Məhkəmə qərarları › İş №2-1(118)-755/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-755/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-755/2025 23.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Dadaşov Eldar Nazim oğlunun, Dadaşov Rəhim Eldar oğlunun, X1, Dadaşov Rəhim Eldar oğlunun Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana-11 ünvanda yerləşən KORP “A” 60 nömrəli otaqdan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Yataqxana 11, KORP “A” 60 nömrəli otağa order həmin zavodda işlədiyinə görə onun adına verilmiş və həmin orderdə həyat yoldaşı İddiaçı2 Hüsəməddin oğlu da ailə üzvü kimi qeyd olunmuşdur. Həmin vaxtdan iddiaçı və həyat yoldaşı, xx.xx.2001-ci il tarixdən isə oğlu X4 həmin evdə yaşayır və bütün kommunal xərclərini ödəyir. Bu yaxın vaxtlarda Sumqayıt ASAN XİDMƏT mərkəzindən arayış alarkən ona məlum olmuş ki, onların xəbəri və razılığı olmadan Dadaşov Eldar Nazim oğlu, X5, X6 və Dadaşov Rəhim Eldar oğlu adlı şəxslər də onları yaşadığı ünvanda pasport qeydiyyatına alınmışlar.Dadaşov Eldar Nazim oğlu, X5, X6 və Dadaşov Rəhim Eldar oğlu həmin ünvana pasport qeydiyyatına alınsalar da, hal-hazırkı vaxta kimi həmin mənzildə heç vaxt yaşamamışlar. Dəfələrlə həmin şəxslərin yaşadığı mənzildən qeydiyyatdan çıxmaları tələb etməyinə baxmayaraq onlar hələ də həmin yaşayış sahəsindən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin qeydiyyatda olduqları yaşayış sahəsindən istifadə hüquqları olmadığından və orada yaşamadıqlarından dolayı istifadə hüququna xitam verilməsinə də ehtiyac görmədiyindən, onların qeyd olunan yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.Sumqayıt Şəhər Məhkəməsində həmin işə baxaraq mövcud iddia ərizəsinə mülki məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərardad qəbul etmişdir. Yaşayış yeri üzrə qeydiyyat verilmiş arayışda Dadaşov Eldar Nazim oğlu, X5 və Dadaşov Rəhim Eldar oğlunun həmin evdə qeydiyyatda olduqları qeyd olunmuş, lakin X2 şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyinə və şəxsiyyət vəsiqəsini dəyişmək üçün müraciət etdiyini şifahi şəkildə bildirdiklərinə görə, bir müddət onun da şəxsiyyət vəsiqəsini alması və arayışda qeyd olunmasını nəzərə alaraq gözləməyinə baxmayaraq, sonuncu qəsdən gedib Asan Xidmətdən şəxsiyyət vəsiqəsini götürmədiyinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək Dadaşov Eldar Nazim oğlunun, Dadaşov Rəhim Eldar oğlunun, X1, Dadaşov Rəhim Eldar oğlunun Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana-11 ünvanda yerləşən KORP “A” 60 nömrəli otaqdan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu, mənzilə dair Sumqayıt “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı protokol qərarı əsasında verilmiş Orderin surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 03 noyabr 2023-cü il tarixli, 59 nömrəli arayışı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3736/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3736/2024 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı1 Sumqayıt “Üzvi-Sintez” İB müdriyyəti HİK və MMK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı protokol qərarı əsasında Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana-11 ünvanda yerləşən KORP “A” 60 nömrəli otaq verilmişdir. Həmin yaşayış sahəsində digər iddiaçı həyat yoldaşı olan İddiaçı2 və övladı pasport qeydiyyatındadırlar. Lakin, ailə üzvlərindən başqa sözügedən mənzilə hüquqları olmayan şəxslər də pasport qeydiyyatında qalmışlar. Belə ki, mənzildə qeydiyyatda olan Dadaşov Eldar Nazim oğlu cavabdeh İddiaçı1 və qeyriyərinə qarşı Sumqayıt Şəhər Məhkəməsində orderin etibarsız hesab edilməsinə dair mülki iddiası olmuş, sözügedən iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3736/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və həmin qətnamə xx.xx.2024- cü ildə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə 3-cü şəxslər – Dadaşov Eldar Nazim oğlu, Dadaşov Rəhim Eldar oğlu, X5, Dadaşov Rəhim Eldar oğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır, iddiaçının bildirdiyinə görə onların iddiaçı ilə qohumluq münasibətləri yoxdur, tanımadığı adamlardır. Həmin şəxslərin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya əlavə xərclər çəkməsinə səbəb olur. Ona görə də 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər – Dadaşov Eldar Nazim oğlu, Dadaşov Rəhim Eldar oğlu, X5, Dadaşov Rəhim Eldar oğlu Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana-11 ünvanda yerləşən KORP “A” 60 nömrəli otaq üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı1 mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçıların iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Dadaşov Eldar Nazim oğlunun, Dadaşov Rəhim Eldar oğlunun, X1, Dadaşov Rəhim Eldar oğlunun İddiaçı1 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana-11 ünvanda yerləşən KORP “A” 60 nömrəli otaqdan pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar