətin “Sahil” əhəngdaşı yatağında istifadəsində 5,0 hektar torpaq sahəsinin olması barədə məlumatın əks etdirildiyi müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2/11 nömrəli məktubda İddiaçı Qaradağ rayonun inzibati ərazisində yerləşən “Sahil” daş yatağında fəaliyyət göstərdiyi, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Cəmiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam, icarə müqaviləsinin verilmədiyi bildirilmişdir.Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021ci il tarixli 7-109/17 nömrəli məktubda İddiaçı ilə dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı icarə müqaviləsinin bağlanmadığı bildirilmişdir.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubda Cəmiyyətin adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-dən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin 5 gün ərzində təqdim edilməsi tələb edilmişdir. -xx.xx.2023-cü il tarixli **********275300 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarından görünür ki, İddiaçı MMC-yə torpaq vergisi hesablanmışdır. -10 may 2023-cü il tarixli **********276000 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarından görünür ki, İddiaçı MMC-yə torpaq vergisi hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə görə Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. https://e-qanun.az/framework/46948 -208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər. Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 208.4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 208.5. Fiziki şəxslər tərəfindən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon X5 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, X5 ünvanda yerləşən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının (hal-hazırda Qaradağ rayonu inzibati ərazisində yerləşən) 5,0 hektar torpaq sahəsinin Cəmiyyətə icarəyə verildiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 18/319 saylı məktuba qoşma olaraq əlavə edilmiş 5GK statistik balans hesabatına əsasən cəmiyyətin “Sahil” əhəngdaşı yatağında istifadəsində 5,0 hektar torpaq sahəsinin olması barədə məlumatın əks etdirildiyi müəyyən edilmişdir. İddiaçı icarəsində olan 5.0 torpaq sahəsinin faktiki olaraq 1.0 ha hissəsinin istismar edildiyi, əvvəlki illər üzrə sitismar nəticəsində ehtiyatların tükəndiyini, bununla da vergi orqanının vergitutma obyektini dügün müəyyən etmədiyini əsas gətirərək vergi məbləğinin düzgün hesablanmadığını iddia edir. Lakin cavabdeh təərfindən aparılmış inzibati icraat materialları ilə iddiaçının istifadəsində 5.0 ha torpaq sahəsinin olması öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2/11 nömrəli məktubda İddiaçı Qaradağ rayonun inzibati ərazisində yerləşən “Sahil” daş yatağında fəaliyyət göstərdiyi, Abşeron rayon X5 iklə cəmioyət arasında bağlanmış xx.xx.1998-ci il və xx.xx.2023-cü il tarixli icarə müqavilələrinə əsasən 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5.0 ha hissəsinin cəmiyyətə icarəyə verildiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tyərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 18/319 saylı məktuba əlavə edilmiş 5GK statistik balans hesabatına əsasən cəmiyyətin “Sahil” əhəngdaşı yatağında istifadəsində 5.0 ha torpaq sahəsinin olması barədə məlumatın əks etdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-nin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova