Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-756/2020 01.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi Həsənov Təhmiraz Mustafa oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı N962–ci ildə Qubadlı rayonunda anadan olmuş və yaşadığı rayon döyüş bölgəsi olduğundan könüllü dəstələri düzəldib Özünümüdafiə Batalyonu yaratmışlar. Hələ milli münaqişə dövründə onlar müdafiə məqsədilə təşkilatlanmışdırlar. Hərbi əməliyyatların kəskinləşrək müharibə hazırlığı vəziyyəti yarandığı dövrdə könüllülər hərbi hissələrə verildi və o N992-ci il N yanvar tarixdə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə rəsmi surətdə təkrar xidmətə başlamışdır. N992-ci il NN iyul tarixdə N saylı hərbi hissəyə keçirilmiş və N994–cü ilin yazına qədər orada qalıb vuruşdur. Qubadlının işğalı zamanı yaralanmış, evakuasiya olunan dəstələrlə geri çəkilmiş və könüllülər barədə Ali Baş Komandanın əmrindən sonra hərbi hissə komandirinin əmri ilə Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə görə məvacib almış və sonuna qədər Qubadlının və Azərbaycan torpaqlarının azadlığı. suverenliyi və Konstitusiya quruluşununun müdafiəsində iştirak etmişdir. Onun hərbi biletində və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmiş sorğuya cavabda müvafiq qeydlər vardır. Barəsində heç bir təqsirləndirici material yoxdur. Buna baxmayaraq veteran vəsiqəsi ilə təmin olunmamışdır. Müdafiə Nazirliyinin «Veteran vəsiqəsi və müvafiq statusun verilməsi Komissiyası» onun sənədlərini nəzərdən keçirmiş, qanuni əsaslarla ehtiyata buraxılmamağımı bəhanə göstərək ona veteran vəsiqəsini verməkdən imtina edir. Lakin, nəzərə almırlar ki, o müddətli xidmətdə olmamış, milli orduda könüllü olmuş və o səfərbərliyə çağırılmışdır. Ona qarşı bu ədalətsizliyin səbəbini başa düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995–ci il 22 sentyabr 2N6 saylı Sərəncamı Azərbaycan torpağının suverenliyi və Konstitusiya Quruluşunun müdafiəsində könüllü iştirak edən hər bir döyüşçüyə bu adı şamil etmişdir. O halda həmin sərəncamla ona veteran vəsiqəsi təqdim olunmalıdır. Ona görə də hesab edir ki, məhkəmə ona veteranlıq vəsiqəsinin verilməsi öhdəliyini cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmənin verdiyi sorğuya cavab olaraq bildirmişlər ki, vətəndaş N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il 02 N-li əmrilə müqavilə şərtini qəbul etdiyi üçün əsgər qəbul edilmişdir. 85N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 3/P N-İi əmrində İddiaçı adı N-ci atıcı bölüyün tərkibində xx.xx.N992-ci il tarixdə müqavilə yolu ilə gəlmiş şəxsi heyətin siyahısında qeyd edilmişdir. 85N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 39 N– li əmrində İddiaçı adı N-ci bölüyün 3-cü tağımının tərkibində atıcı vəzifəsində qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 44 N-li əmrilə İddiaçı 85N nömrəli hərbi hissəyə keçirildiyi üçün batalyondan xaric edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə Qubadlı RHK–nın çağırışçısı, Əliyev XN Nazirliyi Baş Qərargahının xx.xx.N994–cü il tarixli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994–cü il tarixli 3N6 N-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Respublika hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N99N–ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və hərbi hissə komandirinin may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Təmraz oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iclası barəsində cavabdeh inzibati orqan lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan prosesə baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9cu il tarixli, Müdafiə Nazirliyinin İşlər X2 İdarəsinin xx.xx.20N9-cu il tarixli, xx.xx.2020-ci il tarixli, 9/2-3439 saylı məktubları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin xx.xx.20202-ci il tarixli 229 saylı müşayət məktubu ilə göndərilmiş İddiaçı Təmraz oğlunun qeydiyyat kartasının surəti və H3 ******* nömrəli Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.N-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının 8N0,85N və N nömrəli hərbi hissələrin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının təxris olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X2inin məlumatlarında İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il 02 N-li əmrilə müqavilə şərtini qəbul etdiyi üçün əsgər qəbul edilmişdir. 85N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 3/P N-İi əmrində onun adı N-ci atıcı bölüyün tərkibində xx.xx.N992-ci il tarixdə müqavilə yolu ilə gəlmiş şəxsi heyətin siyahısında qeyd edilmişdir. 85N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 39 N–li əmrində onun adı N-ci bölüyün 3-cü tağımının tərkibində atıcı vəzifəsində qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il 44 N-li əmrilə o, 85N nömrəli hərbi hissəyə keçirildiyi üçün batalyondan xaric edilmişdir. Qubadlı RHK–nın çağırışçısı, Əliyev XN Nazirliyi Baş Qərargahının xx.xx.N994–cü il tarixli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994–cü il tarixli 3N6 N-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Respublika hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N99N– ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və hərbi hissə komandirinin may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Təmraz oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə həmin hərbi hissələrdə olması ilə əlaqədar hərbi biletində müvafiq qeyd aparılmamışdır. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.N, 85.N,NN0.N-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-756/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-756/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver